Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

İşığa qoyulan limit artırılır

Tarix:24-06-2019, 17:00 Baxış Sayı:55

İşığa qoyulan limit artırılır

İki ay öncə dövlət başçısının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırıldı. Əhalinin qış aylarında təbii qaza tələbatının yüksək olması və bu səbəbdən illik limitin keçilməsi ilə bağlı kommunal xərclərinin artmasını nəzərə alan hökumət bu addımı atdı.

Hazırda isə yay fəslinin anomal istilərində insanların evdə və iş yerlərində kondisionerləri işə salması elektrik xərclərini hiss olunacaq dərəcədə artırıb. Bir çoxları isə aylıq elektrik xərclərini ödəməkdə çətinlik çəkdiyindən evdə, ofisdə kondisioner yandırmaqdan imtina edir. Bu insanların həyat şəraitinin yaxşılaşdırılması və rifahının təmin olunması üçün həm iqtisadçı ekspertlər, həm də deputatlar aylıq elektrik limitinin artırılmasını təklif edirlər. Həmçinin 3 aylıq yay mövsümü dövründə limitin ləğvini təklif edənllər də var.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Deputat Fazil Mustafa bildirib ki, hökumətin bu istiqamətdə müəyyən addım atacağı gözləniləndir: "Milli Məclisin sonuncu iclasında mən məhz bu məsələyə toxunmuşdum ki, insanların elektrik enerjisindən istifadə ilə bağlı müəyyən problemləri var və bu limitin də müəyyən qədər qaldırılmasına ehtiyac var. Elektrikdə limit aylıq olduğu üçün il ərzində təsir etmir, ancaq yay aylarında təsirini göstərir. Hökumət bunun üzərində yəqin ki, düşünür, müəyyən addımlar atıla bilər.

Son zamanlar vətəndaşların maraqlarını nəzərə alaraq prezident tərəfindən atılan addımlara nəzər salsaq bu da mümkün variantlardan biridir. Biz bu məsələni qaldırmışıq, hazırda aktualdır. Hesab edirik ki, bu limit ən azı yay aylarına şamil edilə bilər. Ən azı 3 ay müddətində insanların elektrik enerjisindən rahat istifadəsi üçün limit götürülə bilər. Belə bir addım atılsa vətəndaşın rifahında da öz təsirini göstərəcək”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Xəzəryanı ölkələr arasında ən bahalı elektrik enerjisi Azərbaycana məxsusdur: "Əgər biz özümüzü qonşu ölkələrlə müqayisə ediriksə, o zaman Ermənistanla, Gürcüstanla, Moldova ilə deyil, Rusiya, Qazaxıstan, Özbəkistan və Türkmənistanla, İranla müqayisə etməliyik. Bu ölkələr də bazar iqtisadiyyatına uyğunlaşıb. Elektrik məsələsində də ilk növbədə bu xidmətin maya dəyəri əsas götürülür, ikincisi də, əhalinin əlçatanlığının təmin olunması nəzərə alınır. Tarifləri qaldıranda bir neçə nəfəri televiziyaya çıxarıb izah edirlər ki, Avropada elektrik enerjisi daha bahadır, 1 kilovatt elektrik enerjisinin qiyməti 25 sentdir. Ancaq heç kim demir ki, avropalı 5 min avro əməkhaqqı alır. Ona görə də, sadaladığım Xəzəryanı ölkələr arasında ən bahalı elektrik enerjisi Azərbaycandadır”.

İqtisadçı alim Vüqar Bayramov da əhali üçün elektrik enerjisinə tətbiq edilən limitlərin artırılmasının tərəfdarı olduğunu bildirib: "Azərbaycanın mövcud iqtisadi durumu və xüsusən də 2017-ci ildə iqtisadi stabilliyin əldə edilməsi nəticədə kommunal xidmətlərin daha ucuz təklif edilməsinə imkan verir. Elektrik enerjisinin istehsalında ciddi artımlar müşahidə olunub. Elektrik enerjisinin istehsalı da nəticədə kommunal xidmət olaraq elektrik enerjisinin daha ucuz qiymətə və daha artırılmış limitlər daxilində təklif edilməsinə imkan verir. Azərbaycan iqtisadiyyatında artım tempinin bərpa edilməsi, neftin qiymətinin məqbul səviyyədə olması işığın limitinə baxılması və onun artırılması üçün baza formalaşdırıb”.

XƏBƏR LENTİ