Anons

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

Döydülər, bədəninə cərəyan buraxdılar, sonda isə dilini kəsdilər (VIDEO 21+)

Tarix:3-10-2017, 10:28 Baxış Sayı:1817

Döydülər, bədəninə cərəyan buraxdılar, sonda isə dilini kəsdilər (VIDEO 21+)

Dörd il bundan öncə RF Dağıstan Respublikasının Daxili İşlər Nazirliyində baş verməsi iddia edilən hadisədən şok görüntülər yalnız “Şimal xəbərləri”ndə-VİDEO 21+(Ürəyi və əsəbləri zəif olanlardan artıq dərəcədə xahiş edirik ki, videogörüntüyə baxmasınlar)

2013-cü ilin sentyabrında RF-nin Dağıstan respublikasında baş vermiş hadisə bütün cənub regionunu silkələdi. Tanınmış iş adamı, milliyətcə ləzgi Nasir Pirimovun(Cavadov) qəfil ölüm xəbəri şok effekti yaratdı. Məlumatlarda deyilirdi ki, o, daxili işlər nazirliyinin baş cinayət axtarış idarəsində dindirilmə zamanı ürək çatışmazlığından dünyasını dəyişib. Buna inananlar da oldu, inanmayanlar da.

Nasir Pirimov(Cavadov) Dağıstanın cənub regionunda, eləcə də, respublikada tanınmış iş adamı idi. Onun Rusiya-Azərbaycan sərhəddinin lap yaxınlığında otelləri, avtomobil dayanacaqları və başqa obyektləri də vardı. Bir ara çirkin siyasi oyunlara da baş qoşmuşdu. 90-cı illərdə “Sadval” rəhbərliyində də təmsil olunub. Amma sonradan ciddi biznes fəaliyyətinə girişərək, Cənubi Dağıstanda öz nüfuz dairəsini yarada bilmişdi. Fiziki cəhətdən möhkəm, sözündən dönməyən şəxs kimi xarakterizə olunurdu. Onun həbsi də sıradan bir məsələ deyildi. 2009-cu ildə Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonunun icra başçısı Abrek Qadjiyev paytaxt Mahaçqalada xidməti avtomobilində “Kalaşnikov” avtomatından açılan atəşlər nəticəsində qətlə yetirildi, sürücüsü Arsen Alixanov ağır yaralandı. Uzun sürən axtarışlar bir nəticə vermədi. Nəhayət, hadisədən dörd il sonra əməliyyatçılar cinayətkarların izinə düşə bildilər. Rəsmi məlumatlardan aydın oldu ki, icra başçısının ölümünü Nasir Pirimov(Cavadov) sifariş edib. O, bu cinayətin törədilməsindən ötrü 1,5 milyon rubl ödəyib. Sonrakı hadisələr zəncirvari şəkildə davam edib. Qətl sifarişini Qadjibek Qadjibekov adlı bir şəxs yerinə yetirməli idi. O, killer tapmaq üçün “Fransız” ləqəbli tanışı ilə sövdələşir. “Fransız” isə Kurban Maqomedov adlı bir vasitəçiyə çıxır. Adıçəkilən şəxs kömək üçün yaxın qohumu Alixan Dinova müraciət edir. Nəhayət, sonuncu killer “kirayələyir”. Ruslan Axmedov adlı Mahaçqala sakini sui-qəsdi həyata keçirir. Dörd il sonra bu hadisənin üstü açılır , sentyabrın 10-da killer həbs olunur və hər şeyi boynuna alır. Məhz bundan sonra Nasir Pirimov(Cavadov) da daxili işlər nazirliyinin cinayət axtarış idarəsinə aparılır, dindirilərkən qəflətən halı pisləşir və təcili yardım maşını gələnədək dünyasını dəyişir. Bu arada Nasirin evində axtarış da aparılır. Mənzilindən və həyətindən “Kalaşnikov” avtomatları və digər silah-sursat tapılır. Bütün bu qeyd etdiklərimiz Dağıstan daxili işlər nazirliyi rəsmilərinin açıqlamalarından götürülüb.

