Anons

Dünən, 07:19 - Çində tikintidə uçqun baş verib, ölənlər var

27-03-2017, 23:30 - PREZİDENTİN İRADƏSİNƏ QARŞI ÇIXAN İMİŞLİ RAYON MƏMURU – VİLYAM HACIYEVİN BUNDAN XƏBƏRİ VAR...?

27-03-2017, 15:18 - Vidadi Zeynalovun kef çəkdiyi gizli məkan - Foto

27-03-2017, 15:06 - Azərbaycanda nazir işdən çıxarıldı – Yeni təyinat

27-03-2017, 12:47 - Zakir Fərəcov niyə toxunulmazdır?

26-03-2017, 14:17 - Nazir Ramil Usubova MÜRACİƏT - DYNACORD-dan intihara gedən yol

26-03-2017, 13:18 - S.Mirzəyevin qurduğu 'tamaşa'da G.Əkbərova 1 saylıda direktor...

25-03-2017, 00:06 - Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - CİDDİ QADAĞA

24-03-2017, 03:50 - “Mədət Quliyevə müraciət edəcəyik”- MTN GENERALININ OTEL QALMAQALI-FOTO

24-03-2017, 01:31 - Sabah bəzi yerlərdə yağış, dağlarda qar yağacaq

21-03-2017, 00:29 - TƏRTƏRİN YENİ DYP RƏİSİ HAQQINDA İLGİNC AÇIQLMA

19-03-2017, 19:23 - NƏRİMANOV PARKINDA POLİSİN GÖZÜ ÖNÜNDƏ AÇIQ FAHİŞƏ BAZARI...

18-03-2017, 22:37 - Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib

17-03-2017, 03:20 - ​Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək - TƏKLİF

15-03-2017, 20:47 - Metropolitenində səbəbsiz tuneldə peyda olan tüstülənmə sərnişinlərə çətin anlar yaşadıb

15-03-2017, 03:30 - Putin və Sarkisyan bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

14-03-2017, 16:10 - Prezident də həyəcan təbili çalır, ancaq...

13-03-2017, 21:22 - Bakı-Sumqayıt yolunda qəzada yaralanan tələbələrin aqibəti

13-03-2017, 18:47 - Düşmən atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub

13-03-2017, 18:44 - PAP və FTƏP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

13-03-2017, 11:42 - Nazir Ramil Usubovdan yeni rəis təyinatı

11-03-2017, 23:23 - İcra başçısı sənədli evləri sökdürür - Sakinlər aksiya keçirib-FOTO+VİDEO

11-03-2017, 18:53 - REGİONUMUZA SOXULAN İRTİCA: ABŞ-İsrail cütlüyünün sürətlə silahlanması bütün dünyaya təhlükədir; onlar vuruşmağa yox, vuruşdurmağa çalışırlar – TƏHLİL

10-03-2017, 23:14 - Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun rüşvət və biznes dünyası

10-03-2017, 17:10 - “Ştutqart”la bağlı FAKT təsdiqini tapdı – FOTOFAKT

10-03-2017, 15:08 - Tərtər təhsilində SURXAY MİRZƏYEV müəmması - Dövrü oyun silsiləsində təhsil məhvi

10-03-2017, 01:56 - Təbrik edirik cənab General!

10-03-2017, 00:44 - Sabahdan bu yol bağlı olacaq - Xəbərdarlıq

Gəncə şəhəri 10 saylı məktəbdən bir qrup müəllim Təhsil Nazirinə şikayət ünvanladı -

Tarix:30-12-2016, 14:24 Baxış Sayı:440

Gəncə şəhəri 10 saylı məktəbdən bir qrup müəllim Təhsil Nazirinə şikayət ünvanladı -

Teref.info-nun poçtuna Təhsil Maziri Mikayıl Cabbarovun adına yazılmış və bir surətidə redaksiyamıza göndərilmiş, Gəncə şəhər 10 saylı orta məktəbin bir qrup müəllimi adından şikayət məktubu daxil olub.
Məktubun nöqtə və vergülünə \l dəymədən sizə\ təqdim edirik. Şikayətçilər yazırlar:

Azərbaycan Respublikasının Təhsil Naziri
Mikayıl Cabbarov cənablarına
Gəncə şəhərindəki 10 saylı orta
məktəbin bir qrup müəllim kollektivinin


MÜRACİƏTİ

Bu gün ölkənin təhsil sistemində çalışan bəzi məmurlar sadəcə, dövlətimizin təhsil strategiyasının ziddinə gedə bilmədikləri üçün üzdə bu islahatları dəstəkləyir, əslində isə onları iflasa uğratmaq üçün var qüvvələri ilə çalışırlar. Bəs görəsən hansı səbəbdən bu mütərəqqi proseslərin həyata keçirilməsinə görə məsul olan vəzifələrə, bəzən onları əngəlləyəcək insanlar təyin olunurlar? Belələrinin əməlləri açıq-aşkar islahatların əleyhinə yönəldiyi halda, onları heç kəs cəzalandırmır. Bax bu hal olduqca həm qorxulu, həm də diqqəti cəlb edən andır.

