Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

R.Manafova: "Məhəbbət Vəliyevanın rəfiqəsi rüşvət alır"

Tarix:12-03-2019, 18:29 Baxış Sayı:169

R.Manafova: "Məhəbbət Vəliyevanın rəfiqəsi rüşvət alır"

10 mart 2019-cu il tarixində Bakunews.az xəbər portalının elektron adresinə vətəndaş Ruhiyyə Manafova adından məktub daxil olub.

Həmin məktubu olduğu kimi sizlərə çatırırıq:
"Bakı şəhəri Nizami rayonunda 214 saylı məktəbin direktoru Ağayeva Esmira özünü nazir müavini Məhəbbət Vəliyevanın rəfiqəsi kimi qələmə verərək bir çox qanunsuz əməllərə yol verir. Mən bir valideyn kimi onun əməllərinə göz yuma bilməyib bir çox valdeynin istəyi ilə qərara gəldim ki, direktorun məktəbdə törətdiklərini sizə çatdırım.
Ağayeva Esmira müəllimlər günündən başlayaraq 8 mart tarixinə kimi açıq şəkildə hədiyyə istəyir. Bunu uşaqlara çatdırmaq üçün müəllimlər günü ərəfəsində məktəbdə zəng əvəzinə Elariz Məmmədoğlunun “Hədiyyə et özünü” mahnısını səsləndirirdi. Yəqin ki, adı çəkilən mahnını eşitmisiniz. (Mahnı “hədiyyə et özünü” siqaret, şərab və kim hədiyyəni sevmir ki?! sözlərindən ibarətdir). 8 martda da müəllimləri məcbur etdi ki, hamısı otağına yaxınlaşıb hədiyyə etsin. Adi hədiyyəni də yaxşı qəbul etmir, yalnız pul verən müəllimlərə daha çox hörmət edir.
Direktor edilən şikayətlərə əhəmiyyət vermir. Həftə sonları məktəbdə açıq qapı günü elan edib, lakin özü gəlmir. Dəfələrlə səsləndirib ki, buranın “kontingenti” mənim səviyyəmdə deyil və bilsəydim bu qədər pul verib gəlib direktor olmazdım. Bu insanın özünə söz demək olmur. Deyir, heç kim mənə bir söz deyə bilməz, mən Məhəbbətin adamıyam, onun rəfiqəsiyəm.
Ağayeva Esmira müəllimlər arasında daim intiriqa yaradır. Laborantları məcbur edir ki, müəllimlər otağında, bufetdə otursunlar və müəllimlərin səsini yazsınlar və sonra da ona çatdırsınlar. Pedaqoji təhsili olsaydı bəlkə belə etməzdi. Eşitdiyimizə görə direktorların imtahanından da kəsilib. Öz dediyinə görə Nazirliyə 40000 manat pul verib və direktor təyin olunub. Müqaviləsi bitsə də direktor vəzifəsində oturub. Pul yığır ki, daha yüksək vəzifələrə getsin. Dediyinə görə, Məhəbbət xanım onu öz yanına nazirliyə aparacaq. Sadəcə bir az pul yığmalıdır. Pulu da məktəbdən yığır. Keçən il online avtomatik qiymətləndirmə sistemini qurmaq üçün yüksək miqdarda qrand layihəsi götürmüşdü, amma sistemi işlətmədi. Çünki pul alıb qiymət düzəltmək daha mümkün olmayacaqdı. İşdə olduğu zamanlar bütün günü otağında oturub kamera vasitəsi ilə müəllimləri güdür. Ən əsasıda repetitor müəllimləri güdür ki, onlar neçə şagird ilə məşğul olurlar. Hər dəfə hazırlıq üçün müəllim yanına gedən uşaqlarımızın aylıq repititor xərcləri qalxır. Müəllimlərdən soruşuruq, deyirlər ki, direktor bizdən çox pul tələb edir. Əvvəl uşaq başına 10 manat, indi isə 20 manat istəyir.

Müəllim heyətinə hədə qorxu gəlmişdi. Bunu valideynlərə kim tərəfindən dediyini axtarıb tapacağını və töhmət verəcəyi ilə hədələmişdi. Müəllimləri özünə qarşı sadiq olmaları barəsində və məktəbdə olan şeyləri heç yerdə danışmasınlar deyə hüquqi qüvvəsi olmayan müqavilə bağlamışdır. Məktəbdə repetitorluq etməyən müəllimlərin dərsini kəsməyə və onlara töhmətlər verməyə başladı.
Töhmətləri də şagirdlərin və valideynlərin gözü qarşısında yerləşdirir ki, guya mən məktəbdə nizam intizama əhəmiyyət verirəm.
Müəllimlər əvvəllər boş sinif otaqlarında məşğul olurdular. İndi isə ibtidailərin binasında olan bufeti bağlatdırıb, repetitor otağı edib.
İbtidailəri məcbur edir ki, uzaq yolu gəlsinlər böyük siniflərin gəldiyi bufetdən yemək alsınlar. 5 dəqiqə zəng ərzində uşaqlar böyüklərin bufetinə gəlib qayıtmağı çatdırmırlar. Yeri gəlmişkən məktəbin bufeti
çox keyfiyyətsizləşib. Bulkaların içindən nə istəyirsiz çıxır, uşaqlarımız iyrənir. Məktəbdə qadağan olunan qida məhsulları satılır. Bufetə şikayət etdik. Axırda dedilər ki, direktor 300 manat tələb edir, biz də çatdırmırıq. Yeni gələn bufet işçiləri bu keyfiyyətsizliyi belə dəyərləndirdi. Yeni bufet kollektivini də özü əvvəl işlədiyi məktəbdən gətirib.
Biz valideynlər olaraq məktəbdə hərc-mərcliyə son qoyulmasını istərdik. Yəqin ki, bu yazımız Nazirliyə çatar və 214 saylı tam orta məktəbin direktoru Ağayeva Esmira barəsində və onun mislində olan digər direktorlar barəsində də tədbir görərlər."
Məktub sahibi: Ruqiyyə Manafova

Xatırladaq ki, məktubla bağlı qarşı tərəflə əlaqə saxlamaq üçün (012)323-20-68 nömrəsi ilə əlaqə saxlasaqda zənglərimizə cavab verən olmadı
Yazıda adları keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.

Bakunews.az

XƏBƏR LENTİ