Anons

Dünən, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

Müğənnilərin tələffüzünün monitorinqi SƏS-KÜY YARATDI - ''Olmazmı ki, məmurları...''

Tarix:5-02-2018, 09:51 Baxış Sayı:84

Müğənnilərin tələffüzünün monitorinqi SƏS-KÜY YARATDI - ''Olmazmı ki, məmurları...''


AMEA Dilçilik İnstitutunun monitorinq şöbəsinin aparıcı elmi-işçisi Nəzakət Qazıyevanın sözlərinə görə, müğənnilərin ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb. Bir çox ifaçıların dilində ciddi qüsurlar olduğunu deyən mütəxəssis bildirib ki, bu barədə açıqlamalar aprel ayında veriləcək:
“Onlar mənsub olduğu bölgələrin ləhcəsini tələbələrinə belə, aşılayırlar. Məqsəd dilimizi qorumaqdır. Ləhcə ilə danışan zaman sözlər deformasiyaya uğrayır və dil qaydaları pozulur”.
Müğənnilərin nitqindəki qüsurlara görə monitorinq aparılması məsələsinə tanınmış sənət adamlarının münasibətini öyrənib.

Vüqar Əhməd: “Nə olsun ki, Xalq artistisən?”

Müğənnilərin tələffüzünün monitorinqi SƏS-KÜY YARATDI - ''Olmazmı ki, məmurları...''


AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, nəğməkar şair Vüqar Əhməd bildirib ki, müğənnilərin, xüsusilə xanəndələrin 90 faizi mahnılarda sözləri düzgün tələffüz etmir:
“Gözəl səsləri olsa da, orfoepiyanı, yəni ədəbi tələffüz qayalarını bilmirlər. Təklif edərdim ki, İncəsənət Universitetinin və Milli Konservatoriyanın xanəndəlik sinflərində filologiya fakültəsində olduğu kimi, Ədəbi Tələffüz dəsrləri keçirilsin. Maarifləndirmək üçün monitorinqin keçirilməsi çox yaxşıdır, nitqində qüsurlara yol verən sənətçilər tənbeh olunmalıdır. Məsələn, çoxu “məndən” sözünü yazıldığı kimi deyir, halbuki, bu söz “mənnən” şəklində tələffüz edilməlidir. Elə Xalq artistləri var ki, c hərfini düzgün demir, çox çirkin səsləndirirlər. Burada region məsələsi də var. Təəssüf ki, efirə çıxıb ləhcə ilə danışırlar. Bəzi ifaçılar doğulduğu bölgəni az qalsın gözümüzə soxur ki, həmin rayonun camaatı onu toya aparsın. Biz axı yerlipərəst xalqıq... Təbii ki, bütün ləhcələr bizim üçün doğmadır, dialekt sözlər ədəbi dilimizin leksik bazasıdır. Amma televiziyanın öz qayda-qanunları olduğunu unutmamalıyıq. Yaxşı olardı ki, xanəndələr öz üzərində çalışsın, filoloji savadlarını artırsın. Muğamın tərkib hissəsi qəzəllərdir. Qəzəllər də əruz vəznində yazılır, sözləri səhv tələffüz edəndə isə əruz vəzni nə günə düşür, bəhri pozulur. Adi çıxışlıq hal şəkilçilərini düzgün demirlər, vurğu haqqında danışmağa dəyməz. Professor və ya Xalq artisti adını alandan sonra bəzi sənət adamları çıxıb deyir ki, “məndən yoxdur”. Nə olsun ki, Xalq artistisən, savadını artır da. Abbasqulu Ağa Bakıxanov kimi dahi şəxsiyyət “Nə qədər oxumuşam, amma görürəm ki, hələ də heç nə bilmirəm” deyib”.

V.Əhməd müğənnilərin ifalarında yol verdiyi qüsurları onlara təklikdə deməyə üstünlük verdiyini diqqətə çatdırıb:
“Bu yaxınlarda tanınmış xanəndə Rübabə Muradova “Heydər babaya salam” mahnısını oxumuşdu. Sözlərdə ciddi səhvə yol vermişdi, sözü elə tərzdə oxumuşdu ki, təhqir kimi çıxırdı. Həmin müğənniyə irad bildirdiyim üçün əvvəlcə məndən küsdü, sonra isə səhvini başa düşdü. Ümumiyyətlə, həyat təcrübəsində və yaşda böyük olsan da, toylara gedən özündən razı müğənniləri tənqid etmək olmur, çünki pul adamı qudurdur. Deyirlər ki, “burada mənəm Bağdadda kor xəlifə”. Bununla belə iradını düzgün qiymətləndirən və sənə “çox sağ ol” deyən sənət adamlarımız da var”.

Lalə Məmmədova: “Monitorinqə ümid bəsləmirəm”
Müğənnilərin tələffüzünün monitorinqi SƏS-KÜY YARATDI - ''Olmazmı ki, məmurları...''


