Anons

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

31-01-2019, 20:10 - Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞ

28-01-2019, 16:22 - Polis tərəfindən təqib edildiyini iddia edən vətəndaş ABŞ şəfirliyinə müraciət edib

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

"Məcburi köçkünsən, bu məktəbdə oxuya bilməzsən" — Daha bir təhsil qalmaqalı

Tarix:7-02-2019, 14:37 Baxış Sayı:61

"Məcburi köçkünsən, bu məktəbdə oxuya bilməzsən" — Daha bir təhsil qalmaqalı

Cəbrayıl rayonundan məcburi köçkün Səbahət Mehdiyeva "Ölkə.Az"-ın redaksiyasına 162 saylı orta məktəbin direktoru Sevinc Abbasova barədə şikayət müraciəti edib. S.Mehdiyeva bildirir ki, qızı Atakişiyeva Sevinc 162 nömrəli məktəbin doqquzuncu sinif şagirdidir. Valideynin dediyinə görə, direktor mütəmadi olaraq onun övladını təhqir edir:

"Məcburi köçkünsən, bu məktəbdə oxuya bilməzsən" — Daha bir təhsil qalmaqalı


Səbahət Mehdiyeva

"Ötən il qızım evə gəlib bildirdi ki, direktor sinfə gələrək bizi hədələdi, dedi, sizə qiymət yazılmağına imkan verməyəcəyəm, sinifdə saxlayacağam. Qızım əlaçıdır, şərəf lövhəsində də fotosu var. Həmin sinifdəki iyirmi uşağın hamısını direktor gözümçıxdıya salmışdı. Qayınatam 2018-ci ilin mart ayında Təhsil Nazirliyinə zəng vurdu. Bundan sonra direktor bizimlə düşmən oldu. Həm də direktor elə bilirdi ki, qızımın sinif rəhbəri Könül müəllimə pul yığır. Halbuki heç vaxt elə şey olmayıb. Həmin vaxt bir valideyn uşaqlardan soruşub ki, bura necə məktəbdir. Uşaqlar da cavab verib ki, bütün məktəbdə pul yığılsa da, bizim sinifdə pul yığılmır. Həmin günün axşamı-qızım ikinci növbə oxuyur-Sevinc evə gələn kimi arxasınca iki sinif yoldaşı da gəlib dedilər ki, qızınızı direktor məktəbdən çıxardır. Evdə heç kim olmadığı üçün özüm məktəbə getdim. Bundan əvvəl də beşinci sinifdə oxuyan oğlumun sənədləri üstümə tullamışdı. Demişdi ki, sən məcburi köçkünsən, apar uşağın məcburi köçkün məktəbində oxusun, burada oxumağa haqqı çatmır. Mən də uşaqlarımı aparıb Zəngilan məktəbinə qoydum".

S.Mehdiyeva bildirir ki, Sevinc Abbasova barədə hüquq-mühafizə orqanlarına da müraciət edib:

"Mart ayında direktorun yanına gedib soruşdum ki, övladımı niyə məktəbdən çıxardırsınız? Dedi, siz başa düşən qadınsınız, hər uşaqdan otuz manat yığın verin, sinif bölünməsin. Mən də valideynlərə dedim, heç kim razılaşmadı. Özüm yataqxanada yaşayıram, bütün ailə qayınatamın aldığı təqaüdə baxır.

