Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Broyler şirkətləri xalqı bucür zəhərləyir - VİDEO

Tarix:14-02-2015, 04:06 Baxış Sayı:903

Broyler şirkətləri xalqı bucür  zəhərləyir - VİDEO


“Azərbaycanda broyler toyuqları birmənalı şəkildə genetik modifikasiya olunmuş (GMO) yemlərlə qidalandırılır”.
Bu sözləri açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov broyler toyuqlarının insan sağlamlığına zərər verməsi məsələsinə aydınlıq gətirərkən deyib. O, broyler toyuqlarının insan sağlamlığına ciddi zərər vurduğunu bildirib:
“Broyler toyuqları zərurətdən yaranıb və arzuolunmaz toyuqlar hesab olunur. Onları yetişdirmək üçün təbii ki, dərmanlardan və antibiotiklərdən istifadə edilir. Bunlar da öz növbəsində insanların sağlamlığına mənfi təsirini göstərir. Lakin bunu sübut etmək elə də asan iş deyil. Biz Azərbaycanda broyler şirkətlərinin sadəcə toyuq yemlərinin monitorinqini aparmışıq. Araşdırmalarımız zamanı məlum olub ki, broyler toyuqlarının qidalandırılmasında genetik modifikasiya olunmuş yemlərdən istifadə olunur. Lakin Azərbaycanda bu istiqamətdə laboratoriya olmadığı üçün broyler toyuqlarına vurulan antibiotiklərin miqdarını müəyyənləşdirmək hələlik mümkün deyil. Buna görə də insanlar sağlamlıqları üçün narahat olurlar. Broyler toyuqları birmənalı şəkildə əhalinin sağlamlığına ciddi zərbə vurur”.
Araşdırmalara başlanılıb
“Məsələdən xəbərdarıq, saytlarda yayılan videonu görmüşük. Bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti xidmətində araşdırmalara başlanılıb”.
Bu sözləri isə “Modern.az” saytına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.
O qeyd edib ki, hər şeyin aydınlığa qovuşması üçün vaxt və əlavə informasiya lazımdır: “Hesab edirik ki, məsələyə hüquqi müstəvidə baxılmalıdır. Bu çəkilişi həyata keçirən və onu Yutubda yerləşdirənin kimliyi müəyyən olunmalıdır. Bunun vasitəsilə də ünvan dəqiqləşməlidir”.
Komitə rəsmisi deyib ki, yayılan videonun təxribat xarakterli olması istisna deyil:
“Bu video real da ola bilər, təxribat da, provokasiya xarakteri də daşıya bilər, yerli məhsulların keyfiyyətinə şübhə yaratmaq istəyi də ola bilər. Bu, təkcə bizim komitədə yox, müvafiq instansiyalarda da araşdırılmalıdır. Araşdırma başlayıb və nəticələr barədə mütləq ictimaiyyətə açıqlama verəcəyik”.
Qeyd edək ki, Bakunews.az-ın elektron ünvanına toyuqlara iynə vurmaqla onun necə şişirdilməsini əks etdirən görüntülər göndərilib. Görüntülərdən aydın olur ki, gündəlik istifadə olunan toyuq məhsullarının tərkibinə onun çəkisini artırmaq üçün zərərli maddələr vurulur. Elə bu səbəbdəndir ki, əhali arasında kökəlmə və digər xəstəliklər çoxalır. İmmun zəifləməsi müşahidə edilir ki, bu da xəstəliklərə yol açır. Hətta bu toyuqların xərçəng xəstəliyi də yaratdığı iddia olunur.

XƏBƏR LENTİ