Müğənni Lalə Məmmədova monitorinqin aparılmasını dəstəkləsə də, onun bir nəticə verəcəyinə inanmadığını deyib. O, efirə çıxan sənət adamlarının “c” hərfini düzgün tələffüz etməməsindən gileylənib:

“Tərəfdarıyam ki, monitorinq təkcə müğənnilər arasında deyil, bütün sənət sahələrində aparılsın. İstərdim ki, televiziya aparıcıları və jurnalistlər də həkimlər və müəllimlər kimi hər il imtahan versinlər. Onların da intellekt səviyyəsi yoxlanılsın. Çünki son illərdə əlinə təsadüf nəticəsində qələm alan jurnalistlər öz yazılarında müğənnilərin illərlə qazandığı hörməti və əziyyəti yerə vurmağa çalışır. Oxucuya fikirlər təhrif olunmuş şəkildə çatdırılır. Həmçinin mahnıların sözlərinə də diqqət yetirilməlidir. Xalqın dilinə düşüb yadda qalmaq üçün ağızlarına nə gəldi oxuyurlar. Sözləri bayağı olan və mənası dərk edilməyən mahnılara da nəzarət olunmalıdır. Lakin onu da qeyd etməliyəm ki, bundan əvvəl aparılan monitorinqlərin təsirini heç vaxt hiss etməmişəm, aparıcılar əvvəllər olduğu kimi, yenə də, səhvlərə yol verir, ləhcə ilə danışır, kobudluq edir və mədəniyyətsizliyi davam edirlər. Odur ki, müğənnilər arasında aparılan monitorinqin də bir nəticə verəcəyinə ümid bəsləmirəm”.

Zeynal Məmmədli: “Monitorinqlər ən önəmlidən nisbətən önəmsiz məsələlərə doğru dəyişməlidir”

Müğənnilərin tələffüzünün monitorinqi SƏS-KÜY YARATDI - ''Olmazmı ki, məmurları...''


Media eksperti Zeynal Məmmədli bu cür monitorinqlərin millət vəkilləri arsında da aparılması təklifini irəli sürüb:

“Xəbərçiliyin təkpiramida üsulunda ən önəmlini birinci, ən önəmsizi isə sonda deyirik. Buna önəmlidən önəmsizə doğru xəbərləmək prinsipi deyilir. Monitorinqlər də ən önəmli məsələdən nisbətən önəmsizə doğru dəyişməlidir. Əgər biz kütləvi niqtdən danışırıqsa, olmazmı ki, birinci yüksək rütbəli şəxslər, məmurlar və millət vəkillərindən başlayaq? Çünki onların Azərbaycanın gələcəyi ilə bağlı çox böyük məsuliyyətləri var. Biz sosial, ictimai və siyasi önəmi olan ən müxtəlif həyati məsələlərdə onlara qulaq asırıq. Odur ki, ifaçının nitqində yol verdiyi səhvlə məmurların nitqindəki səhvi ölçmək və müqayisə etmək olmaz. İlk növbədə məmurların nitqindəki qüsurlara və səhvlərə baxmaq lazımdır ki, onlar başqalarına nə dərəcədə örnək ola bilərlər. Birdən-birə niyə müğənnilərdən yapışmışıq? Bu tipli monitorinqlərin o vaxt təsiri olur ki, o cəmiyyəti bütövlükdə əks etdirsin”.

Nəzakət Teymurova: “O vaxtlar senzura var idi”
Müğənnilərin tələffüzünün monitorinqi SƏS-KÜY YARATDI - ''Olmazmı ki, məmurları...''


Xalq artisti Nəzakət Teymurova monitorinqin aparılmasını müsbət qiymətləndirib:

“Ustad sənətkarlarımızın ifasını dinləyəndə nitq qüsurlarına rast gəlmirsən, çünki o vaxtlar senzura var idi. Senzuranın müsbət tərəfi ondan ibarət idi ki, sənət tamaşaçıya mükəmməl səviyyədə təqdim olunurdu. Hesab edirəm ki, monitorinqin müsbət nəticələri olacaq”.

Elza Seyidcahan: “Çaynik kimi cızıldayan sözlər istifadə etməsinlər”
Müğənnilərin tələffüzünün monitorinqi SƏS-KÜY YARATDI - ''Olmazmı ki, məmurları...''


