Anons

18-04-2019, 10:00 - Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

17-04-2019, 19:11 - DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN

17-04-2019, 19:09 - ​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

17-04-2019, 11:34 - Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı - YENİ QƏRAR

17-04-2019, 09:12 - Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

17-04-2019, 08:55 - Şöbə müdiri: “Bu il Azərbaycanda biri güclü olmaqla 3 vulkan püskürməsi ehtimal olunur”

16-04-2019, 10:55 - Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

16-04-2019, 10:54 - Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

15-04-2019, 08:44 - Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…” – Foto

15-04-2019, 08:37 - Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

11-04-2019, 10:30 - Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

8-04-2019, 14:18 - Qobuda 1200-ə yaxın evin 6 minə yaxın sakini Prezident və Mehriban xanımdan kömək istəyir-VİDEO

8-04-2019, 12:24 - Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

8-04-2019, 09:57 - Ziyafət Əsgərovun qardaşının himayə etdiyi iddia edilən şəxs İmişlidə faciəyə səbəb ola bilər

4-04-2019, 09:05 - Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

3-04-2019, 12:32 - Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

3-04-2019, 05:02 - 2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

3-04-2019, 04:25 - Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

2-04-2019, 09:04 - Rusiyanın daxili işlər naziri gözlənilmədən KXDR-a gedib

1-04-2019, 08:59 - Yaponiyada köhnə həbsxana mehmanxana kimi fəaliyyətə başlayacaq - VİDEO - FOTO

29-03-2019, 09:15 - Uşaqları rus sektoruna qoymaq istəyən valideyinlərə - PİS XƏBƏR

29-03-2019, 08:50 - Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

29-03-2019, 05:05 - Kimdir günahkar?

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

Azərbaycan Respublikasının Prezidenti çox hörmətli cənab İlham Əliyevə videomuraciət edirəm

Tarix:27-03-2019, 10:39 Baxış Sayı:101

Azərbaycan Respublikasının Prezidenti çox hörmətli cənab İlham Əliyevə videomuraciət edirəm


Möhtərəm cənab Prezident, mənim bu qaydada internetdə çıxıb sizə müraciət etməyə məcbur edən Maliyyə Nazirliyinin Aparat rəhbəri Namiq Süleymanov, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində İstintaq şöbəsinin rəisi Nemət Əvəzov onun müavini Vahid Məmmədov və Korrupsiyaya qarşı Mübarizə idarəsinin mühüm işlər üzrə müstəntiqi işləmiş hal-hazırda Biləsuvar rayonuna prokuror təyin olunan Camal Bağırovdur. Ən əsasıda bu adamların sifarişi ilə qanunsuz qərarlar və qətnamələr qəbul edən Zərdab rayon Məhkəməsinin sədri Tahir Qubadovdur. Möhtərəm cənab Prezident dəfələrlə mən sizə və müxtəlif dövlət orqanlarına müraciət etmişəm. Zərdab rayon Maliyyə İdarəsinin müdiri Məmmədov Sakit İfrat oğlunun ali təhsil almadan cinayət yolu ilə əldə etdiyi diplomla bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan cinayət işinin istintaqı bu günə qədər gizlədilərək saxlanılıb. Mənim şikayətimə baxılmır.

Cənab Prezident, mən sizin siyasətinizi dəstəklədiyim və sizin dediklərinizə əməl etdiyim üçün bu gün mənəvi terrora məruz qalmışam. Mənə adlarını saydığım vəzifəli şəxslər işgəncələr və zülmlər edirlər. Mən sizə arxayın olaraq sözümü demişəm və dediyiniz qaydada hərəkət etmişəm. İndi sizin siyasətinizi dəstəkləyən vətəndaş olaraq sizi ölkəmizin qurucusu atanız ulu öndər Heydər Əliyevin ruhuna bir dəfə yox on dəfəf and verirəm ki məni şəxsən qəbul edəsiniz.

Zərdab rayon Məhkəməsinin sədri Tahir Qubadovun əlindən rayona çıxa bilmirik. Sizin adınızı çəkib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adına ərizə deyən kimi bizi çağırıb cərimə edir. Siz özünüz demisiniz ki, mənə internetlə, elektron poçtla məktublarınızı göndərin. Zərdab rayon Məhkəməsinin sədri Tahir Qubadov mənim sizə ünvanladığım ərizələri internetdən çıxarıb gətirib düzüb stolun üstünə ki, sən prezidentə göndərdiyin bu məktublarla qarşı tərəfin şərəf və ləyaqətin təhqir etmiş olursan. Hansı ki, həmin qarşı tərəf cinayət törədib.

