Anons

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

Nadir Qafarzadə azərbaycanlı qadınları təhqir etdi

Tarix:9-09-2017, 11:28 Baxış Sayı:186

Nadir Qafarzadə azərbaycanlı qadınları təhqir etdi

Azərbaycanlı xanımlara özünü inkişaf etdirməyi və özünü sevməyi məsləhət görən müğənni Nadir Qafarzadə hesab edir ki, ərə gedib uşaq dünyaya gətirmək qadının əsas vəzifəsi deyil. Qadın gözəl ana olduğu kimi, gözəl həyat yoldaşı da olmağı bacarmalıdır. Bundan başqa ifaçı yaşını gizlədən qadınların çoxunun aciz olduğunu düşünür.

Nadir Qafarzadə Publika.az-ın "Üç nöqtə” layihəsi çərçivəsində yarımçıq qalan fikirləri belə tamamlayıb.

- İndiki ağlım olsaydı...

- Səhvlərə yol verməzdim, başqa cür yaşayardım.

- Zəmanət verə bilərəm ki...

- Sizinlə danışan Nadir Qafarzadədir.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Hər kəsi savadlı edərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Səliqəli, baxımlı və seksual qadınlara kişilər xəyanət etmir.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Qadın yalnız məişət işləri ilə məşğul olmalı deyil, o, həyat yoldaşına da xüsusi diqqət və qayğı ilə yanaşmalıdır. Mənə elə gəlir ki, Azərbaycanda kişilər xanımlara daha çox xəyanət edirlər. Çünki azərbaycanlı xanımların çoxu elə fikirləşir ki, ərə gedib uşaq dünyaya gətirmək, mətbəxdə yemək bişirmək qadının ən ali vəzifələridir. Amma belə deyil, qadın ərinin bütün istəklərinə hərtərəfli cavab verməlidir. Necə deyərlər, qadın qabyuyan, paltaryuyan və yemək bişirən robot deyil. O, gözəl ana olduğu kimi, ideal həyat yoldaşı xüsusiyyətlərinə də malik olmalı, başlıcası isə özünü inkişaf etdirməli, özünü sevməli və yüksək qiymətləndirməlidir.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Ancaq aciz qadınlar yaşını gizlədir. Yaşını gizlədən qadınlar özlərindən başqa heç kimi aldatmır. Xüsusilə məşhurların neçə yaşda olduğunu hər kəs gözəl bilir. Elə qadınlar var ki, özünə baxdığı üçün yaşından daha cavan görünür. Baxımsız qadınlar isə vaxtından tez qocalır, dərisi qırışır və saçları ağarmağa başlayır.

- Qadına qarşı şiddət...

- Təbii ki, əleyhinəyəm. Bu cür hadisələr də savadsızlığın, cahilliyin ucbatından baş verir. Ümumiyyətlə, savadsız insan natamam şəxsiyyətdir.

- Vicdanıma and olsun ki...

- Hər zaman səmimi danışıram, sünilik məndən tamamilə uzaqdır. Süni və yaltaq insanlara da nifrət edirəm. Vicdanıma and olsun ki, riyakar və yaltaq insan deyiləm.

- Mən təəssüf edirəm ki...

- Təəssüf etdiyim məqamlar çoxdur. Dünənki günümlə fəxr edib bu günümdən utanıram. Nə üçün? Savadsız, tərbiyəsiz və cahil insanlarla eyni cəmiyyətdə yaşadığım və onlarla eyni havanı udduğum üçün.

- Vanqa nənə ilə görüşsəydim...

- Allaha bağlı insanam, odur ki, onun kimi öncəgörücülərlə görüşməyi heç vaxt arzulamamışam. Əgər şansım olsaydı, Allahla görüşərdim.

- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki…

- Unutmaq sözü leksikomumda yoxdur, o, çox gözəl bilir ki, hər zaman mənim qəlbimdə və beynimdədir.

- Tənhalıq insan üçün lənətdir, yoxsa ki...

- Allah heç kəsi tənha etməsin. Tənha quş yuva qurmaz deyirlər. Tənhalıq çox pis xəstəlikdir, bəlkə də virusdur, heç kimə tənhalıq arzulamazdım. Bu mövzuda danışmaq məni qorxudur.

- Ən böyük səhvim o olub ki...

- Səhvsiz insan yoxdur, mənim də böyük səhvlərim olub. İnsan yaşa dolduqca səhvlərindən nəticə çıxarır, müdrikləşir. Səhvsiz yalnız Allahdır, səhv etmək bəndələrə məxsus xüsusiyyətdir.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- O qədər hissiyatlı insanam ki, bunu dərhal başa düşürəm. Bununla belə heç vaxt kiminsə yalanını üzünə vurmuram, yola verirəm. Çünki istəsən də, o adamı düz yola gətirə bilməyəcəksən.

- Tanrı insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Bəndələr bəzən Allahın işinə qarışır, bu, məni narahat edir. Hesab edirəm ki, Allah kimi hansı cilddə, hansı formada, hansı əqidədə yaratdığını özü yaxşı bilir.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Tüklərim biz-biz olur.

- Günahlarım yadıma düşəndə...

- Cəhənnəm odunda yanmaqdan qorxuram.

- Övladlarıma ən çox onu məsləhət görürəm ki…

- Dürüst və savadlı olmağı öyrətmişəm, amma indiki dövrdə dürüst insan olmaq çox çətindir.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- İnsanların hansı dinə mənsub olduqları mənimçün maraqlı deyil, əsas odur ki, Allah birdir. Hansı dinə itaət etmələrindən asılı olmayaraq insanlığını qoruyub saxlamalısan. İlahi ədalətə də inancımı həmişə qoruyub saxlayıram.

- Yaxşı gündə, pis gündə...

- Həyat yolaşım hər zaman yanımdadır.

XƏBƏR LENTİ