Əməkdar artist Elza Seyidcahan sənət adamlarının orfoepiya qaydalarına əməl etməməsini müəllimlərin savadsızlığı ilə əlaqələndirib:

“Monitorinqin keçirilməsi yaxşı haldır, amma bu, çoxdan başlamalı idi. Bu problemin kökü təhsilə gedib çıxır. Əgər ibtidai sinf müəllimləri uşaqlara ilk gündən düzgün danışıq qaydaları öyrətsələr, problem bu səviyyə gəlib çatmazdı. Yeri gəlmişkən, 2 Fevral Gənclər Günü münasibətilə gənclərimizə arzu edirəm ki, Azərbaycan dilində səlis və təmiz danışmağı öyrənsinlər, çaynik kimi cızıldayan sözlərdən istifadə etməsinlər. Əsas məsuliyyət televiziya aparıcılarının üzərinə düşür. Savadsızlıq ucbatından bəhanə gətirirlər ki, ləhcəmiz gözəldir. Bir sözdə dörd-beş hərfi “yıxıb-sürüyürlər”. Əlbəttə ki, ləhcələrimiz çox şirin və əzizdir, amma televiziya və radioların da öz dil normaları var. Odur ki, bu dili qorumaq üçün ona əməl etmək hər bir sənəçinin başlıca borcudur”.

Flora Kərimova: “Başımdan od qalxır”

Müğənnilərin tələffüzünün monitorinqi SƏS-KÜY YARATDI - ''Olmazmı ki, məmurları...''

Xalq artisti Flora Kərimova vurğulayıb ki, heç bir müğənninin öz dilini korlamağa ixtiyarı yoxdur:
“Sovet dönəmində sözlərin düzgün tələffüzünə, ədəbi dil normalarına riayət edilməsinə xüsusi önəm verilirdi. “Nanəli” verilişində adlarını çəkmək istəmədiyim bir neçə Xalq artistinə nitqləri ilə bağlı iradımı bildirmişdim. Təəssüf ki, onlar bunu təhqir kimi qəbul etmişdilər. Özümü öldürürdüm ki, bu dili sənə millətin ərmağan edib. Sənin ixtiyarın yoxdur ki, hərfləri və sözləri səhv tələffüz edəsən, dilimizi korlayasan. Əksinə Xalq və Əmkdar asrtistlərimiz örnək olmalıdır, ədəbi dilimizi insanlara sevdirməlidir. Ləhcələri çox sevirəm, atam Qəbələdən, anam isə Şuşadandır. Gah o, gah da bu ləhcə ilə danışıram. Qızım və oğlum da həmçinin. Ancaq cəmiyyət içində sözləri düzgün tələffüz etməyəndə sənin özünə də, fikrinə də hörmət olmur, sözünün kəsəri qalmır. Çünki hər deyilən söz sənin yaradıcılığının, mədəniyyətinin, ümumilikdə özünün təbliğatıdır”.

Xalq artisti sözlərinə belə davam edib:

“Gör nə dərəcəyə çatıb ki, Dilçilik İnstitutu kimi mötəbər bir qurum bu monitorinqi aparmağa qərar verib. Hərdən reklamlara qulaq asıram və “ölüb yerə girirəm”, “başımdan od qalxır”. Xüsusilə Azərbaycan sözündəki “c” və “ç” hərfini səhv deyəndə çox əsəbiləşirəm. Belə iş olar? “Can Azərbaycan” sözlərini düzgün demək o qədər çətindir ki? “C” və “ç” səslərini elə çıxardırlar ki, adamın qulaqları batır. O reklamı verən kanal görmür ki, nə qədər qüsurlar var? Pis olmamaq üçün dinmirik, amma sonda ən böyük zərər Azərbaycan mədəniyyətinə və dilinə dəyir. Bu, məni narahat edən ən yaralı mövzulardan biridir. Belə bir təşəbbüs irəli sürdüyünə görə Dilçilik İnstitutuna minnətdarlığımı bildirirəm”.

Xəzər Süleymanlı: “Mahnı oxumaqları möcüzə sayılmalıdır”

Müğənnilərin tələffüzünün monitorinqi SƏS-KÜY YARATDI - ''Olmazmı ki, məmurları...''


Şair-qiraətçi Xəzər Süleymanlı müğənnilərin ifasında kifayət qədər qüsurlara yol verdiyini söyləyib:

“Müğənnilərin ifasında, nitqində olan qüsurlara hətta SSRİ-nin tətbiq etdiyi xüsusi senzura da təsir etməyib. Düzdür, indiki dövrlə müqayisədə o dövrün sənət adamları daha savadlı və dünyagörüşlü idilər. Lakin buna rəğmən o vaxt da müəyyən qüsurlar olub. İndiki ifaçılar isə lori dildə desək, heç ağzının danışığını bilmirlər, odur ki, onların mahnı oxumaqları möcüzə sayılmalıdır. Qüsurlar da kifayət qədərdir. Məsələn, istənilən müğənninin ifasına qulaq asıb hansı rayondan olduğunu asanlıqla təxmin etmək mümkündür. Sözləri düzgün tələffüz edə bilmirlər. Bu monitorinqlərin nə qədər uğurlu olub-olmayacağını isə deyə bilmərəm, lakin ümid edirəm ki, heç olmasa, o müğənnilər Azərbaycan dilini orta məktəb səviyyəsində öyrənməyə cəhd edəcəklər”.publika,az

XƏBƏR LENTİ