Anons

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

Elburus Muradov 30 minlik əhalisi olan şəhəri susuz qoyub - VİDEO - YENİLƏNDİ

Tarix:30-07-2018, 13:26 Baxış Sayı:1 844

Elburus Muradov 30 minlik əhalisi olan şəhəri susuz qoyub - VİDEO - YENİLƏNDİ

Son dönəm baş verən məlum olaylardan sonra bəzi şəhərlərdə məmur özbaşınalığı artıq pik həddə çatmaqdadır. Məlum devalvasiya, qiymət artımı, ictimai qınaq, yerlərdə məmur müdaxiləsi və digər təsirlərlə qarşı-qarşıya gəlmək məcburiyyətində qalmış əhali, ətraf təsirlərdən korroziyaya uğrayan metal obrazını xatırladır. Dəfələrlə idarə və dövlət qurumlarına ölkə rəhbərinin sərt tapşırıqlarına baxmayaraq müəssisə rəhbərləri öz bildiyi kimi xalqla davranmaqdadırlar. Beləki Zaqatalada içməli su tapmayan 30 min əhali artıq nə edəcəyin belə bilmir. Səbəb göstərilmədən su verilməsi dayandırıldığından insanlar artıq hardan necə su tapmaq mümkünlüyünü araşdırmağa çıxıb. Rayona təyin edilən Su Kanal İdarəsinin rəisi isə bu barədə sakinlərə heç bir məlumat vermir. Əhalini zorla dövlətdən narazı salınması təmin edildiyi müşahidə edilməkdədir.

BakuNews.az-a Zaqatala Su kanal idarəsinin rəisi Elburus Muradovun əhaliyə qarşı laqeyd yanaşdığı qeyd edilən video müraciət ünvanlanıb. Müraciət də qeyd edilir ki, bir həftədən çox vaxtır rayon əhalisi içməli su üzünə həsrətdir. E.Muradovun isə bu məsələ heçdə vecinə deyil –deyə sakinlər qeyd edirlər. Şikayətçi bildirir ki, son zamanlar havaların isti keçməsinə baxmayaraq Zaqatala rayon ərazisində yağıntılar durmaq bilməyib. Amma buna baxmayaraq yenədə içməli su tapmaq vətəndaşlar üçün problemə çevrilib. Bunun hansı səbəbdən yarandığını vətəndaşlar bir mənalı olaraq belə şərh edir ki, qablaşdırılmış suların satılması məqsədi ilə qəsdən və bilərəkdən su qıtlığı yaradılmaqdadır. İşbazlarla sövdələşdiyi güman edilən idarə rəisinin rayona su verməməsinə başqa ad qoya bilməyən sakinlər yuxarı dairələrdən məsələyə müdaxilə edərək onları həyat mənbəyi olan içməli su ilə təmin etməklərini istəyirlər. 30 min əhalisi olan rayon içməli su üzünə həsrət qalıb amma yerli idarə bunu heç vecədə almamaqdadır.

30.07.2018-ci il saat 17:14

BakuNews.az-a xəbər verir ki, Zaqatala Su kanal idarəsinin əməkdaşı Nail bəyin verdiyi açıqlamaya görə, Zaqatala rayonunda su ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması ilə bağlı işlər aparılmaqdadır. Beləki əslində rayonda deyildiyi kimi 7 gün deyil bir neçə gündür xətlərdə yaranmış nasazlıqla və suyun təzyiqinin düşməsi nəticəsində müəyyən ərazilərdə su verilməsində fasilələr yaranıb. İki gündür fazilə ilə qrafiq əsasında əhaliyə içməli suyun verilməsi təmin edilir. Bir neçə küçədə isə iki gündürki içməli su idarə tərəfindən təyin edilmiş avtomobillər vasitəsi ilə əhaliyə su verilməsi prosesi aparılır. Həmçinin idarənin əməkdaşı olan şəxs qeyd etdi ki, 31.07.2018-ci il tarixindən Zaqatala əhalisinə içməli suyun 24 saat fasiləsiz verilməsidə bərpa olunacaqdır.

Həmçinin görüntünün şərh bölməsinə bu ifadələrdə qeyd edilib:
"Mən Zaqatala Sukanal idarəsində Müştərilərlə işin təşkili üzrə mühəndis olaraq, yəni vətəndaşların şikayət və müraciətlərinə cavabdeh işçi olaraq bildirirəm ki, həqiqətən də Zaqatalada Car (Meşleş) mənbəsində suyun bulanıqlığının dərəcəsi normadan çox yüksək ( 90 %-dən yuxarı ) olduğuna görə, təmizləyici qurğu suyu sürətlə təmizləyib çatdıra bilmir. Ən böyük su mənbəyimizdə olan bu problemə görə son 3 gün ərzində Zaqatala şəhərində içməli suyun verilişi 24 saat yox, növbəli rejimdə verilib. Təzyiq yetərincə olmadığına görə bəzi yerlərə su çatmaya bilər, bunu istisna etmirəm. Amma videodakı vətəndaşın dediyi kimi 7 gün deyil, son 3 gündür bu problem var. Hal hazırda da mənbədə "Azərsu" ASC tərəfindən cəlb olunmuş iri texnika işləyir, çox qısa müddətdə bu problem aradan qaldırılacaqdır. Xahiş edirik bu məlumatı həmin vətəndaşa bildirəsiniz."


Yazıda adı keçən şəxs və qurumların mövqeyin dinləməyə hazırıq.
Bakunews.az


Ərizə və şikayətlərinizi baku.news@mail.ru elektron ünvanımıza göndərə bilərsiniz

XƏBƏR LENTİ