Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edildi

Tarix:2-05-2019, 15:25 Baxış Sayı:118

Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edildi

Mayın 2-də Sumqayıt Dövlət Universitetində Kütləvi İnformasiya Vasitələri, Qeyri -hökumət təşkilatlarının nümayəndələri və təhsil alan tələbələrin valideynlərinin iştirakı ilə növbəti ənənəvi “Açıq qapı” günü təşkil edildi. “Açıq qapı” günün keçirilməsi barədə sdu.edu.az portalında öncədən məlumat yerləşdirilmişdir.
Qonaqları universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov səmimi qarşıladı, universitetdə aparılan işlər barədə məlumat verdi. Qeyd etdi ki, universitetimizin hazırkı inkişafı əvvəlki illərdən xeyli fərqlənir. Onun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, təhsilin və nizam-intizam keyfiyyətinin yüksəldilməsi istiqamətində təqdirəlayiq işlər həyata keçirilib. Ölkəmizdə həyata keçirilən təhsil siyasətinin, bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq, Sumqayıt Dövlət Universitetinin tədris imkanları ildən-ilə genişlənir.Universitetdə bu istiqamətdə lazımi şərait yaradılmış, bütün auditoriya, laboratoriyalar, kabinet və mərkəzlər bu məqsədlə ən müasir avadanlıqlar və İKT ilə təchiz olunmuşdur. Ümumiyyətlə, universitetdə tələbələrin maraq, istək və qabiliyyətlərinə uyğun hər cür imkanlar yaradılıb. Təbii ki, bütün bunlar gələcəyimiz olan gənc nəslin sabahı üçündür.
Prorektor onu da qeyd etdi ki, yaz imtahan sessiyasının başlanmasına saylı günlər qalıb. Bu istiqamətdə də imtahan prosesinin təşkili və gedişatı, obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı məqsədyönlü tədbirlər aparılır. Universitetdə imtahanların şəffaflığını qorumaq, tələbələrin biliklərini sərbəst şəkildə nümayiş etdirmək məqsədilə hər cür şərait yaradıldığını qeyd edən prorektor onu da diqqətə çatdırdı ki, tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, ixtisaslara dərindən yiyələnməsi universitetin rektoru professor Elxan Hüseynovun diqqət mərkəzindədir.
Sonra universitetin rəhbərliyi və KİV nümayəndələri ilə birgə valideynlər övladlarının təhsil aldıqları auditoriyalarda dərsin gedişini izlədilər.
KİV nümayəndələri və valideynlər universitetdə yaradılan şərait, laboratoriya və ağıllı lövhələrlə təchiz olunmuş auditoriyalarla tanış oldular, Mühəndislik fakültəsinin dekanlığında quraşdırılmış kameralarla təchiz olunmuş nəzarət sistemi vasitəsi ilə auditoriyalarda keçirilən dərsləri müşahidə etdilər. Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Riyaziyyat fakültələrində dərslərdə iştirakları təmin olundu, mühazirə dinlədilər. Kimya və biologiya, Fizika və elektroenergetika, Mühəndislik fakültələrində laboratoriyalarında əyani olaraq aparılan təcrübələri izlədilər.Onları maraqlandıran suallar cavablandırıldı, təklif və istəkləri dinlənildi. Valideynlərdən universitetdə magistraturaya hazırlaşan tələbələr üçün hazırlıq kursu ilə bağlı sual ünvanlandı. Qeyd olundu ki, universitet rəhbərliyi tərəfindən bu istiqamətdə də tədbir görülüb. Belə ki, universitetimizdə müəllimlərimiz tərəfindən ödənişsiz kurslar, həmçinin dil biliklərinin artırılması istiqamətində Linqvistik Mərkəz fəaliyyət göstərir.
Sonra qonaqlar tələbələrin asudə vaxtının səmərəli təşkili üçün universitetin həyətində yaradılan şahmat lövhəsi, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulmuş köşklərlə tanış oldular. Bildirildi ki, tələbələrimiz idman klubunda futbol, stolüstü tennis, badminton, atıcılıq, voleybol, şahmat, dama üzrə mütəmadi olaraq məşğul olurlar. Universitetdə idmana olan diqqət və qayğı idman sahəsində ilbəil artmaqda olan uğurlarda özünü büruzə verir. İdmançı tələbələrimizin Respublika, Avropa, Asiya və Dünya səviyyəli idman yarışlarında artıq ənənə halını almış uğurları insanda qürur hissi doğurmaya bilməz.
KİV, QHT nümayəndələri və valideynlər keçirilən “Açıq qapı” günü ilə bağlı müsbət fikirlər səsləndirdilər, tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirdilər.
Valideynlər də öz növbələrində yaradılmış şəraitə görə universitetin rəhbərliyinə dərin təşəkkürlərini ifadə etdilər.
Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edildi
Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü təşkil edildi

XƏBƏR LENTİ