Nasirin ölümündən sonra qardaşı Niyaz araşdırmalara başlayır. Morqda qardaşının cənazəsinə keçirilən baxışda iştirakı təmin olunur. Adının çəkilməsini istəməyən mənbənin bizə verdiyi məlumata görə, bununla kifayətlənməyən Niyaz külli miqdarda pul xərcləyərək qeyri-rəsmi şəkildə bir neçə nəfərlə morqa girərək burada çəkiliş aparır. Həmin vaxt qardaşının meyidinin üzərindəki zorakılıqları lentə aldırır. Onun “Yutuba”a yerləşdirilən çıxışından aydın olur ki, Niyaz icra başçısının ölümündə qardaşını günahkar saymır. Nasirin onurğa sütununun sındırıldığını və digər işkəncələrə məruz qaldığını açıqlayır. O iddia edir ki, bütün bunlar qardaşının obyektlərini ələ keçirməkdən ötrü törədilib.

“Şimal xəbərləri” qəzeti böyük çətinliklə meyidin morqdakı gizli videogörüntülərini əldə edib. Dəhşətdir. İnsan inanmaq istəmir ki, 21-ci əsrdə daxili işlər nazirliyinin baş cinayət axtarış idarəsində bu cür qəddarlığa yol verilsin. Doğrudur, bir sıra mənbələr iddia edirlər ki, Nasir Pirimov(Cavadov) başqa yerə aparılaraq işkəncələrə məruz qalıb. Artıq onun ölmək üzrə olduğunu bilən əməliyyatçılar Nasiri yenidən dindirmə otağına qaytarıblar. Başqa versiyaya görə, bu işlə bağlı bəzi yüksək vəzifəlilər DİN-in “lazımi” adamlarına külli miqdarda rüşvət veriblər. Daha bir informasiyaya əsasən isə, qətlə yetirilmiş icra başçısının yaxınları DİN-ə yol taparaq qisas tədbiri həyata keçiriblər. Əlbəttə, bütün bunlar ehtimallardır. Görünən isə budur ki, Nasir Pirimov(Cavadov) vəhşicəsinə döyülüb, bədəninə elektrik cərəyanı verilib, axırda isə dili kəsilib. Ən maraqlısı sonuncu işkəncədir. Belə çıxır ki, Nasir dilini də dinc qoymurmuş. Nə isə. Maraqlı detallar çoxdur. Bir məsələ isə ciddi sual doğurur: Görəsən, nəyə görə morqdakı videoçəkiliş Rusiya dövlətinin yuxarı strukturlarına təqdim edilməyib? Niyaz Cavadov hansı səbəblərə görə indiyədək susur? Nə üçün qardaşının başına gətirilən belə bir faciənin səbəbkarlarının cəzalandırılmasını istəmir?

Qeyd etdiyimiz kimi, hadisədən dörd il ötür. Bu məsələ kriminallaşmış Dağıstanda unudulmaq üzrədir. Yazını burada da tamamlamaq olardı. Deyə bilərlər ki, qonşu dövlətdə baş verən hadisənin bizə nə aidiyyatı? Sadəcə jurnalist borcumuzu yerinə yetiririk. Əlimizə keçən videogörüntüləri sizlərə təqdim etməkdə tərəddüd edirdik, son anda fikrimizdən daşındıq. Hesab etdik ki, burnumuzun lap ucunda yerləşən Dağıstanda baş verən bir cinayətin xronologiyası yazılmalıdır. Həm də ona görə ki, içimizdə şimalı bizə qanun mücəssiməsi kimi təbliğ edənlərin yalanları üzə çıxsın. Sonda həqiqəti hamı bilsin. Axı biz quldarlıq quruluşunda yaşamırıq!

Müqəddəs Mehdiyev

(Ürəyi və əsəbləri zəif olanlardan artıq dərəcədə xahiş edirik ki, videogörüntüyə baxmasınlar)


XƏBƏR LENTİ