Anons

Bu gün, 16:59 - Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, bəzi rayonlara dolu düşəcək

21-04-2017, 16:01 - Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

21-04-2017, 14:40 - Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

19-04-2017, 03:52 - 286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

17-04-2017, 15:53 - Cəlal Əliyevin adından istifadə edən zavod sədri – S.CƏFƏROV

16-04-2017, 13:45 - Polis general-mayoru H.Şirinovun ailəsində itki baş verib - Başsağlığı

16-04-2017, 10:29 - Ermənistan silahlı bölmələri atəşkəsi 120 dəfə pozub

15-04-2017, 10:44 - Qüdrət Şükürov -Bakı lift idarəsinin rəisi və ya milyonlara sahib, xaricdə yaxtası, villaları, maşınları olan oliqarx -

12-04-2017, 02:30 - Məktəbin ərazisində tikinti işlərinin aparılması etiraza səbəb oldu - VİDEO

10-04-2017, 03:18 - Deputat qohumunun 300 min aldığını təsdiqləyən sənəd ortaya çıxdı - FAKT

8-04-2017, 00:02 - Azərbaycanda FETÖ-çuların rəhbəri Şahmar İbadovdur...?

7-04-2017, 15:57 - Saxta diplomla GDU-da necə işləmək mümkün olur…?

6-04-2017, 06:33 - Türkiyədə zəlzələ olub

6-04-2017, 02:15 - Günün qoroskopu: gərginləşməyə davam edəcək

6-04-2017, 02:12 - Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər

5-04-2017, 16:48 - Masallı DYPŞ-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA(VİDEO)

5-04-2017, 01:35 - 136 saylı məktəbdə bıçaqlanma hadisəsi baş verib - Olay

4-04-2017, 14:53 - Qovulmuş tələbə necə general oldu – Vüsal Növruzovun Çovdarovsayağı yüksəlişi

4-04-2017, 13:26 - Azərbaycanda tanınmış ailənin övladı, Çində istintaq qarşısında

3-04-2017, 10:55 - "Azercell" abunəçilərinə xəbərdarlıq edib

3-04-2017, 00:33 - Xocavənddə özbaşınalıq- Sələmçi İslam Allahverdiyev 1 milyonluq mülkə necə sahiblənib?

2-04-2017, 17:51 - Ramin Quluzadəyə qarşı çıxan qovşaq rəisi Zaur Məmmədov

2-04-2017, 16:28 - “Bizim maket”lərin sahibi haqda şok ifadə: 17 milyonluq mülk necə alınıb?

2-04-2017, 02:39 - Firdovsi Cəbrayılov ilə Eldar Əzizov arasında gərginlik...

1-04-2017, 11:32 - Aprel savaşında ordumuz Ermənistana böyük dərs verdi

30-03-2017, 21:10 - Əlillərə 2 milyon manat ayrıldı

30-03-2017, 20:51 - Milli Bankın rəhbəri vəzifədən getdi

30-03-2017, 19:39 - Təhsil Nazirinin qohumu Tərtər təhsilin öz biznesinə çevirib... TAR-MAR EDİR

Dərmanların qiymətləri ilə bağlı yekun - Qərar

Tarix:8-06-2015, 23:47 Baxış Sayı:387

Dərmanların qiymətləri ilə bağlı yekun - Qərar



İyunun 8-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Bakunews Şuranın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"na uyğun olaraq, "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat" və bəyannamə formaları təsdiq edilib.

Təlimat özündə dövlət qeydiyyatına alınmış dərman vasitələri üçün bazis qiymətlərin müəyyən edilməsi, həmin dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin hesablanması üsullarını ehtiva edir. Tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, 10 istinad ölkəsi (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) seçilib.

Qiymət tənzimlənməsi məqsədilə təsdiq edilmiş bəyannamə formaları dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən doldurularaq, 2015-ci il 9 iyun tarixindən etibarən müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim olunmalıdır.

Qərara uyğun olaraq, Tarif (qiymət) Şurasının Katibliyi dərman vasitələri üçün qiymət bəyannamələrinin təqdim edilməsi, onların təhlili və dərman vasitələrinin qiymətlərinin müəyyənləşdirilməsi prosesinin intensivləşdirilməsi məqsədilə işlərin aidiyyəti subyektlərlə koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edəcək.

"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası", "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat", orijinal və generik dərman vasitələri üçün təsdiq edilmiş qiymət bəyannamə formaları və istinad ölkələrində dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələri barədə məlumatlar Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsinin (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində yerləşdirilib.

XƏBƏR LENTİ