Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

2019-cu ildə Azərbaycanı nələr gözləyir – PROQNOZ

Tarix:14-01-2019, 16:43 Baxış Sayı:37

2019-cu ildə Azərbaycanı nələr gözləyir – PROQNOZ

Ötən ilin yekunları göstərir ki, manatın məzənnəsinə neftin dünya bazar qiyməti və qeyri-neft ixracatımızdakı tərəfdaş ölkələrin milli valyutalarının kursu ilə yanaşı idxalın həcmi birbaşa təsir göstərir.

Anews.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Vüqar bayramov bildirib. Onun sözlərinə görə, idxalın artması dollara tələbi yüksəldir.

Bu il manatın məzənnəsi necə dəyişəcək?

"2018-ci ildə aylar üzrə dollara tələbin dəyişməsi dinamakasına diqqət yetirəndə əsasən idxal artan aylarda dollar alışı yüksəlib. İdxalın artması fonunda dollara tələb də artıb.

Eyni zamanda idxalın artım dinamikası ilə büdcə xərcləmələri arasında da əlaqə var. Yəni, büdcədən çox xərcələnəndə, çox idxal olur və bu da dollara tələbi artırır. Çünki idxal etmək üçün dollar lazımdır.

Bu il dövlət büdcəsindən 25 milyard 190 milyon manat xərcləmək nəzərdə tutulub. 2018-ci ildə büdcə xərcləri 21 milyard 047 milyon manat proqnozlaşdırılmışdı.

Bu isə o deməkdir ki, büdcə xərcləmələri 2019-cu ildə ötən ilə nisbətən 17 faiz yüksək olacaq. Deməli, 2019-cu ildə neftin dünya bazar qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq dollara tələb artacaq.

Bunun əsas səbəbi isə bu il idxalın artacağı ilə bağlı gözləntilərdir. Belə ki, valyuta hərraclarında satılan xarici valyutanın 90 faizindən çoxu idxal məqsədi ilə istifadə olunur. Hazırda yığım məqsədi ilə dolların alanların sayı əvvəlki illər ilə müqayisədə azdır.

Bu bir tərəfdən, dollarlaşma səviyyəsinin yüksək olması, yəni 2014-2016-cı illərdə yığımların əsasən dollarlaşması ilə bağlıdır. Digər tərəfdən isə, büdcə kanallarından kənar manat bazasının cüzi artması da dollara tələbi azaldır.

Bütövlükdə, valyuta bazarında büdcə xərcləmələri, idxal və dollara tələb arasında kəskin korelasiya var və manatın kursu təhlil edilən zaman bu faktorlar nəzərə alınmalıdır.

Təbii ki, bütün bu qiymətləndirmələr fonunda yenə də Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalır”, - deyə V.Bayramov bildirib.

Pensiyalar necə indeksasiya olunmalıdır?

Ekspert deyir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında orta aylıq əmək haqqı 2.9 faiz artıb:

"Bu ayda pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunmalıdır. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək.

Qeyd edim ki, 2018-ci ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur. Əvvəllər də təklif etdiyim kimi, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.

Belə ki, pensiya məbləğinin orta aylıq əmək haqqıdakı artıma deyil əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğun olardı. Belə ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylı əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir.

2018-ci ildə orta aylıq əmək haqqının 3 faiz ətrafında artacağı gözlənilsə də, əhalinin gəlirləri 9.2 faiz artıb. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir.

Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarınnı az olmadığını nəzərə alsaq pensiyaların orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı.

Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik. Əgər təklif etdiyim ki, pensiya əhalinin gəlirlərindəki artıma indeksasiya olunarsa o zaman indeksasiya nəticəsind pensiyalarda artım 3 faiz deyil, 9 faizdən çox ola bilər”.

Avtomobillərin qiymətindəki artım davam edəcəkmi?

V.Bayramovun fikrincə, bu ilin əvvəlindən avtomobillərin qiymətində artım müşahidə edilməkdədir.

"Avtomobil idxalına tətbiq edilən aksiz dərəcələrinin artırılması artıq bazarda öz təsirini göstərməkdədir.

Apardığımız monitorinqlər göstərir ki, mühərrik gücündən asılı olaraq avtomobillərin qiymətində 6-9 faiz artım qeydə alınıb. Bununla belə, avtomobillərə tələb aşağı olaraq qalmaqdadır.

Qiymət artımı birbaşa idxal xərclərinin artması ilə bağlıdır. Bu baxımdan güman olunur ki, yanvar ayının sonuna doğru qiymətlər stabilləşəcək. Amma qiymətlərdə yenidən azalma gözlənilmir.

Mühərrik gücü az olan avtomobillərə də tətbiq edilən aksiz dərəcəsinin artırılması avtomobil parkının köhnəlməsinə gətirib çıxaracaq. Bu isə yaxın gələcəkdə köhnələn avtomobil parkının yaratdığı ekoloji və texniki problemlərinin sayını artıra bilər.

Buna görə də, kiçik mühərrikli avtomobillərin idxalına yüksək aksiz vergilərinin tətbiq edilməsi məqsədə uyğun deyildi”.

Neftin dünya bazar qiyməti necə dəyişəcək?

"Brent markalı neftin bir barelinin yanvarın ilk 10 günündə dünya bazarında 60 dollardan baha satılması biznes dairələrində enerjinin qiymətlərinin daha da artacağına inam yaratsa da Kanadada neft quyularının sayının artması ilə bağlı açıqlama yenidən qiymətin azalmasına səbəb oldu.

Neft bazarındakı tendensiya göstərir ki, OPEK-in cəhdlərinə baxmayaraq hələlik yüksək qiymətlər real deyil. Neftin qiyməti azalanda Şimali Amerikada şist neft hasil edən quyuların sayı azalsa da qiymətin 60 dolları keçməsi yenidən sözügedən istehsalı rentabelli edir və bu da yenidən təklifi artıraraq qiyməti azaldır.

Digər tərəfdən də, 2019-ci il üçün qlobal iqtisadiyyat üçün proqnozlar nikbin deyil. Bu isə o deməkdir ki, xüsusi fors-major halları baş verməzsə bu il neftin qiyməti yüksək olmayacaq".

Avronun məzənnəsi necə dəyişəcək?

V.Bayramov deyir ki, ötən ilin sonunda Avropa Birliyi büdcəsi ilə bağlı əldə edilən razilaşma avroya nəfəs versə də hələlik avrozonadakı təzyiq tam aradan qalxmayıb:

"Avropanın bir sıra aparıcı ölkələrindəki siyasi etirazlar avroya təzyiq yaratmaqda davam edir. Bununla belə, Avropa Mərkəzi Bank 2019-cu ildə uçot stavkasına korrektlər etmək niyyətindədir. Bu isə o deməkdir ki, siyasi etirazlar sona yetdiyi haıda yenidən avronun məzənnəsində möhkəmlənmə müşahidə edilə bilər. Digər tərəfdən, bu il qlobal valyuta bazarında volatilliyin yüksək olacağı da proqnozlaşdırılır”.

XƏBƏR LENTİ