Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanda bu kanal yerüstü yayıma keçir

15.08.2024 15:23 367 1 dəq oxunur
Azərbaycanda bu kanal yerüstü yayıma keçir
Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına aşağıdakı qurumlar əlavə edilib:

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan TV” televiziya yayımçısı;

- “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Naxçıvan Radiosu” radio yayımçısı”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az