Sinif Rəhbəri vəzifəsi ləğv olunur

6-01-2017, 17:16Təhsil
Sinif Rəhbəri vəzifəsi ləğv olunur


Son bir neçə ay ərzində orta məktəblərdə birbaşa müəllimlərin əmək haqqına təsir göstərəcək islahatlar həyata keçrilməyə başlayıb. Biz buna müəllimlərin əmək haqqının azalması mövqeyindən baxmaqla bərabər, orta məktəblərin optimallaşdırılması kimi də baxa bilərik. Bildiyiniz kimi, keçən ay ümumtəhsil məktəblərinin cari dərs ilinə aid tədris planlarında qismən dəyişiklik edildi. Tədris planlarında dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlar hesabına təşkil edilən "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisi yanvar ayından dayandırılacaq. Bundan əlavə, bizim orta məktəblərdə öyrəşdiyimiz Astronomiya, Konsitusiya, İqtisadiyyat, İnsan və Cəmiyyət kimi dərslər də əvvlki tədris illərində ləğv edilib. Məktəb idarəçiliyi istiqamətində də tədbirlərə başlanılıb. Bu istiqamətdə məktəblərdə psixoloq, uşaq birliyi rəhbəri və hətta sinif rəhbərinin görməli olduğu işi yerinə yetirəcək Məktəblinin Dostu layihəsidir. Onsuz da orta məktəbdə sinif rəhbəri hansısa geniş fəaliyyətə malik deyil. Amma bu o demək deyil ki, ləğv olunacaq. Sadəcə olaraq, başqa ad və vəzifə altında məktəblinin dostları bu işləri davam etdirəcəklər. Sinif rəhbəri və bu kimi vəzifələr sovet dövründən qalan stereotiplərdir. Məktəbdə müəllim dərs deməlidir. O hansısa idarəçilik işlərində olmamalıdır. Məktəbdə idarəçiliyi cəlb olunmuş şəxslər yerinə yetirməlidir. Məsələn Ali təhsil müəssisələrində tyutorluq sistemi kimi. Bu kifayət qədər uğurlu olacaq. Çünki sinif rəhbərliyi o qədər də uğurlu deyil.

Araşdırmalarımızdan məlum oldu ki, sinif rəhbərlərinin əksəriyyəti işlərinin öhdəsindən gəlsələr də, lakin əsasnamədən bir o qədər də məlumatlı deyillər. Belə ki, onlarla söhbətimizdə əsasnamədə yer alan bəzi müddəalar haqqında məlumatsız olduqları aydın oldu. Bəzilərinin əsasnamənin mövcudluğundan belə xəbərsiz olduğu aşkarlandı. Halbuki sinif rəhbərlərinin fəaliyyətini tənzimləyən əsasnamə onların hər birinin masalarının üstündə olmalı, əsasnamədə öz əksini tapmış bütün istiqamətlər üzrə iş aparılmalıdır. Orta ümumtəhsil məktəblərində şagirdlərin şəxsiyyət kimi formalaşmasında, tədris və tərbiyəyə cəlb olunmasında fənn müəllimləri ilə yanaşı, sinif rəhbərləri də əhəmiyyətli rol oynayır. Bu gün sinif rəhbərlərinin fəaliyyəti Azərbaycan Respublikası təhsil nazirinin 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş "Sinif rəhbəri haqqında Əsasnamə"də öz əksini tapmışdır. Əsasnaməyə görə, sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilir və ya vəzifədən azad olunur. Sinif rəhbəri bu işi icra etdiyinə görə xüsusi müavinət alır. Onların fəaliyyətinə rəhbərlik tərbiyə işləri üzrə direktor müavini tərəfindən həyata keçirilir.

Sinif rəhbərinin əsas vəzifələri təhsil alanları şəxsiyyət kimi yetişdirmək, onlarda əsl vətəndaş, mənəviyyat, təşəbbüskarlıq kimi yüksək keyfiyyətlərin və müstəqil tənqidi təfəkkürünün formalaşmasına kömək göstərməkdir. Bundan başqa, şagirdlərin xarici görünüşünə, geyiminə, dərsə davamiyyətinə, hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək, onların uğur və səhvlərini qeydə almaqla vaxtında kömək göstərmək, sinif jurnalının işlənməsi və nəzarəti, valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək də (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə) əsas işlərindəndir. Bununla yanaşı, sinif rəhbəri Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək, sinif saatlarını təşkil etmək, fənn müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkil və bir çox məsələləri yerinə yetirməlidir. Lakin reallıqda biz bu tələblərin yerinə yetrilməsini görmürük. Hesab edirəm ki, Məktəblinin Dostu layihəsi məktəblərə yeni ruh verəcək.

