• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Dövlət Komitəsinin sədri Polşada səfərdədir

Cəmiyyət

23-02-2024, 17:30

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Polşaya səfəri başlayıb.
İlk olaraq Komitə sədri Azərbaycanın Polşadakı səfirliyində olub, səfir Nərgiz Qurbanova ilə
birlikdə burada ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib.
Daha sonra Komitə sədri Varşavada fəaliyyət göstərən Azərbaycan Evində olub. Azərbaycan
icmasının nümayəndələri ilə söhbət zamanı xaricdə yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin
möhkəmləndirilməsinə Komitənin hər zaman dəstək verməyə hazır olduğunu bildirib, onların
həmrəyliyinin təmin olunması məqsədilə Azərbaycan evlərinin sayının artırılmasının önəmi,
mövcud evlərin fəaliyyəti, Komitənin həyata keçirdiyi layihələr, Xocalı soyqırımının 32-ci
ildönümü ilə əlaqədar keçirilməsi planlaşdırılan tədbirlər barədə məlumat verib. Xocalı
faciəsinin Ermənistanın etnik azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı olduğu, diaspor
nümayəndələrinin hər il soyqırımının ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirdiyi vurğulanıb.
Görüş zamanı Polşadakı Azərbaycan icmasının yerli cəmiyyətə inteqrasiyası, gənclərin elm,
təhsil və digər sahələrdə uğurları, icma üzvlərinin diaspor fəaliyyətinin genişləndirilməsi,
informasiya platformalarında fəallığın artırılması, yeni birlik mexanizmlərinin yaradılması,
diaspor hərəkatının hədəflərinin dəqiq müəyyən edilməsi barədə qarşılıqlı müzakirələr aparılıb.
Səfər çərçivəsində Komitə sədri Polşa Respublikası xarici işlər nazirinin müavini Henrika
Moscicka-Dedis ilə görüşüb. Qonaqları salamlayan nazir müavini Polşa ilə Azərbaycan arasında
çoxəsrlik dostluq və əməkdaşlıq münasibətlərinin zamanla daha da möhkəmlənəcəyinə ümidvar
olduğunu və bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib,
Azərbaycan icmasının Polşa cəmiyyətinə inteqrasiyasının yüksək səviyyədə olduğunu bildirib.
Henrika Moscicka-Dedis xaricdə yaşayan polyaklarla bağlı dövlət siyasətinin əsasını polyak dil
və tarixinin, mədəni irsin təbliği, polyakların repartriasiyası, rifahlarının yaxşılaşdırılması və
digər məsələlərin təşkil etdiyini, bu istiqamətdə polyakların sıx məskunlaşdığı ölkələrdə layihələr
həyata keçirildiyini bildirilib.
Fuad Muradov öz növbəsində Komitənin fəaliyyət istiqamətləri, həyata keçirilən iri layihələr,
xalqlararası münasibətlərdə Azərbaycan diasporunun rolu, xarici ölkələrin diaspor məsələlərinə
məsul qurumları ilə əməkdaşlıq məqsədilə imzalanmış memorandumlar, o cümlədən ölkəmizin
diaspor siyasəti, dövlətimizin xaricdə yaşayan azərbaycanlılara mütəmadi qayğısı barədə nazir
müavinini məlumatlandırıb. Görüş qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.
Komitə sədri Polşa Respublikası Senatının Emiqrasiya və Xaricdə Yaşayan Polyaklarla Əlaqələr
Komitəsinin sədri Boqdan Boruseviç ilə də görüşüb. Qonaqları salamlayan Boqdan Boruseviç
Azərbaycanla Polşa arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini bildirib və
Komitənin fəaliyyəti barədə danışıb.
Dövlət Komitəsinin sədri Komitənin fəaliyyəti, Polşada yaşayan azərbaycanlıların yerli
cəmiyyətə inteqrasiyası, bu ölkənin iqtisadiyyatına verdiyi töhfə, diaspor təşkilatlarının səmərəli
fəaliyyəti üçün yaradılmış imkanlar, paytaxt Varşavada fəaliyyət göstərən Azərbaycan Evi,
eləcə də yaxın günlərdə Krakov şəhərində açılacaq ikinci Azərbaycan Evi barədə ətraflı məlumat
verib. Bu evlərdə çoxsaylı mədəni tədbirlərin keçirildiyi, dil kurslarının fəaliyyət göstərdiyi
bildirilib. Azərbaycanda polyak icması üçün yaradılmış şəraitə toxunan Komitə sədri polyakların
Azərbaycan cəmiyyətinə tam inteqrasiya etdiyini, Azərbaycanın regionda və dünyada sülh və
əmin-amanlığı dəstəkləyən tolerant dövlət olduğunu, İkinci Qarabağ müharibəsindən sonra
Ermənistana sülh təklif etdiyini vurğulayıb.
Görüşdə həmçinin miqrasiya məsələlərinin tənzimlənməsi, miqrantların hüquqları, işçi vizaları
barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, artıq bir neçə ildir Polşada yaşayan
azərbaycanlılara, eləcə də təhsil alan gənclərə hüquqi yardımın göstərilməsi üçün Polşa
Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə tam təmənnasız vəkil xidmətləri təqdim olunur.



Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

10-04-2023, 20:31

Kalqari və Edmonton şəhərlərindəki Azərbaycan icması ilə görüş olub - FOTO

Dünya

4-04-2023, 21:41

Komitə sədri Ontario parlamentinin üzvləri ilə görüşüb - FOTO

---

5-02-2024, 21:45

Qazaxıstandakı diaspor təşkilatının sədrinə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

Cəmiyyət

27-11-2023, 20:25

Dövlət Komitəsi və QXA arasında memorandum imzalanıb - FOTOLAR

Cəmiyyət

7-07-2023, 16:39

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun yaranma günləri qeyd edilib - FOTO

Mədəniyyət

22-08-2022, 15:34

Komitə sədri Moldovadakı diasporumuzun rəhbəri ilə görüşüb

Cəmiyyət

31-08-2022, 13:36

Azərbaycan icmasının fəaliyyəti Hannoverdə müzakirə edilib

Cəmiyyət

12-02-2024, 15:30

Meksikanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub

Cəmiyyət / Təhsil

14-09-2023, 16:45

Komitə sədri ADA Universitetinə qəbul olunmuş Gürcüstan azərbaycanlıları ilə görüşüb - FOTOLAR

Gündəm / Dünya

22-02-2023, 20:50

ABŞ-ın Minnesota ştatındakı qəzetlər Xocalı faciəsi barədə məlumat yayıb

Dünya

8-04-2023, 01:44

Ottava və Monrealdakı Azərbaycan icması ilə görüş keçirilib - FOTOLAR

İdman

26-07-2022, 10:10

Komitə sədri tanınmış idmançı Nəriman Abbasovla görüşüb

Araşdırma
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Hadisə
Dünən, 17:57
Bakıda məktəbli bıçaqlanıb
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
Xəbər lenti
  • Dünən, 19:00
    Nazirlik: Dövlət başçısının yeni Fərmanı ilə övladlığagötürmə proseduru sadələşdirilib
  • Dünən, 18:28
    ABŞ-nin sanksiyalar siyahısındakı şəxs İranın müdafiə naziri ola bilər
  • Dünən, 18:15
    “Neptun”dakı endirim narazılıq yaratdı – Foto
  • Dünən, 17:57
    Bakıda məktəbli bıçaqlanıb
  • Dünən, 17:52
    783 minlik mənimsəmə işi: “Pulu birbaşa Mehdi Əmrahova verirdim” - MƏHKƏMƏ
  • Dünən, 17:22
    Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:08
    Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH
  • Dünən, 16:51
    İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
  • Dünən, 16:45
    Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
  • Dünən, 15:56
    Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib
  • Dünən, 15:43
    Bakıda restoranda şok hesab: 10 nəfərə 1236 manat - FOTO
  • Dünən, 15:12
    Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
  • Dünən, 15:01
    "Bazarstore"-dan xarab məhsul - FOTOLAR
  • Dünən, 14:37
    Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir
  • Dünən, 13:45
    Bakı Kommersiya Məhkəməsinin sədri məşhur dələduz Arzu Kazımovu belə qoruyur? – "Servis+" MTK işində qalmaqallı qərardadı necə alıblar
  • Dünən, 13:42
    “Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
  • Dünən, 13:24
    Badamdarda yüksək gərginliyin altında böyük təhlükə - Kim və necə içazə verib? - VİDEO
  • Dünən, 13:15
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • Dünən, 13:05
    Şamaxıda “kəsib, sonra sayırlar?” - Sakinlərin haqqını kim qoruyacaq? – VİDEO
  • Dünən, 12:49
    Rusiya ordusu Ukrayna ilə Moldova arasında daha bir sərhəd keçid məntəqəsinə zərbə vurub
  • Dünən, 12:31
    Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
  • Dünən, 12:05
    Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb
  • Dünən, 11:55
    "VƏTƏN FƏDAİLƏRİ" LAYİHƏSİ NAXÇIVANDA TƏQDİM OLUNDU
  • Dünən, 11:49
    Yasamalın icra başçısı kimin GÖZÜNƏ KÜL ÜFÜRÜR... - BU NƏDİ BELƏ?
  • Dünən, 11:41
    Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib
  • Dünən, 11:28
    Burda müştəriyə köhnə yemək verilir... - "Çox ac idik deyə ..."
  • Dünən, 10:44
    Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
  • Dünən, 10:25
    “Qaçqınkom” dövlətin pulun belə “qaçırdır”:Bir mənbədən satınalma ilə...
  • Dünən, 10:10
    Bakıda bəzi yollarda endirilən sürət həddi bərpa olunub
  • Dünən, 09:34
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • Dünən, 09:09
    Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
  • 4-10-2026, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • 4-10-2026, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • 4-10-2026, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • 4-10-2026, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə