Sizin reklam burada 728×90
Son dəqiqə

Stokholmda fəaliyyət göstərən “Qarabağ” məktəbində Xocalı faciəsinin qurbanları anılıb

28.02.2024 12:29 564 1 dəq oxunur
Stokholmda fəaliyyət göstərən “Qarabağ” məktəbində Xocalı faciəsinin qurbanları anılıb
Stokholmda İsveç Azərbaycanlıları Birliyi (SAF) təşkilatının nəzdində fəaliyyət
göstərən “Qarabağ” məktəbinin növbəti dərsi Xocalı soyqırımının 32-ci
ildönümünə həsr edilib. Dərs Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Şagirdlərə
xalqımızın məruz qaldığı qanlı və dəhşətli faciə haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi
birləşmələri tərəfindən Xocalının dinc və günahsız əhalisinə qarşı xüsusi
amansızlıqla kütləvi qırğın törədilib. Qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla,
613 nəfər qəddarlıqla qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 8 ailə tamamilə
məhv edilib. Məktəblilərə milli kimliklərini və Xocalı faciəsini unutmamaq, daim
Vətənə bağlı olmaq tövsiyə olunub. Dərs zamanı şagirdlər Xocalı soyqırımını əks
etdirən rəsmlər çəkib, şeirlər səsləndiriblər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az