Qızım Nicat adlı bir uşaqla oturur. Qızımı yanına çağırıb deyib ki, sən niyə oğlanla oturursan? Məgər oğlanın qızla oturması məktəb strukturuna ziddir ki? Deyir, Nicata kömək eləmisən, sevgilindi?. Həmin Nicat adlı uşağın da üstünə bir dəfə polis gətirmişdi. Gedib dedim ki, ayıb olsun sizə, bu nə sözdür qız uşağına deyirsiz? Bildirdi ki, hara şikayət etsəniz də, mənə heç nə edə bilməzsiniz, amma mən səni, uşaqlarını yatdığın yerdə götürdərəm. Mən də bunun dediklərini yazıb Baş Prokurorluğa müraciət etdim. Baş Prokurorluq şikayətimi Bakı Şəhər Baş Polis İdarəsinə yönləndirmişdi. Məryəm adlı bir xanım gəldi, dedi ki, bütün müharibələrin sonu sülhlə nəticələnir. Dedim, sizə görə keçirəm, amma bir də belə hərəkət etməsin. Özüm də dəfələrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində də olmuşam, amma xeyri yoxdur. Məktəbə gəlirəm ki, müəllimlərdən övladımın necə oxumasıyla maraqlanım. Deyir, sən içəri girə bilməzsən. Məgər mən terrorçuyam?"

Valideynin sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gələn nümayəndə də direktorun təhqirinə haqq qazandırıb:

"Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Şirindil Əhmədov adlı şəxs sinfin bölünməməyi ilə bağlı 15 valideynin müraciəti əsasında məktəbə gəlmişdi. Direktor həmin 15 valideynin yanında məni təhqir etdi. Dedi, yaxşı eləmişəm, get, hara istəsən, şikayət elə. Bildirdim ki, siz müəllimsiniz, mənim qızımı niyə uşaqların içində təhqir edirsiniz? Şirindil Əhmədov da orada idi. Dedi ki, direktor məktəbi idarə etmək üçün belə davranmalıdır. Soruşdum ki, Şirindil müəllim, direktor mənim uşağımı təhqir etməlidirmi? Qayınatam bundan əvvəl Şirindil Əhmədova zəng elədi. Bildirdi ki, yetmiş yaşım var, uzun illər hüquq-mühafizə orqanlarında işləmişəm, indi ağır xəstəyəm. İstəyiriniz ki, bu halımda gedim direktoru öldürüb həbsxanada ölüm? Şirindil müəllim də qayınatama dedi ki, Aydın müəllim, Sevinc Abbasova şiddətli töhmət alıb, amma ağlı özünə gəlməyib. Bu, Şirindil müəllimin qayınatama dediyi sözdür. Ağlı özünə gəlməyib, tədbir gör də. O məktəb bu dəqiqə də şərlə, böhtnla və rüşvətlə idarə olunur. Məktəbə uşaq qəbul etmək beş yüz manatdır. Hətta bu dediklərimi bəzi valideynlər də təsdiqləyə bilərlər. Valideynlər də bu adamdan qorxur. Kimsə şikayət etsə, dərhal uşaqlarını sıxışdırırlar.

Sizcə rüşvətlə, şərlə, şantajla məktəb idarə etmək olarmı? Bütün aidiyyatı qurumların rəhbər şəxslərin əmüraciət edərək bildirirəm ki, Sevinc Abbasova kimi adam direktor ola bilməz. Xahiş edirəm, bu şəxs barədə qanuni ölçü götürülsün.

Əməkdaşımız səsləndirilən ittihamlarla bağlı məktəbin direktoru Sevinc Abbasova ilə əlaqə saxlayıb. S.Abbasovanın barəsində səsləndirilən ittihamları dinlədikdən sonra verdiyi cavabı olduğu kimi təqdim edirik:

"Məcburi köçkünsən, bu məktəbdə oxuya bilməzsən" — Daha bir təhsil qalmaqalı


"Hörmətli "Ölkə.Az" saytının müxbiri, zəhmət olmasa Bakı Şəhəri üzrə Təhsil İdarəsində Bəşarət müəllimə müraciət edin. Onun bu məsələdən xəbəri var. O sizə lazımi məlumatı verəcək. Zəng etdiyiniz üçün təşəkkür edirəm".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov isə direktorun dediklərini təkzib edib:

"Direktor yəqin deyib ki, idarə məlumatlıdır, mən yox. Zəhmət olmasa, press@baku.edu.gov.az emilinə yazın cavab verilsin".

Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin daha geniş mövqeyini öyrənməyə çalışacağıq.

Mövzunu diqqətdə saxlayacağıq

XƏBƏR LENTİ