Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Gürcüstan avtobusları Azərbaycan yollarında təhlükə yaradır – Video

Tarix:23-07-2019, 17:04 Baxış Sayı:62

Gürcüstan avtobusları Azərbaycan yollarında təhlükə yaradır – Video

Gürcüstan dövlət nömrə nişanlı avtomobillərlə Azərbaycanda taksi fəaliyyəti göstərən, eyni zamanda mikroavtobuslarla qanunsuz sərnişin daşıyan sürücülərlə bağlı bir neçə dəfə mətbuatda məsələ qaldırılıb. Yol polisi bu cür halların qanunsuz olduğunu diqqətə çatdırıb və sürücülərin aşkarlanaraq cərimələndiyini bildirib. Lakin bundan da ciddi bir problem hələ qalmaqdadır. Söhbət xarici dövlət qeydiyyat nişanlı iri tutumlu avtobuslardan gedir.

Müraciət edən oxucu bildirib ki, xüsusilə Bakı-Qazax yolunda rast gəlinən bu avtobusların sürücüləri qayda-qanun tanımır. Bu sürücülər yüksək sürətlə idarəetmə, təhlükəli manevrlər edirlər. Ən maraqlısı isə üzərində Azərbaycan dilində “Sifariş qəbul olunur” yazaraq Azərbaycan mobil operatorlarına məxsus olan nömrələr yerləşdirirlər. Yəni, bu avtobusları sürənlər ya Azərbaycan vətəndaşları, ya da Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Böyük ehtimalla onlar elə ölkə daxilində fəaliyyət göstərirlər.

Vətəndaşlardan biri tərəfindən çəkilən videogörüntülərdə GE MO 403 KU və GE DA 646 KL Gürcüstan dövlət nömrə nişanlı “Mercedes 403” markalı iritutumlu avtobuslar əks olunub. Yüksək sürətlə hərəkət edən hər iki avtobus sanki yolda yarışırlar. Avtobuslardan biri sol zolağı tutaraq gedir. Digəri isə sağda hərəkətdə olduğu zaman sürəti artıraraq onu ötür və sol zolağa keçid edir.

Problemin iki tərəfi mövcuddur. İlk problem bu avtobus sürücülərinin qaydalara riayət etməməsidir. Onlar bir çox hallarda 90 km/saat sürətlə hərəkət etməli olduqları halda 120-130, bəzən də 140 km/saat sürətlə hərəkət edirlər. Digər tərəfdən yolun sol zolağını tutaraq digər sürücülər üçün təhlükə yaradırlar.

İkinci məsələ isə onların göstərdikləri xidmətə görə dövlət büdcəsinə vergi ödəyib-ödəmədikləri ilə bağlıdır. Bu avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət edirmi? Yoxsa qanunsuz olaraq fəaliyyət göstərirlər?

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova “Report”a açıqlamasında bildirib ki, Bakıdan həftənin 3 günü Batumi, hər gün isə Tbilisiyə avtobuslar hərəkət edir. Avtobuslar daşıyıcı şirkətlərə məxsusdur, Bakı Beynəlxalq Avtovağzal Kompleksi müqavilə əsasında həmin şirkətlərin xidmətlərindən istifadə edir:

“Konkret olaraq bu iki avtobus barədə isə onu bildirmək istəyirəm ki, qeyd olunan dövlət nömrə nişanlı avtobusların heç biri avtovağzal ərazisindən fəaliyyət göstərmir. BBAK ərazisindən hərəkət etməyən beynəlxalq və şəhərlərarası istiqamətlərə sərnişin daşıyan avtobuslara görə məsuliyyət daşımır”.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə “Report”a açıqlamasında bildirib ki, istənilən qayda pozuntusu vizual, yaxud xüsusi texniki vasitələr tərəfindən aşkarlandıqda müvafiq olaraq barəsində inzibati qaydada protokol tərtib olunur: “Bu, Gürcüstan dövlət nömrə nişanlı avtomobillərə də aiddir. Bu sistem uzun müddətdir ki, işləyir və faktlar aşkarlandığı təqdirdə sürücülər inzibati qaydada tənbeh olunur”.(report)

XƏBƏR LENTİ