Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

"Meqa Siti"min "Meqa" fırıldaqçılığı

Tarix:13-03-2019, 09:49 Baxış Sayı:53

"Meqa Siti"min "Meqa" fırıldaqçılığı

Şirkətin Yeni Yasamalda inşa etdiyi binanın payçıları 10 ildir süründürməçiliyə məruz qalıb

Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi Əsəd Əhmədov 3 küçəsində inşa edilmiş "MEQA SİTİ HOLDİNQ" MMC yə məxsus yaşayış binasının payçıları tərəfindən“Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:
“Hörmətli Prezident!
Bu müraciətimizlə yazıb Sizə bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyətinin 28.06.2007 - ci il tarixli, 301 saylı sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində (77 № li sərnişin avtobusun son dayanacağı) inşa edilmiş “Meqa Siti Holdinq” MMC- yə məxsus çoxmərtəbəli yaşayış binasının payçıları olaraq artıq 10 ildir binanın təhvil verilməməsi və şirkət rəhbərliyinin bizi və müraciət etdiyimiz dövlət orqanlarını aldatmaqda davam edir .
Qeyd olunan MMC-də əyani olaraq icraçı direktoru kimi göstərilən Məmmədov Elnur Adil oğlu (hal hazırda həbsdədir) və binaya əsasən rəhbərlik edən 4 təsisçi Qədirov Aqil Əhməd oğlu (hal hazırda həbsdədir), Nuruyev Fariz Əsəgər oğlu, Nəsirzadə Fərhad Rauf oğlu və Zeynalov Maksim Ağaqulu oğlu adlı şəxlərdir.
MMC – yə məxsus çoxmərtəbəli yaşayış binasının tikintisinin tezliklə tam başa çatdırılıb, binanın istismara təhvil verilməsi üçün müvafiq tədbirlərin görülməsinə köməklik göstərilməsi üçün Prezident Administrasiyası tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə, Yasamal rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə tapşırılsa da müraciətlərə qeyri-ciddi yanaşılmışdır. Müraciət etdiyimiz son tarixdən indiyə qədər MMC də qaldırdığımız məsələ ilə bağlı heç bir irəlləyiş və nəticə əldə olunmamışdır.
Müraciət etdiyimiz ərizələrə cavab olaraq binada sürətli tikinti yekunlaşma işlərinin getdiyi bildirilmişdir. Reallıqda isə binanın 10 ildən çox vaxta tikilməsinə baxmayaraq bina tam hazır olmamışdır və nəzərdə tutlan vaxtda təhvil verilmir. Su anbarı, elektrik paylayıcı stansiyası, avtomaşınlar üçün qaraj, liftlər və binanın üst hissəsi tikilməmişdir. Hər dəfə gecikməyə müxtəlif bəhanələr gətirilərək binanın təhvil verilməsi müxtəlif illərdə yalan olaraq bina payçılarına vəd verilərək yerinə yetirilməmişdir.
MMC nin hər birində 160 mənzil olmaqla iki ədəd yaşayış binası var. Yalnız 2 - ci yaşayış binasında az da olsa işlər gedib. Ancaq şikayətçisi olduğumuz 1saylı yaşayış binasında (A blokunda) heç bir iş getmir.
“Meqa Siti Holdinq” 1 saylı yaşayış binasına birbaşa Qədirov Aqil Əhməd oğlu(hal hazırda həbsdədir) və Zeynalov Maksim Ağaqulu oğlu rəhbərlik edir.
Düşdüyümüz vəziyyətdən çıxış yolu üçün bina sakinləri öz yığdıqları pul hesabına 1 ədəd yük liftinin gətirilməsinə və su anbarından su xəttinin çəkilməsinə nail olmuşdur. Lakin çəkilən suyun mənzillərə paylanması üçün matorxana olmadığı üçün hal-hazırda susuz şəraitdə yaşayırıq.
Hal-hazırda binada uzun müddətdir ki su yoxdur. Bunla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsəkdə heç bir cavab ala bilməmişik.
Ölkəmizin 92 fazindən çox hissəsinin qazlaşdırıldığını nəzərə alsaq biz 100 ə yaxın ailə hələ də üzümüzə gələn şaxtalı soyuq havada yaşamaq məcburiyyəti ilə üz-üzə qalmışıq.
Hal-hazırda binada 60 - a yaxın ailə yaşayır və sakinlər çoxalmaqda davam edir. Aillələr məcburən soyuqda məhdud işıq və susuz şəraitdə yaşayırlar. Əksəriyyəti maddi vəziyyəti bir o qədər də yaxşı olmayan əlil, müharibə vetiranı və gənc ailələrdən, əməkdar və xalq artisindən ibarət olan 200 dən artıq payçı kirayə qalmaq məcburiyyətində qalıblar.
Bunu da qeyd etmək istədik ki, şirkətin tikilməyən qaraj hissəsində bir neçə dəfə güclü yağın hadisəsi baş verib və orda yaşayan sakinlərin 112 çağrı xidmətinə zəng vurulduqdan sonra FHN nin müdaxiləsi ilə söndürülüb. Lakin yanğın təhlükəsi hələ də mövcuddur.
Hörmətli Prezident!
Biz hamımız Sizin Azərbaycana və Azərbaycan xalqına göstərdiyiniz xeyirxaq işlərin canlı şahidiyik. Xalqımıza göstərdiyiniz bu qayğıya görə biz də Sizə öz minnətdarlığımızı bildirir və Sizdən artıq dərəcədə xahiş edirik bizim bu ev problemimizin işıqlandırılmasında köməklik göstərəsiniz.
Əwəlcədən öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

Mənbə: Hurriyyet.org
Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

XƏBƏR LENTİ