Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Əməkdar artist: Pullar kimin cibinə gedir, heç kim bilmir

Tarix:7-03-2019, 14:43 Baxış Sayı:70

Əməkdar artist: Pullar kimin cibinə gedir, heç kim bilmir

Prezidentin incəsənət xadimləri ilə sonuncu görüşü, yaşanan problemlər və onların aradan qaldırılması yolunda görülən işlər ürəkaçan və təqdirəlayiqdir. Buna rəğmən, heç bir sənətçi indiyədək açıq danışmayıb.

Bu sətirləri Əməkdar artist Lalə Məmmədova öz “Instagram” səhifəsində paylaşıb. O bildirib ki, dövlət başçısının incəsənət xadimləri ilə görüşü bir çox sənətçilərdə böyük ümidlər və danışmaq həvəsi yaradıb.

Müğənni gələn görüşlərdən birində özünün də iştirak etmək arzusunu dilə gətirib:

“Mən də milli estrada sahəsi və bu sahədə fəaliyyət göstərən müğənnilərin yaşadıqları problemlər barədə prezidentə danışardım. Təəssüf ki, biz sənətçilər etdiyimiz çıxışlara və iştirak etdiyimiz konsertlərə görə heç bir qonorar almırıq – solisti olduğum AzTV istisna olmaqla. İstər televiziya-radio, istərsə də paytaxt, rayonlarda açıq hava və ya qapalı konsertlərdən…

Halbuki bu çıxışlara görə bizə az da olsa, qonorar yazılır. Pulların kimlərin cibinə və hara getdiyi haqda kimsə nəsə bilsə də, heç kəs, heç nə deyə bilmir. Təşkil olunan bu tədbirlərə büdcədən sənətçilər üçün qonorar ayrılır.

Səsimizi çıxarıb bir söz deyəndə dediklərindən belə çıxır ki, hələ minnətimiz olsun, bizi efirə, konsertlərə buraxırlar. Yoxsa qadağa qoyarlar və efirlərə, konsertlərə həsrət qalarıq. Əsl yaradıcılığı olan sənətçi efir vaxtını səmərəli şəkildə doldurduğu üçün qonorar almalıdır. Bunu hər kəs bilir.

Bu gün mən deyirəm. Sənətçilər toyun ümidinə yaşamamalıdır. Biz sənətimizlə az-çox olsa da, halal zəhmətimizlə haqqımıza çatanı tələb edirik, başqasının zəhmətində gözümüz yoxdur. Axı sənətçi başqa sənətlə məşğul ola bilmir.

Məgər bütün müğənnilər toya gedib pul qazana bilir? Qazananlar da bir külfət ailə dolandırırlar. Bu gün milli estrada sahəsində də bu cür çirkin oyun oynanılır”. (oxu.az)

XƏBƏR LENTİ