Kamran Əsədov
Təhsil üzrə ekspert, BDU-nun tarix müəllimi
/terefdar.az/
Oxunub: 473
Rəsmi

İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib -
İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib -

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
XƏBƏR LENTİ
22:14 Tramp Ağ Evdə - Andiçmə mərasimi başladı - CANLI YAYIM 21:48 Sürücülərin qənimi olan "Beko Rəşad" işdən qovuldu - VİDEO 21:21 Bakıda uşaqlara zərər vura biləcək toyuq ayaqları satılır –VİDEO 21:09 İdman Sağlamlıq Mərkəzi bağlandı - Azərbaycanda 20:22  Gəncədəki 3 saylı xəstəxanada baytaryana mənzərə- ŞİKAYƏT VAR 20:19 Obamanın yeni evi - Qiyməti 5 milyondur- FOTOLAR 20:11 “TRT AVAZ” 20 Yanvar faciəsi ilə bağlı silsilə reportajlar yayıb 20:02 Azərbaycanda siqaretin qiyməti qalxdı -İşbazların yeni oyunları 19:09 Ukraynada əsl elm dühası peyda olub -28 yaşlı qızın xərçənglə bağlı ixtirası dünyanı ŞOKA SALDI 19:06 Yeni Ramanada yol kənarında ANTİ-SANİTARİYA -VİDEO 19:00 Azərbaycanlı məşhur vəfat etdi- FOTO 18:45 Poroşenkonun Rusiyadakı fabriki bağlanır 18:30 "ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək" 18:15 Azərbaycanda ilk audiofilm - "Bir gülün, bir günün tarixi" 18:04 Qatar stansiyasında sekslə məşğul olan və hətta videosunu internetə yükləyən o cüt ... 18:00 Şübhəli zəng ailə faciəsiylə nəticələndi 17:57 Ana sevgilisi ilə birləşib 4 yaşlı qızını öldürdü 17:48 Azərbaycanlı hakerlər Ohanyanı sındırdı- Şəhidimiz Çingizə görə (FOTO) 17:17 Dünyanı 12 dəqiqədə məhv edə biləcək “Qara kitab”: Bu gün yeni sahibinə veriləcək 17:08 Prezident İlham Əliyev: “Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır” 16:38 Xanım deputatlar saçyolduya çıxdılar– FOTO 16:25 Məşhur aktyor dünyasını dəyişdi 16:12 Məşhur müğənnini yandırıblar - 1 nəfər həbs olundu 16:11 İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib -FOTOLAR 15:55 39 maşın toqquşdu 15:40 Bakıda ər-arvadı maşın vurdu 15:29 Ruhi qaraya büründü...- FOTOLAR 15:15 Millimiz oyuna qara sarğı ilә çıxacaq 15:00 "Tacikistanın güclü komandasına qarşı oynadıq" 14:42 Həftəsonunun HAVAsı 14:27 38 nəfərin həlak olduğu oteldən yalvarış: "Kömək edin, biz soyuqdan ölürük"- VİDEO - FOTO 14:14 "Qafqaz"ın rektoru nazirliyə çağırıldı - 10 gün vaxt verildi 13:58 "25 il ərzində Azərbaycan mühüm siyasi, iqtisadi, sosial nailiyyətlər əldə edib" 13:44 Son dəqiqə: İŞİD Palmiranı MƏHV ETDİ 13:30 Hüquq müdafiəçisi məlumat yaydı: "17 yaşlı gənc polisdə işgəncəyə məruz qalıb" 13:10 “Reina” terrorçusu: Belə bir təklif gəlsə, yenə qətliam törədəcəm 13:00 Nazir müavini: Aİ ilə danışıqlar yaxın vaxtlarda başlayacaq 12:38 Lavrov və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər 12:25 Bakıda gənc qız son anda ölümdən xilas oldu— VİDEO 12:11 Azərbaycan prezidenti Şəhidlər xiyabanını ziyarət edib