Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin ilk kosmonavtlarından biri, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika
Konqresinin iştirakçısı Cahangir Atasevərlə görüşüb.
Türkiyənin 36 min namizədin içindən seçilən ilk iki kosmonavtından biri olan Cahangir Atasevər ana tərəfdən azərbaycanlıdır. “Roketsan”da sistem mühəndisi işləyən Atasevər Bilkent Universitetinin Elektrik və Elektronika Mühəndisliyi bölümündən məzun olub, İrvayn şəhərindəki Kaliforniya Universitetində elektrik-elektronika mühəndisliyi sahəsində magistr təhsili alıb. Görüşdə Cahangir Atasevərin nailiyyətlərindən, eləcə də onun yaxın aylarda
gerçəkləşdiriləcək uçuşa hazırlığı barədə danışılıb, uğurlarının Türkiyə ilə bərabər Azərbaycana da başucalığı gətirdiyi qeyd olunub. Xatırladaq ki,kosmonavtın anası Məlahət Atasevər Azərbaycan diasporunun Türkiyədə tanınmış nümayəndələrindəndir. Səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlıq edən qonaqlar Azərbaycana daim bağlı olduqlarını, ölkəmizin qazandığı qələbələrlə qürur duyduqlarını dilə. Cahangir Atasevər tarixdə ilk dəfə kosmosdan türk dilinin eşidiləcəyi günü səbirsiliklə gözlədiyini deyib. Dövlət Komitəsinin sədri hazırda ABŞ-da uçuş təlimləri keçən kosmonavta daha
böyük uğurlar arzulayıb, onun iki qardaş ölkənin adını daim yürsəklərə qaldıracağına əminliyini ifadə edib.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.