Anons

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

Nazpəri Dostəliyevanın yalan vədləri və diqqətsizliyi... – FOTO

Tarix:5-10-2017, 16:12 Baxış Sayı:70

Nazpəri Dostəliyevanın yalan vədləri və diqqətsizliyi... – FOTO

“Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univrsitetində vokal müəlliməm olub. Nazpəri xanım gözəl səsli sənətçimizdir, fəxrimizdir. Amma buna baxmayaraq, mənə qarşı edilən haqsızlıqlara göz yuma bilmirəm. Belə ki, o, mənə vəd verdiyi və böyük ümidlərlə gözlədiyim sözdə dəstəyini bu günə qədər əsirgəyib.”

Bunu xalq artistinin tələbəsi, müğənni Aref Kemal mətbuata açıqlamasında deyib. O, bildirib ki, Nazpəri Dostəliyevanın ona qarşı laqeyd münasibəti dəfələrlə olub:

“Təxminən ilyarım əvvəl Xəzər Televiziyasından çəkiliş qrupu gəlmişdi. Nazpəri xanım da yeddi tələbəsinin ifalarını təqdim edirdi. Mən də ifamı təqdim etmişdim, amma efir rejissoru onu kəsib, efirə verməmişdi. O biri tələbələrin ifaları isə verilişdə yayımlanmışdı. Buna görə də inciklik yaranmışdı. Nazpəri xanım orada mənə söz verdi ki, səni həm öz tələbəm kimi, həm də əlavə verilişlərə dəvət alanda köməklik göstərəcəyəm. Onu da dedi ki, məni başqa müğənnilərlə səhv salma, sözümə əməl edənəm. İnanıram ki, verdiyi sözə nə vaxtsa əməl edəcək. Onun mənim üzərimdə çox böyük əməyi olub. Mərd xanımdır, amma uman yerdən küsərlər!

Demirəm ki, Nazpəri xanım cibindən pul verib, məni verilişlərə çıxartsın. Onun dediyinə görə, tələbələri digər sənətçilərin tələbələrindən səs baxımından güclüdür. Məsələn, əməkdar artist Nüşabə Ələsgərli şəxsi “İnstagram” səhifəsində tələbələrinin şəkillərini paylaşır və tələbələri ilə fəxr etdiyini yazır. Nüşabə xanım son 3-4 il ərzində tələbələrinə qarşı diqqətli olduğu üçün onları Azərbaycan xalqına tanıdıb. Nazpəri xanım da ən azından öz “İnstagram” səhifəsində məhz məni deyil, digər tələbələrinin şəkillərini paylaşmaqla da onlara müəyyən qədər dəstək ola bilərdi. Ona görə də umuram və küsürəm!”

A.Kemalın sözlərinə görə, şəxsən müəlliməsinə qarşı heç vaxt diqqətsiz olmayıb və onun tələbəsi olmaqla fəxr edir:

“ADMİU-nun estrada müğənnisi fakültəsini bitirmişəm. Maraqlıdır ki, universiteti bitirdiyim gündən bu vaxta qədər Nazpəri xanıma qarşı diqqətsiz olmamışam. Bayramlar da təbrik mesajları göndərirəm, vəziyyətini soruşuram, amma faydasızdı. Çünki bir dəfə də olsun heç vaxt nə mesajlara, nə də zənglərə cavab verməyib.”

“Azərbaycanın səsi” mahnı müsabiqəsinin sevilən iştirakçılarından olan A.Kemal, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Xəzər Dəniz Neft Donanması İdarəsində 10 ildir şturman vəzifəsində çalışır.

Nazpəri Dostəliyevanın yalan vədləri və diqqətsizliyi... – FOTO
Nazpəri Dostəliyevanın yalan vədləri və diqqətsizliyi... – FOTO
Nazpəri Dostəliyevanın yalan vədləri və diqqətsizliyi... – FOTO

XƏBƏR LENTİ