Anons

25-05-2017, 12:32 - Yasamal rayonu məmur özbaşınalığının qurbanına çevrilir

19-05-2017, 14:36 - Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

16-05-2017, 13:01 - Azərbaycanda yağışlı hava sabah da davam edəcək

12-05-2017, 19:02 - Azərbaycanda baş redaktor həbs olundu

12-05-2017, 16:20 - Nəzrinin başına nələr gəldi - KÖLGƏ

12-05-2017, 10:37 - Ermənistan cəbhədə atəşkəs rejimini 135 dəfə pozub

9-05-2017, 21:48 - Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi konfrans keçirilib

9-05-2017, 20:10 - "İranlı iş adamı: "Oazis" restaranının admnistratoru Sadıxov Seyfulla arvadımla məni aldadaraq hər şeyimi əlimdən almaq istəyirlər"

8-05-2017, 01:56 - Исполняется двадцать пятая годовщина оккупации Шуши вооруженными силами Армении

8-05-2017, 01:48 - Tərtərdə ermənilərlə iş birliyinə girən hərbçilər və mülki şəxslər ifşa edildilər - Bakıda terror planlaşdırılırmış

4-05-2017, 05:00 - İspaniya mediası Bakıdakı yarışdan yazdı

4-05-2017, 04:25 - Məhəmməd Peyğəmbərin xəbər verdiyi müharibə BAŞLAYIR - Qiyamətə qədər...

3-05-2017, 00:24 - Azərbaycanın tanınmış jurnalisti vəfat edib

2-05-2017, 18:00 - Ağcabədi rayonunda məkunlaşan vətəndaş Prezidentə müraciət etdi

2-05-2017, 01:00 - İslam Oyunları zamanı kimlər nəqliyyatdan pulsuz isdifadə edəcək?!

1-05-2017, 21:03 - Polis rəisi çağırdı, İCRA BAŞÇISI DÖYDÜ - JURNALİSTİ (ŞOK)

1-05-2017, 13:52 - APELLYASİYA MƏHKƏMƏSİNDƏN QARABAĞ ƏLİLLƏRİNƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIQ

1-05-2017, 13:05 - Bağlanan 11 bankın əmanətçilərinə nə qədər pul ödənildi?

1-05-2017, 11:41 - Ölkə rəhbərinin və Ekologiya nazirinin əmrləri icra edilmir...

28-04-2017, 21:29 - Nəsir Kərimi öldürüldü - VİDEO

26-04-2017, 15:13 - Bank VTB (Azərbaycan) İT mütəxəssisi axtarır - VAKANSİYA

26-04-2017, 11:09 - Oğurlanaraq zorlanan müəllimə yeni iş veriləcək - Nazirlikdən reaksiya

25-04-2017, 16:40 - Gəncliyin təhlükə mənbəyi Gəncə Dövlət Universiteti - ŞOK İDDİA

25-04-2017, 00:12 - Qumru Fərhadovanın saxta Fəlsəfə Doktor adı Y.Yusubovdan hədiyə...

23-04-2017, 16:59 - Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, bəzi rayonlara dolu düşəcək

21-04-2017, 16:01 - Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

21-04-2017, 14:40 - Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

19-04-2017, 03:52 - 286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

Təhsil Nazirliyi: "Ötən il 200-dən çox müəllim iş yerini dəyişib"

Tarix:5-01-2017, 15:53 Baxış Sayı:137

Təhsil Nazirliyi: "Ötən il 200-dən çox müəllim iş yerini dəyişib"


Təhsil Nazirliyi ötən il təhsil sistemində həyata keçirilən islahat və tədbirlərin qısa xülasəsini açıqlayıb.

Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, 2016-2017-ci tədris ili üçün ölkə üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıq olub.

Bundan başqa, məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq keçirilən müsabiqə nəticəsində 208 nəfər ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.

Eyni zamanda, ölkədəki məktəblərə mərkəzləşdilirmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən 2 365 nəfər müəllim adını qazanıb. Onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri kimi tətbiq olunan vakant yerləri seçib.

2016-2017-ci tədris ili üzrə ölkənin 5 şəhər və 36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunub.

Ölkənin ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi keçirilib. İmtahanın nəticəsinə görə, 243 nəfər iş yerini dəyişmək hüququ qazanıb.

2016- cı ildə ümumtəhsil məktəblərinin I, II, III, IV, V, VII və IX sinifləri üçün 261 adda 6 623 135 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib.

Ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə olunub. IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70 262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. XI siniflər üzrə imtahanlarda 84 589 nəfər məzun iştirak edib. Bu məzunların 54 704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb.

Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “Maarifçi” Tələbə Kredit Fondunun ilk kreditləri təyin olunan meyarlara cavab verən 22 nəfərə təqdim olunub və onlarla müqavilə imzalanıb. İkinci elan sessiyasında isə 12 universitetdən 121 tələbə müraciət edib və 80 təhsil krediti müqaviləsi imzalanıb.

XƏBƏR LENTİ