Anons

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

Flora Kərimovadan Zeynəb Xanlarovaya ağır ittiham: "O, mənim telekanallara çıxmağıma qadağa qoyub"

Tarix:5-10-2017, 17:03 Baxış Sayı:76

Flora Kərimovadan Zeynəb Xanlarovaya ağır ittiham: "O, mənim telekanallara çıxmağıma qadağa qoyub"

Xalq artisti, korifey sənətkar Flora Kərimovanın son vaxtlar efirlərdə görünməməsi onu sevənlərin narahatığına səbəb olub.

İddialara görə, F.Kərimovanın TV-lərə dəvət almamasına səbəb onun millət vəkili, xalq artisti Zeynəb Xanlarovanı tənqid etməsi ilə əlaqədardır. Bu tənqidlərə görə F.Kərimovaya efir qadağası qoyulub.
Bakunews.az bildirir ki, Kult.az-a açıqlama verən xalq artisti Flora Kərimova faktı təsdiqləyib. Sənətkarın sözlərinə görə, o, artıq iki ildir ki, efirə çıxmır:

“Mən artıq iki ildir efirlərdə yoxam. Nə danışım ki, indi? Bu qadağanı mənə millət vəkili Zeynəb Xanlarova qoyub. Mən millətim üçün, xalqım üçün oxuyuram. Azərbaycan mənim arxamda deyil, önümdədir. Mənim 77 yaşım var. İndi mənim efir üstündə kiminləsə mübahisə edən yaşım deyil”.

F.Kərimova bildirib ki, ailəsinə və övladlarına qarşı deyilən sözlərə susa bilməz:

“Mən ailəm, övladlarım haqqında deyilən sözləri qəbul edə, uda, bağışlaya bilmərəm. Mən illərlə nə təhqirlərə məruz qaldım. İnsana bu qədər dağ çəkmək olar? Bu qədər sözlər deyilir ünvanıma, necə cavab verməyim? Axı mənim övladlarım var. Mən olmayandan sonra onları necə qoyum bu sözlər, suallar qarşısında?”.

Sevilən sənətkar efir qadağasına görə heç kəsdən incimədiyini bildirib:

“Mən buna görə heç bir kanaldan, televiziya rəhbərindən, saytlardan incimirəm. Hansısa kanal rəhbərinin dalınca danışmamışam, danışmaram. Çünki hər bir kanaldan mən çox hörmət görmüşəm. Amma indi heç bir efirdən dəvət almıram. Bundan öncə də dəfələrlə belə hallar olub. TV-lər qadağa qoyub, efirə dəvət etməyiblər. Sonra yenidən özləri bu qadağanı qaldırıb və dəvət ediblər məni. Bunun üçün mən özüm nə isə etməmişəm. Mən cavan vaxtlarımda da efir davası etməmişəm. Özləri çıxarıblar, sonra özləri dəvət ediblər. Mən nə deyə bilərəm ki?!”.

XƏBƏR LENTİ