Cənab Prezident, olmazın zülmlərinə məruz qalmışıq. Tahir Qubadov Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin kurasiyasındadır. O Zərdab rayon Məhkəməsində Maliyyə İdarəsinin müdiri Sakit Məmmədov və DSMF-nin Zərdab rayon İdarəsinin müdiri Canpolad Vəliyev kimi məmurların törətdikləri cinayətləri gizlətməklə qanunsuz qərarları qəbul edərək göndərir Şəki Apellyasiya Məhkəməsinin hakimi həmin Mahir Əsədlinin yanına və zəng edərək ona deyir ki, varlı imkanlı idarə müdirləriini göndərmişəm yanına. Mən həmin Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin sədrlik etdiyi məhkəmənin iclasında iştirak etdim.hakim Mahir Əsədli mənə sual verdi ki, "sənin nəyinə lazımdır ki Məmmədov Sakit cinayət yoluyla əldə etdiyi diplomla işləyir. Sən neynirsən o necə işləyir". Mən onun bu sualına heç bir cavab verə bilmədim.

Cənab Prezident, Tahir Qubadov Maliyyə Nazirliyinin Aparat rəhbəri Namiq Süleymanovun və Korrupsiya İdarəsində adlarını çəkdiyim şəxslərin sifarişini yerinə yetirir. Bu adamın dövlətin qanunlarından xəbəri yoxdur. OMBUDSMAN xanım Elmira Süleymanova Korrupsiyaya Qarşı Mübarizə İdarəsininin rəisi Kamran Əliyevə məktub göndərib ki, vətəndaş Mirzəyev Rövşən Cəfər oğlunun 2015-ci ildən etdiyi şikayətlərin nəticəsi barədə məlumat verin. Baş Nazirə məktub ünvanlamışam. Oda göndərib Maliyyə Nazirliyin. Nazirlikdədə Namiq Süleymanov imkan vermir ki, mənim şikayətim qanuna müvafiq araşdırılsın.

Cənab Prezident qalmışam çıxılmaz vəziyyətdə. Bilmirəm ki, mən hansı səhfi etmişəm ki, bunlar mənə qarşı bu hərəkəti edirlər. Görün məni Tahir Qubadov nəyə görə cərimə edib. Mən sizə müraciət etmişəm ki, Maliyyə İdarəsinin müdiri cinayət yoluyla diplom əldə edib. Buna görə məni cərimə edir ki, mən cinayətkarın ifşa olunması üçün məlumat vermisəm. Belə şey dünyada olmayıb. Cinayətkarı ifşa edəsən əvəzində buna görə cərimələnəsən. Tahir Qubadovun məqsədi biz vətəndaşları sizə qarşı qoymaqdır.

Fürsətdən istifadə edib burdan birbaşa millət vəkilləri Siyavuş Novruzova və Elman Rüstəmliyə ki ölkə prezidentinin gördüyü işlərə kölgə salan məmurlardan danışırlar buyursanlar baxsınlar. Mən prezidentə məktub yazıram ki, cinayətkar ifşa olunsun əvəzində özüm cərimələnirəm. Oktay Əsədova əlli dənə ərizə göndərmişəm Bahar Müradovaya göndərmişəm.Fuad Ələsgərova bu qaydada məlumat verdim və şəxsən məni qəbul etməsini xahiş etdim.Amma bu günə kimi məktublarıma cavab verməyib. Bu günə kimi bəlkədə bu məsələ ilə bağlı otuz min dənə məktub yazmışam .

Sonda cənab Prezident sizə və Birinci Vitse-Prezident Mehriban xanıma üz tututram və üç övladınızın canına and verirəm ikinizdən biriniz məni beş dəqiqəlikdə olsa qəbul edin. Mən sizə çox arxayınam və ümidim var. Təşəkkür edirəm

Hörmətlə: Mirzəyev Rövşən Cəfər oğlu

XƏBƏR LENTİ