Anons

Haqqımızda Əlaqə

"Azərbaycanda son 15 ilin anomal havası müşahidə olunur"

Tarix:10-01-2017, 12:58 Baxış Sayı:55

"Azərbaycanda son 15 ilin anomal havası müşahidə olunur"


"Bu gün Azərbaycanda müşahidə olunan havanın temperaturu çoxillik normadan 2-3 dərəcə yüksəkdir".
Milli.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya deyib ki, belə hava şəraitinin olması cənubdan hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır.

Onun sözlərinə görə, yanvar ayında belə havanın olması anomal haldır və çox az-az hallarda qeydə alınır: "Son 10-15 ildə ölkə ərazisində belə hal müşahidə olunmayıb. Sonuncu dəfə 2010-cu ildə havanın temperaturu iqlim normasına bir qədər yaxın olub. Amma o zaman çoxillik norma ilə bir dərəcə fərq var idi. Bu il isə rayonlarda, o cümlədən Bakıda havanın temperaturu çoxillik normadan 2-3 dərəcə yüksəkdir".

M.Həsənov vurğulayıb ki, hündürlüyü 500-600-dən yuxarı olan dağlıq ərazilərdə isə hava şəraiti çoxillik normaya uyğundur.

XƏBƏR LENTİ