Anons

18-04-2019, 10:00 - Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

17-04-2019, 19:11 - DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN

17-04-2019, 19:09 - ​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

17-04-2019, 11:34 - Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı - YENİ QƏRAR

17-04-2019, 09:12 - Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

17-04-2019, 08:55 - Şöbə müdiri: “Bu il Azərbaycanda biri güclü olmaqla 3 vulkan püskürməsi ehtimal olunur”

16-04-2019, 10:55 - Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

16-04-2019, 10:54 - Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

15-04-2019, 08:44 - Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…” – Foto

15-04-2019, 08:37 - Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

11-04-2019, 10:30 - Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

8-04-2019, 14:18 - Qobuda 1200-ə yaxın evin 6 minə yaxın sakini Prezident və Mehriban xanımdan kömək istəyir-VİDEO

8-04-2019, 12:24 - Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

8-04-2019, 09:57 - Ziyafət Əsgərovun qardaşının himayə etdiyi iddia edilən şəxs İmişlidə faciəyə səbəb ola bilər

4-04-2019, 09:05 - Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

3-04-2019, 12:32 - Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

3-04-2019, 05:02 - 2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

3-04-2019, 04:25 - Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

2-04-2019, 09:04 - Rusiyanın daxili işlər naziri gözlənilmədən KXDR-a gedib

1-04-2019, 08:59 - Yaponiyada köhnə həbsxana mehmanxana kimi fəaliyyətə başlayacaq - VİDEO - FOTO

29-03-2019, 09:15 - Uşaqları rus sektoruna qoymaq istəyən valideyinlərə - PİS XƏBƏR

29-03-2019, 08:50 - Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

29-03-2019, 05:05 - Kimdir günahkar?

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

SDU-da “Elm Günü”nə həsr olunmuş alimlərlə görüş keçirildi

Tarix:4-04-2019, 18:03 Baxış Sayı:54

SDU-da “Elm Günü”nə həsr olunmuş alimlərlə görüş keçirildi

Aprelin 3-də Sumqayıt Dövlət Universitetində Fizika və elektroenergetika fakültəsinin təşkilatçılığı ilə Elm Günü münasibəti ilə görkəmli alimlərlə görüş keçirildi.
Görüşdə AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor, fizika-riyaziyyat elmləri doktoru Oqtay Səmədov, institutda fəaliyyət göstərən bir çox laboratoriyaların rəhbərləri və universitetin professor-müəllim, tələbə heyəti iştirak etdilər.
Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev qonaqları və iştirakçıları salamladı, tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, 27 Mart - Elm Günü ilə bağlı Sumqayıt Dövlət Universitetinin təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilir. Bugünkü görüş də onlardan biridir. Prorektor qeyd etdi ki, son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edilmişdir. Təsadüfi deyil ki, XXI əsr YUNESKO tərəfindən elm və təhsil əsri adlandırılmışdır. Bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən aktual və prioritet məsələdir. Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür.
AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov çıxış edərək ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından və rəhbərlik etdiyi institutun fəaliyyət istiqamətlərindən, görülən işlərdən, beynəlxalq əlaqələrindən danışdı. Bildirdi ki, təhsilimizə göstərilən qayğının nəticəsidir ki, bu gün cəmiyyətdə alimin nüfuzu xeyli artmış, bütün elm sahələrində ciddi nailiyyətlər əldə edilmişdir. Direktor Sumqayıt Dövlət Universiteti ilə gələcəkdə elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğuladı. Qeyd etdi ki, bugünkü görüş gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyətə malikdir.
Görüşdə Radiasiya Problemleri İnstitunun «Enerjiqənaətedici Radiasiya Prosesləri» laboratoriyasının rəhbəri Kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İslam Mustafayev, «Radiobiologiya» laboratoriyasının rəhbəri, Biologiya elmləri doktoru Elmxan Cəfərov, «Yarımkeçiricilərin Radiasiya Fizikası» laboratoriyasının rəhbəri Fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov, «Enerjitutumlu Radiasiya Prosesləri» laboratoriyasının rəhbəri Kimya elmləri namizədi Hökmən Mahmudov, institun aparıcı elmi işçisi Nüşabə Hacıyeva çıxış edərək laboratoriyalarda aparılan elmi-tədqiqat işlərdən və əldə olunan nailiyyətlərdən bəhs etdilər.
Sonda iştirakçıların sualları cavablandırıldı.

SDU-da “Elm Günü”nə həsr olunmuş alimlərlə görüş keçirildi
SDU-da “Elm Günü”nə həsr olunmuş alimlərlə görüş keçirildi

XƏBƏR LENTİ