Biz, Gəncə şəhərindəki 10 saylı məktəbin müəllimləri Gəncə şəhəri 10 saylı məktəbin direktoru Əliyeva Arzu Şirin qızının qanunsuz əməllərindən danışmaq istəyirik.

Samux rayonunun sabiq icra başçısı Vilyam Hacıyev tərəfindən Navağalı qəsəbə məktəbinin direktoru vəzifəsindən ,eyni zamanda məntəqə sədrliyindən biabırçı şəkildə qovulan Əliyeva Arzu Şirin qızı bu yaxınlarda Gəncə şəhərindəki 10 saylı orta məktəbə direktor təyin olundu.

Direktor təyin olunan bir gündən Arzu Əliyeva kollektivdə öz kobud hərəkətləri və davranışı ilə fərqlənməyə başladı.Ərinin, yəni el arasında Qəzi adı ilə məşhur olan həyat yoldaşının Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə yaxın olmasından tez-tez istifadə edərək heç kimdən qorxmadığını bildirir və deyir ki,gedin kimə istiyirsiz şikayət edin.Bu adam qadın olmağına baxmayaraq dərsə girib hətta anası və atası yaşında olan müəllimlərə belə şagirdlərin gözü qarşısında qışqırır,ədəbsiz sözlər işlədir.Belə hərəkət heç bir pedaqoji etikaya sığmır. Məktəbdə rüşvət ayaq tutub yeriyir.

Məktəbəqədər hazırlıq qruplarında dərs demək üçün məktəbin iki laborantından(????) hərəsindən 5000 manat pul alaraq həmin qrupları onlara vermişdir,həmin işçilər qanunsuz hazırlıq qruplarında dərs aparırlar.Sonra şikayətçilər teref.info-ya yazırlar ki, əmək haqqı isə məktəbin Aybəniz və Sona adlı müəllimələrinin adına yazılır və həmin pullar Arzu Əliyevaya çatır.Arzu Əliyeva məktəbə gəldiyi gündən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Vahid adlı şəxsi heç bir səbəb olmadan işdən çıxarıb.Onun əvəzınə 6000 manat müqabilində Kazımov Arzu adlı şəxsi işə qəbul edib.Bufetdə şagirdlərə xidmət göstərən xadimə Təranə adlı şəxs ümumiyyətlə, işə gəlmir,lakin onun maaş kartı direktor Arzu Əliyevadadır.Məktəbdə dalandar vəzifəsinə isə adı məlum olmayan bir şəxsi təyin etmişdir və bu şəxs ümumiyyətlə, işə gəlmir,buna baxmayaraq onun da da maaş kartı Arzu Əliyevadadır və maaşını da Arzu Əliyeva alır.

Binanın mühafizəsində növbətçi statında 2 nəfər işçi vardır,lakin bu şəxslər də heç vaxt işə gəlmirlər.Ona görə də həmin vəzifə Elman adlı kənar bir şəxs tərəfindən icra edilir,həmin işçilərin maaş kartı isə direktor Arzu Əliyevadadır.
Arzu Əliyeva məktəbin hər bir yerinə kamera qoydurub,məktəbə həftələrlə gəlmir ( işə gələndə də ədəbsiz danışıqları və kobud ifadələri özündən qabaq gəlir) və məktəbi skayp vasitəsilə telefonla idarə edir.

Arzu Əliyevanın həyat yoldaşı isə Samux rayonu İcra Hakimiyyətində İcra başçısının təsərrüfat məsələləri üzrə müavini işləyir.Sabiq icra başçısı Vilyam Hacıyev həm Arzu Hacıyevanı,həm də onun yoldaşı Qəzənfəradlı şəxsi qudurganlıgına və biabırçı hərəkətlərinə görə işdən qovmuşdu.Lakin onlar Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tərəfindən naməlum səbəblərdən öz işinə qaytarıldı. Elmar Vəliyevin Qəzi adlı şəxslə yaxın olması ucbatından Arzu Əliyeva qol-qanad açıb.Arzu Əliyeva əvvəllər müqavilə əsasında təhsil idarəsində inspektor işləsə də dövlət qullugu imtahanından keçməməsinə baxmayaraq naməlum səbəblərdən direktor vəzifəsinə təyin olunub.Müəllimələrlə söhbətində Arzu xanım gün ərzində dəfələrlə Sizinlə,yəni Təhsil Naziri Mikayıl Cabbarovla bir neçə dəfə telefonla danışdığını bildirir və hamını hədələyir.

Xahiş edirik ki,bu özbaşınalıqların, heç bir pedaqoji etikaya sığmayan hərəkətlərin qarşısını almaqda bizə köməklik göstərəsiniz.

Hörmətlə,
Gəncə şəhər,10 saylı məktəbin
bir qrup müəllimi
Qarşı tərəfin fikirlərini dinləməyə və səhifəmizdə yayınlamağa hazırıq!
Teref.info

XƏBƏR LENTİ