• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Əziz, AAYDA. Pirşağı Bakıdır, Pirşağı Azərbaycandır..." - NARAZILIQ VAR...

Cəmiyyət

9-07-2024, 09:33

Bəxti gətirməyən kəndlərdən biri də Pirşağı kəndidir. Əvvəllər, yəni il əvvəl kəndin bir hissəsinə demək olar ki, su verilmirdi. Yazdıq-pozduq, kəndin suyunu az da olsa bərpa etdik. Sonra prezidentin gəlişi ilə əlaqədar kəndin daxili yollarına asfalt döşədilər. Elə gözəl yol salmışdılar ki, baxan bir də baxmaq istəyirdi. Axı, prezident gələcəkdi, qüsur tapmamalı idi.

Deyim var: Qılınc müsəlmanıyıq axı... Pirşağılılar sevinmişdi ki, “yollarımız düzəldi”, bir tərəfdən yolları dağıdıb kanalizasiya sistemi çəkməyə başladılar, digər tərəfdən elektrik xətlərini yolun altından çəkməyə qərar verdilər.

Burada bir nüansı qeyd etməliyəm ki, mən evimə işıq çəkdirmək üçün ASAN xidmətə müraciət etmişdim. Gəlib, ölçüb-biçib xətt çəkilişi üçün 1400 manat pul istəmişdilər. Mənim köhnə bir xəttim var idi. Düşündüm ki, 1400 manatı ödəməkdənsə, köhnə xətti istifadə edərəm. Bu dəfə yolu söküb, elektrik xəttini yerin altından çəkməyə qərar verəndə, gətirib işıq sayğacını bir manat belə almadan qapımda quraşdırdılar. Bunun üçün “Azərişıq” ASC- yə xüsusi "təşəkkür" düşür.

Əslində, qınadığım da “Azərsu” QSC və ya “Azərişıq” ASC deyil. Problemin kökü yolu çəkən qurumdadır.

Elektrik-kanalizasiya sisteminin quraşdırmasını nəzərə almadan yol çəkərlər?
Uşaq deyiləm, başa düşürəm. Büdcəni "şəffaf"laşdırmaq cəhdi ilə prezidentin gözünə girməyə “çalışan” qurum kimi görünmək istəyi qəbulediləndir. Amma unudursunuz ki, sizin çəkib-sökdüyünüz yolların pulu dövlət büdcəsindən gedir. Gedin, sizi fəaliyyətinizi sorğulaya biləcək səlahiyyətli orqanlara tapşırıram...

Keçək mətləbə... İki aydır ki, yenə pirşağılılar çətinlikdədir. Belə ki, adını bilmədiyimiz qurum iki aydır ki, sözün əsl mənasında əsas yolu "kəsib". Yolların kənarına daşlar yığıblar ki, “piyadalara səki lazımdır, yolu qaydasına salırıq”. Söhbət Hüseynbala Əliyev küçəsindən gedir. Əvvəllər bu küçə təmirsiz olsa da, geniş idi. Həm sürücülər, həm piyadalar rahat hərəkət edə bilirdilər. İndi bu küçə həm təmirsiz, həm də dardır. Nə piyadalar doğru-düzgün yolunu gedə bilir, nə sürücülər.

Ötən gün yol kənarında fəaliyyət göstərən gözəllik salonlarından birinə getmişdim. Orada olduğum 2 saat müddətində 3 qəza baş verdi. Düzdür, yüngül qəzalar idi, amma fakt olaraq vətəndaşların əmlakı zərər gördü.

Yolun darlaşdırılması yol kənarında olan marketlərin də müştəri axınını azaldıb. Yola qoyulan daş parçaları ərazini o qədər darlaşdırıb ki, heç kim avtomobilini saxlayıb marketə daxil ola bilmir. İki zolaqlı yol, olub 1,5 zolaq. Sürücülər acınacaqlı şəkildə əziyyət çəkir. Hələ piyadaları demirəm. Yolların kənarından qazılmış torpaq qalaq şəklində yığılıb. Hardan keçəsən? Yolun hərəkət hissəsindən keçməyə məcbursan, bu zaman da avtomobillərin darlaşdırılmış yolunu zəbt edirsən.

Salonda çalışan xanım deyir ki, hər gün azı 7-8 avtomobil qəzası baş verir: “Bir neçə gün öncə avtomobil piyadanı vurmamaq üçün gedib ağaca çırpıldı. Yolu darlaşdırandan sonra qəzaların sayı artıb. Mən özüm də qorxa-qorxa işləyirəm ki, kimsə gəlib, avtomobillə salona çırpılar”.

Söhbət Pirşağı kəndindəki Hüseynbala Əliyev küçəsindən gedir. Aidiyyatı qurumlara müraciət edirik ki, görəcəyiniz iş özünüzə qalsın, gəlib tökdüyünüz daşları və qazıb qarışdırdığınız torpağı sahmana salın. Yoxsa bununla bağlı prezidentə müraciət ünvanlamalı olacağıq ki, “kəndimizi dövlət qurumları qara günə qoyub”...

Yeri gəlmişkən, müraciət ünvanlayım: "Əziz, AAYDA. Pirşağı Bakıdır, Pirşağı Azərbaycandır. Gəlin, bizim yolumuzu çəkin, biz də insan kimi yaşamaq istəyirik"...

Bizimyol.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Hadisə

25-12-2023, 20:04

Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qaldı

Cəmiyyət

8-07-2024, 20:52

Sürücülərin nəzərinə!

İqtisadiyyat

21-07-2022, 14:36

"Azərişıq" Laçın rayonunda 35 kV-luq yeni elektrik xətti çəkib

Gündəm / Siyasət

25-10-2023, 14:01

Prezident İlham Əliyev dövlət agentliyinə 4,7 milyon manat ayırdı

Gündəm

8-08-2023, 11:21

Yeni rəhbər Naxçıvanda nələri dəyişib? - Qorxu və vahimə altında saxlama...

Araşdırma / Bölgə

7-01-2023, 19:48

Xaçmazda nə baş verir ... - Qanunla bir kəndin neçə adı olmalıdır? - FOTOFAKTLAR

Gündəm / Cəmiyyət

27-02-2024, 17:54

Hacı Məhərrəm Novruzovun yeznəsinə “QURTULUŞ” yoxdur... - Sərxoş halda 4 nəfəri öldürən qohum yenidən həbs olunur?

Gündəm / Cəmiyyət

8-01-2024, 19:48

Bakıda çəkiləcək yeni strateji yolun hansı faydaları olacaq?

Bölgə / Sosial

13-07-2023, 19:56

YEVLAXDA METAL QƏBULETMƏ MƏNTƏQƏSININ SAHIBI İLHAM OĞRULARLA ƏLBIR OLUB? – VİDEO-FAKT

Dünya

27-08-2022, 17:11

Avropada elektrik enerjisinin qiymətləri rekord qırdı

Gündəm / Cəmiyyət

26-01-2024, 09:16

Sumqayıt-Bakı qatarında problem yarandı

Şou-biznes

10-08-2022, 14:09

Madonnanın həyatı film olacaq

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Bu gün, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Bu gün, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Bu gün, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Bu gün, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
  • Bu gün, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Bu gün, 16:59
    Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
  • Bu gün, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Bu gün, 16:17
    Zelenski Britaniyada səfərdədir
  • Bu gün, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Bu gün, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Bu gün, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Bu gün, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
  • Bu gün, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Bu gün, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Bu gün, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Bu gün, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Bu gün, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Bu gün, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Bu gün, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Bu gün, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Bu gün, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Bu gün, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Bu gün, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Bu gün, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Bu gün, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə