bakunews.az xəbər verir ki, teref.az saytının redaksiyasına təqdim edilmiş videoda aydın görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Vaqif Prospekti və Azadlıq Prospekti 80 kəsişməsində yerləşən "Koroğlu Residence "-də inşa edilən çoxmərtəbəli binada fəhlələrin təhlükəsizliyi haqqında heç kim fikirləşmir və bu işə heç nəzarət edən belə yoxdur.
Bakı şəhərinin güclü küləklər şəhəri olduğunu nəzərə alsaq belə təhlükəsizlik kəməri və saxlancı olmadan işləməyin nə dərəcədə təhlükəli olduğunu tikintidə işləyənlər bilir!