Sizin reklam burada 728×90
Son dəqiqə

Sabiq kombinat rəhbərinə CİNAYƏT İŞİ AÇILDI

28.07.2022 15:00 735 1 dəq oxunur
Sabiq kombinat rəhbərinə CİNAYƏT İŞİ AÇILDI
Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının sabiq müdiri Xalidə Ağayevanın sübutları saxtalaşdırması faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.

DİN-dən bakunews.az-ya lent.az-a istinadən verilən məlumata görə, aparılmış istintaqla Xalidə Ağayevanın Biləsuvar rayon məhkəməsində baxılan mülki iş üzrə öz xeyrinə qətnamə çıxarılmasının təmin edilməsi məqsədi ilə Abşeron rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsinə uydurma məlumatlar daxil edib Biləsuvar rayon məhkəməsinə təqdim etməklə mülki iş üzrə sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Xalidə Ağayevaya Cinayət Məcəlləsinin 294.1-ci (mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Biləsuvar rayon məhkəməsinə göndərilmişdir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az