Anons

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

Avtoritetlərlə adı hallanan azərbaycanlı müğənnilər - SİYAHI

Tarix:31-10-2017, 13:13 Baxış Sayı:132

Avtoritetlərlə adı hallanan azərbaycanlı müğənnilər - SİYAHI

Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın bu gün həbs olunub. İfaçı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

Qeyd edək ki, Fədayə Laçın adı kriminal aləmdəki şəxslərlə hallanan ilk müğənni deyil. Əvvəllər də bir neçə tanınmış ifaçının, hətta xalq və əməkdar artistlərin belə bu tip xəbərlərdə adı keçir.

Bundan öncə, mərhum Xalq artisti İlhamə Quliyevanın, Xalq artisti Briliant Dadaşovanın, Əməkdar artistlər Mətanət İsgəndərlinin, Manana Çaparidzenin, Eyyub Yaqubovun da adları kriminal şəxslərlə yanaşı çəkilib.

Xalq artisti İlhamə Quliyevanın adı əvvəlcə Hacı Məmmədovla, daha sonra isə ləğv edilmiş MTN hadisələrində hallanıb. Mərhum müğənninin Hacı Məmmədovla olduğu kimi, sabiq MTN rəhbəri ilə də şəxsi münasibətlərinin olduğu deyilirdi. İ.Quliyeva son hadisələrlə bağlı açıqlama verməsə də, Hacı Məmmədovla dostluğunu özü də təkzib etmirdi, ancaq "qara işlər”indən xəbərsiz olduğunu vurğulayırdır. Onu da bildirək ki, Hacı Məmmədovun "Qarabulaq”deyilən istirahət məkanının girişində İlham Quliyevanın böyüdülmüş fotosu asılmışdı.

Hacı Məmmədovun daha bir "qurbanı” Xalq artisti Brilliant Dadaşova olmuşdu. Həmin ərəfədə sənətçi ölkəni tərk etmək istəyərkən Bakı Hava Limanında saxlanılmışdı. Buna səbəb Dadaşovanın pasportunda özünü "cavanlaşdırması” idi. Belə ki, həmin sənəddə müğənninin adı "Prılanta” kimi qeyd olunub və təvəllüdü 1964-cü il göstərilib. Əslində isə Brilliant Dadaşova 1959-cu ildəndir. O zaman hətta daxili işlər naziri Ramil Usubovun özü Brilliant xanımın olayı ilə bağlı mətbuata açıqlama vermişdi.

Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində onunla birgə fotosu yayılmış müğənni Eyyub Yaqubovun da adı hallanmışdı. İfaçının H.Məmmədovun "dost” siyahısına düşməsinə səbəb də məhz həmin foto olmuşdu. Eyyub Yaqubov özü isə bu barədə açıqlama verməkdən yayınmışdı.

Hacı Məmmədovla yanaşı adı çəkilən digər müğənni isə Manana Çaparidzedir. Çaparidzenin də adının hallanmasına məhz 2006-cı ildə Hacı Məmmədovla "Qarabulaq” istirahət mərkəzində çəkdiyi fotolar səbəb olmuşdu. Eyyub Yaqubovdan fərqli olaraq M.Caparidzeyə H.Məmmədovun "Mercedes” markalı avtomobil hədiyyə etdiyi də iddi edilirdi.

Məlum MTN hadisələrində Əməkdar artist Mətanət İsgəndərlinin də adı hallanıb. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev dəfələrlə ifaçını "MTN agenti” olmaqda günahlandırıb. Qardaşı Mahir Abdullayevlə bağlı cinayət əməlində onun da əlinin olduğunu iddia edib. Bildirib ki, Mahir Abdullayev Mətanət İsgəndərli ilə israrlı dəvətlərdən sonra görüşüb, həmin görüşdə dava düşüb, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.

"MTN işi”ndə adı çəkilən digər müğənni Manaf Ağayevdir. İfaçı Akif Çovdarovun məhkəməsində də iştirak edib. Müğənni Akif Çovdarovun cinayət işində adı zərərçəkən kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesinə çağırılıb və dindirilib. Müğənni özü isə mətbuata açıqlamasında Akif Çovdarovla heç bir əlaqəsi olmadığını bildirib.

Ləğv edilən MTN olaylarında müğənni Şəbnəm Tovuzlunun da adı hallanıb. Şəbnəm Tovuzlunun da sabiq MTN Akif Çovdarovun qurbanlarından biri olduğu deyilirdi. İddia olunurdu ki, ifaçı qadın alverində ittihamı olunaraq MTN-ə aparılıb. /// a24

XƏBƏR LENTİ