Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

“25 əməkdaşımızı prokurorluğa şəxsən şikayət etmişəm” - Nazir

Tarix:25-06-2019, 14:00 Baxış Sayı:53

“25 əməkdaşımızı prokurorluğa şəxsən şikayət etmişəm” - Nazir

"25 əməkdaşımızla bağlı prokurorluğa özüm təqdimat vermişəm. Cinayət işi açılıb. Bunu özüm açıqlamamışam. Bunu açıqlamaq mənə nə verəcək ki? 9 milyon vəsaitin onların hesabına dövlət büdcəsinə köçürülməsini təmin etmişəm”

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əhaliyə paylanılan mal-qaranın bəzilərinin xəstə və ya qoca ilə bağlı edilən şikayətlərə münasibət bildirərkən deyib.
Nazir tədbirlərin birində çıxışı zamanı prosesin davam edəcəyini vurğulayıb: "Səhv tapanda cəzalandıracağıq. Əməkdaşlarıma ən böyük cəzanı da özüm verirəm. Məşğulluq xidmətindən bəzi adamları işdən çıxardım. Dərhal mediada bu heyvanlarla bağlı məsələ yayılmağa başlanıldı.Xatırladım ki, əhaliyə paylanılan mal-qaranın xəstə və ya qoca olması ilə bağlı 700-dən çox şikayət aldıq. Buna görə də, 700 araşdırma təyin olundu. Araşdırma zamanı şikayətlərin 25-nin düz olduğu ortaya çıxdı. Siz indi saxtakarlığın dərəcəsinə baxın.

Mən həmişə deyirəm ki, niyə 2017-ci ildə heyvanlar veriləndə kimsə danışmırdı? 2018- ci ildə hamı eşitdi, bildi. 30 min heyvan verildi. Ancaq kiçik bir faizini şişirtdilər.
İndi isə ikinci tendensiya başlayıb. Gəlib deyirlər ki, verilən heyvan xəstədir. Noyabr ayında biz heyvanı verəndə onun baytar arayışı da var idi. Heyvanın şəkli də var idi. Qida Təhlükəsizliyi Agentliyindən xahiş etdim, getdilər, baxdılar.146 heyvanda xəstəlik aşkar olundu. İstənilən fermer heyvan götürüb 6 ay saxlayandan sonra həmin heyvanlar içərisindən xəstələnəni də olacaq. Mənim yanıma vətəndaş gəlib deyir ki, inək öskürür. Deyirəm ki, ay ağsaqqal, bu heyvanları harada saxlayırsan? Deyir həyətdə saxlayıram. Həyətdə saxlayanda xəstələnəcək də. Mən demək istəmirəm ki, gələn vətəndaş yalan deyir. Ola bilər ki, düz deyir. Ola bilər ki, bizimkilərin səhvi olub.

Nazir deyib ki, heyvan veriləndə siyahıdan olan 1000 nəfər kənarlaşdırılıb: "Çünki heyvan veriləndə görülüb ki bu adamın obyekti, maşını, torpağı var. Onlar da bəlkə 10 min dəfə şikayət məktubu yazıb. Aralarında çox gözəl yol tutanları da var. Bir nəfəri işdən çıxarırıq. 125 deputatımızın hamısına məktub yazırlar. Eyni adama 125 dəfə cavab verməli oluruq, Bütün bunların mediada niyə yayılmasından, şişirdilməsindən xəbərdaram. Məşğulluq xidmətindən bəzi adamları işdən çıxardım. Dərhal mediada bu heyvanlarla bağlı məsələ yayılmağa başlanıldı”.(qafqazinfo)

XƏBƏR LENTİ