Sizin reklam burada 728×90
Son dəqiqə

Üç böyük şirkət “Səba”nı məhkəməyə verdi

25.01.2025 19:31 1 064 1 dəq oxunur
Üç böyük şirkət “Səba”nı məhkəməyə verdi
"Səba” ASC toyuq və toyuq məhsulları istehsalçısı ilə bağlı məhkəməyə müraciət edənlərin sayı artır. Üç böyük və məşhur şirkət "Səba”nı məhkəməyə verib.

Tribunainfo.az xəbər verir ki, "Səba” ilə bağlı iddianı "Çölqala” MMC, "AVC Agro”, "Bestvest” MMC qaldırıb. Hər üç işin mahiyyəti eynidir – müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisə. "Səba”nı məhkəməyə verən şirkətlər ASC ilə alqı-satqı müqaviləsi üzrə mübahisə yaşayır. Hər üç işə Sumqayıt Kommersiya Məhkəməsində baxılır.

"Səba”nın "Bestvest” MMC ilə bağlı işinə 18 fevral (hakim Həlimə Alıyeva), "Çölqala” və "AVC Agro” MMC ilə bağlı işinə isə 21 fevral (hakim İslam Əliyev) tarixində baxılacaq.

Qeyd edək ki, "Səba” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynovdur.

Tərəfləri dinləməyə hazırıq.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az