Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

2018-ci ildə təhsil sahəsində əsas yeniliklər

Tarix:6-01-2019, 11:39 Baxış Sayı:54

2018-ci ildə təhsil sahəsində əsas yeniliklər

2018-ci il Azərbaycanda təhsil sahəsində həm ciddi kadr islahatlarının, həm də onun məzmununun və idarə edilməsi strukturunun təkmilləşdirilməsi ilə bağlı atılan addımlarla yadda qaldı.
Trend bildirir ki, təhsil sahəsində kadr təyinatında əsas yenilik yeni təhsil nazirinin və nazir müavinlərinin təyinatı ilə bağlı olub.

Ötən il təhsil nazirinin müavini işləmiş Ceyhun Bayramov təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri işləmiş Məhəbbət Vəliyeva, eyni zamanda, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini işləmiş İdris İsayev təhsil nazirinin müavinləri təyin ediliblər.

2018-ci il ərzində Azərbaycanda təhsil sahəsində bir çox işlər görülsə də, əsas əhəmiyyətli dəyişikliklərin təhsil qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar olduğunu söyləmək olar.

Keçən il ərzində “Təhsil haqqında” qanuna edilən dəyişikliklər təhsilin bütün pillə və səviyyələrini əhatə edib. Yeni qəbul edilmiş dəyişikliklərə əsasən, beynəlxalq fənn olimpiadalarının, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Yola saldığımız ildə 1-ci sinfə qəbulla bağlı ən böyük problemlərdən biri də həll edilərək 6 yaşı təqvim ili ərzində (uşağın məktəbə getməli olduğu il) tamam olmayan uşaqların 1-ci sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılıb. “Təhsil haqqında” qanuna edilən yeni dəyişikliyə əsasən, təqvim ili ərzində 6 yaşı tamam olan uşaqlar ümumtəhsil müəssisələrinin 1-ci sinfinə heç bir müsabiqə tələb olunmadan qəbul oluna biləcəklər. Qeyd edək ki, bu yenilik 2018-2019-cu tədris ili üzrə I siniflərə qəbul zamanı artıq tətbiq edilib.

2018-ci il ərzində hazırlanan bəzi yeni qanun layihələrində də maraqlı təkliflər öz əksini tapıb və yeni təşəbbüslər ortaya qoyulub.

Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olacaqlar. Ümumi təhsil müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də ölkə və beynəlxalq olimpiadaların qalibləri olan təhsilalanlar üçün ümumi təhsil müəssisəsinin öz vəsaiti hesabına məqsədli pul mükafatı təsis edə bilər.

Nazirlər Kabinetinin təsdiqlədiyi “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” ilə ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququ verilib. “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə edilən yeni dəyişikliklər isə ölkədə sanator tipli məktəbəqədər təhsil müəssisələri, eyni zamanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri yaratmağa imkan verəcək. Sanator tipli məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçasına 1 yaşdan 7 yaşadək, uşaq bağçasına 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.

Yeni qəbul edilən “Peşə təhsili haqqında” qanunda isə peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur. Bu qanunda beynəlxalq təcrübəyə uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib. Qanunda ümumi təhsil müəssisələrində ilk peşə təhsili üzrə təmayüllü siniflərin yaradılması, yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsinin verilməsi, tələbələrə iş yerində təcrübə müqaviləsi bağlamaq və minimum əməkhaqqından az olmamaq şərtilə ödənilmə, xüsusi müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin müəyyən edilməsi kimi yeni müddəalar təsbit edilib.

Ötən il “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın davamı olaraq, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” da təsdiq edilib. Proqram çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq. Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Keçən il, həmçinin qəbul imtahanlarının yeni modeli ilə bağlı ictimaiyyətə daha geniş məlumat verildi. Dövlət İmtahan Mərkəzi elan etdi ki, 2018-2019-cu tədris ilində tam orta təhsili başa vuran məzunlar buraxılış imtahanlarını yeni formatda verəcəklər. Əlavə olaraq ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış imtahanlarının nəticələri də nəzərə alınacaq. Bu tədris ilində XI sinfi bitirən ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanacaq.

2018-ci ildə Azərbaycan Müəllimlərinin XV qurultayı da keçirilib. Hər beş ildən bir keçirilən budəfəki qurultayın iştirakçılarının qəbul etdiyi qətnamədə qeyd edilib ki, müstəqil Azərbaycanın müəllimləri və bütövlükdə təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək.

Ölkədə müəllim peşəsinin nüfuzunun daha da artırılması üçün görülən tədbirlərin nəticəsi olaraq, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb. Bu isə 2014-cü illə müqayisədə 2.3 dəfə artım deməkdir.

Ötən il ilk dəfə olaraq orta təhsil sistemində təmayülləşmənin daha erkən yaşlardan tətbiqi təklifi də təhsil naziri tərəfindən gündəmə gətirilib. C.Bayramov bildirib ki, yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, ixtisaslara ehtiyac yaranacaq. Bununla bağlı orta təhsil sistemində təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robot texnologiyası, süni intellekt, nanotexnologiyalar və bu kimi bir sıra innovativ məzmunun ümumi təhsildə tətbiqi prioritet hesab olunmalıdır.

XƏBƏR LENTİ