Anons

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

“İvanovka” adı ilə satılan çörəklər sizin sağlamlığınıza ciddi təhlükədir - ARAŞDIRMA

Tarix:14-08-2017, 16:27 Baxış Sayı:1 126

“İvanovka” Çovdar çörəyi adı ilə Azərbaycan xalqına Çovdarov bəlasımı yeni üzünü göstərməkdədir.

“İvanovka” adı ilə satılan çörəklər sizin sağlamlığınıza ciddi təhlükədir - ARAŞDIRMA

Bəzən dietik çörək adı ilə istifadəyə yararsız “İvanovka” çörəkləri insanları zəhərləməyə yönəlmiş sapı özümüzdən olanların bizləri məhv etmə məqsədləri açıq aydın anlaşılmaqdadır. Millətinə dəyər verən hər bir şəxs heç zaman xalqına istifadəyə yararsız məhsullar ixrac edərək soy kökümüzü qurutmağa çalışmaz. Bəzən bu “İvanovka” çörəklərinin içindən tarakan, kəndir çıxması azmış kimi artıq şirkət yeni metodan istifadəyə qərar verib. Yaxın müddətdə “İvanovka” çörəyi alan vətəndaş məhsulun üzərində yeni tarix olduğunu görərək aldığı çörək xarab çıxmışdır. Məsələ ilə bağlı bizə müraciət edən vətəndaşın iradını şirkət müdirinə çatırsaqda o münasibət bildirəcəyin deyərək məsulliyyətdən boyun qaçırmağa davam etməkdədir.

“Çörəyə hörmət edin; Allah-təala onu asimanın
bərəkətlərindən bizə nazil edib, yerin bərəkətlərindən göyərdib”.
Həzrəti-Əli (r.a)


Onun normativə uyğun istehsalında hələ də problemlər yaşanır; alıcılar şikayətçidir, satıcılar isə günahı sexlərdə görür...

Bakunews.az xeberfakta istinadla qeyd edir ki, çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır. Tanrı sovqatı olan çörək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemətdir. Azərbaycanlılar çörəyi hər şeydən üstün tutur, onu duz ilə birlikdə süfrəyə birinci gətirir və süfrədən də axırda aparırlar. Çörəyə hörmət hər bir azərbaycanlının qanında və canındadır. Bəlkə də elə həmin səbəbdən çörəyə and içir, kiminsə səhlənkarlığı ucbatından yerə düşmüş çörək parçasını qaldırıb öpür və gözünün üstünə qoyuruq. Bu, çörəyin müqəddəsliyinə böyük inamdan irəli gəlir. Çörək xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm də qüdrətidir.
Azərbaycanda müxtəlif sexlərdə və evlərdə çox kustar üsulla və natəmiz şəkildə çörək bişirilməsi barədə çox eşitmişik. Dəyirli oxucularımız bu yazımızda Sizlərə şəkildə gördüyünüz çörəkləri bişirən, İsgəndər müəllimin tabeçiliyində olan “müəssisənin” fəaliyyətindən söhbət açıb, bu tip hallara qarşı birgə mübarizə aparmağı töfsiyyə edəcəyik.

Çörəkbişirmədə əsas problemlərdən biri də yodlaşdırılmamış duzdan istifadə edilməsidir. Bəzən dietik çörək adı ilə saxta məhsullar satırlar. Qara, yaxud boz çörək adı ilə satılan çörəklərə insan orqanizminə zərər olan boyaq maddələri vurulur.

Çox məyus edici hallardan biri də natəmizlik şəraitində bişən çörəklərin satış məntəqələrində bəzi hallarda qeyri-ərzaq məhsulları ilə birlikdə satılır, nəzarətsiz qoyulan, gündə azı onlarla alıcının əli dəyən çörəklər sonradan süfrəmizə gətirilir.

Şəkillərdə gördüyünüz “İvanovka” adı altinda bişən çörəklər İskəndər müəllimin rəhbərlik etdiyi sexdə bişir. Sexin ünvanı və digər etiket nişanları haqqında məlumat verə bilməmiyimizin əsas səbəbi istehsal prosesini pozan “müəllim” Azətrbaycan Respublikası Konstitusiyasının tələblərini və KİV haqqında qanunun tələblərini pozaraq suallarımızı cavablandırmaqdan imtina etdi.

Halal-haramı arxa plana keçirən İskəndər müəllim Qanunları da kölgə altında saxlamağı yaxşı bacarır.

İskəndər “müəllimin” diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycanda çörəklə bağlı bir neçə adda dövlət standartı mövcuddur. AZS 36, AZS 090 "Milli çörək növləri", AZS 125 2005 "Milli çörək məmulatları", AZS 195 2005 "Çörək-bulka məmulatlarının istehsalı" və bu il qəbul olunan AZS 398-2011 "Pəhriz çörəyi və zənginləşdirilmiş çörək" standartları mövcuddur. Bütün bu standartların tələbləri təhlükəsizlik tələblərini əhatə edir".

Sonda hər kəsdən çörək alarkən diqqətli olmağı, lazım olduğu təqdirdə müvafiq orqanlara müraciət etməyi xahiş edirik. Sağlam həyat üçün keyfiyyətli qida şərtdir!
Yazımızı başqa bir atalar sözü ilə tamamlamaq istəyirik:
"Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz".

Təsərrüfat subyektində araşdırma davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bakunews.Az

“İvanovka” adı ilə satılan çörəklər sizin sağlamlığınıza ciddi təhlükədir - ARAŞDIRMA
“İvanovka” adı ilə satılan çörəklər sizin sağlamlığınıza ciddi təhlükədir - ARAŞDIRMA


Növbəti yazımızda:

- “İvanovka” Çovdar çörəyi ilə ləğv edilmiş MTN əməkdaşı Çovdarovu hansı tellər bağlayır...?
- Akif Çovdarovla “İvanovka” Çovdar çörəyi istehsalçısı İsgəndərin hansı şərik biznesləri mövcudur...?

XƏBƏR LENTİ