Anons

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

Şəxsi məlumatlarımızın oğurlanmasında günahkar kimdir: DYP, yoxsa agentlər?

Tarix:12-11-2017, 14:11 Baxış Sayı:49

Şəxsi məlumatlarımızın oğurlanmasında günahkar kimdir: DYP, yoxsa agentlər?

Azərbaycanda sığorta bazarında bir neçə sığorta növü mövcuddur. Onlardan bəziləri məcburi şəkildə, bəziləri isə könüllülük əsasında edilən sığorta növləridir. Avtomobillərin icbari sığortası isə məcburi sığorta növünə aiddir. Hər bir avtomobil sahibi ildə bir dəfə maşınını icbari sığorta etdirir. Hətta, sığortanın vaxtı keçərsə DYP tərəfindən 50 manat cərimə olunur. Sürücüləri isə bu mövzuda narahat edən başqa səbəb var. Belə ki, sığortanın bitməsinə bir neçə gün qalmış artıq müxtəlif sığorta şirkətləri sürücüyə zəng edib öz paketlərini təklif edirlər. Vəziyyət o yerə çatır ki, sürücünün əsəbləri korlanır. Bu zaman belə bir sual yaranır. Sürücünün şəxsi məlumatını və telefon nömrəsini başqa şirkətlər necə əldə edir? Bəzi sürücülər iddia edir ki, şəxsi məlumatları sığorta şirkətlərinə DYP-i verir.

Bakunews.Az xəbər verir ki, Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, hər hansı sığorta agenti bir şirkətdən çıxıb başqa şirkətə gedəndə müştərilərinin məlumatlarını özü ilə aparır və yeni şirkətdə daha çox müştəri cəlb etmək üçün bu məlumatlardan istifadə edir: "Avtomobil sahiblərinə zəng edib yeni şirkətin xidmətlərini təklif edirlər. Baş Dövlət Yol Polis İdarəsi heç bir halda avtomobil sahibinin şəxsi məlumatlarını hər hansı sığorta şirkətinə verə bilməz".

Sığorta eksperti Xəyal Məmmədxanlı iddia edir ki, aparılan araşdırmalara görə DYP-də bu məlumatlar çox dağınıq şəkildədir: "Onlar tərəfindən şirkətlərə məlumatların ötürülməsinə bir az şübhə ilə yanaşıram. Amma agentlərin köhnə iş yerindən gedərkən yeni iş yerinə müştərilərin məlumatlarının daşıması inandırıcıdır".

"Sığorta fəaliyyəti haqqında qanun"un 6-cı maddəsi ''Sığorta sirri" adlanır. Bu məlumatlarda sığorta edən şəxsin məlumatları sığorta sirri hesab olunur və yayılması qadağandır. Sadəcə məlumatı kimin yaydığını dəqiq bilinmədiyi üçün, heç kəs cəzalandırılmır" — deyə Məmmədxanlı əlavə edib.

Hüquqşünas Asif Abdullayev qeyd edib ki, əgər bir işçi işdən azad olunursa, əmək müqaviləsinə əsasən iş yerində olan məlumatları gizli saxlamalıdır: "Əgər o agent digər şirkətə keçən zaman köhnə iş yerinin məlumatlarını özü ilə apararsa və bu sübut olunarsa, o işçini keçmiş iş yerindən məhkəməyə verə bilərlər. Sadəcə bunu sübut etmək çətindir. Amma etiraf etməliyik ki, bu məsələ günün ən böyük problemlərindəndir".

Onun sözlərinə görə problemə qlobal şəkildə baxılmalıdır.

"Məsələnin axırına çıxmaq üçün araşdırmaq lazımdır ki, şirkətlərə kimlər tərəfindən və hansı əsasla nömrə verilib. Bir nəfər tərəfindən yox, kütləvi halda şikayət olmalıdır ki, məsələ həllini tapsın" – deyə vəkil əlavə edib.

XƏBƏR LENTİ