Anons

Bugün, 10:36 - Türkiyə Azərbaycanı hərbi təlimlərə dəvət etdi

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

Müğənni övladını həmkarına hədiyyə verəcəyini deyib: “Danışdıq, razılaşdıq” - Video

Tarix:15-10-2019, 11:39 Baxış Sayı:86

Müğənni övladını həmkarına hədiyyə verəcəyini deyib: “Danışdıq, razılaşdıq” - Video

Azərbaycanda efirdə hələ doğulmamış uşağın ana tərəfindən başqasına hədiyyə verilməsi ilə bağlı maraqlı hadisə yaşanıb.

Bakunews.az xəbər verir ki, “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında müğənni Dəniz dünyaya gələcək övladını ana ola bilməyən həmkarına verəcəyini bildirib. Müğənninin bu sözləri tamaşaçıların və sosial şəbəkə istifadəçilərinin sərt reaksiyasına səbəb olub.

“İkinci dəfə ana olmağa hazırlaşıram. Oğlum olsa, onu Mənzurə xanıma hədiyyə edəcəm. Bununla bağlı Mənzurə xanımla danışdıq, razılaşdıq. Mən doğma övladımı hədiyyə kimi Mənzurə xanıma verəcəm”, - deyə müğənni qeyd edib.

Uşağın başqa birinə hədiyyə verilməsi doğrudurmu? Bu cür hadisələr hansı hallarda baş verə bilər?

“Təmiz Dünya“ İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ana uşağını hədiyyə verə bilməz:

“Uşaq əmlak deyil. Bunu yalnız dövlət orqanları müəyyənləşdirə bilər. Uşaq böyüyəndə özü kimlə yaşamaq istədiyi barədə qərar verməlidir.

Uşağın hədiyyə verilməsi zorakılığın ən pis formasıdır. Satmaqla hədiyyə verməyin nə fərqi var? Bu uşağı ya dünyaya gətirməsinlər, ya da özləri böyütsünlər. Dövlətə də verə bilərlər. O zaman dövlət uşağın qayğısına qalacaq.

Hesab edirəm ki, belə getsə, bu hallar haqqında cinayət tərkibi müəyyən olunacaq. Çünki uşaqların qanunsuz verilməsi cinayətdir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən qeyd edilib ki, uşaqların doğulduqdan sonra kiməsə verilməsi övladlığa götürmədir:

“Bu hal daha çox qohumlar arasında baş verir. Uzun illər övladı ola bilməyən cütlüklər qohumlardan kömək istəyir. Belə ki, biri digərinin uşağını övladlığa götürür”.(oxu.az)

XƏBƏR LENTİ