• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Müxalifət seçkilərə niyə az namizədlə qatılıb? - SƏBƏBLƏR

Cəmiyyət

29-08-2024, 14:25

Sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə demək olar ki, əksər siyasi partiyalar namizədləri ilə iştirak edir. Lakin müxalifət partiyaların namizəd sayı ümumilikdə götürdükdə çox azdır. Ən çox namizəd irəli sürən (25 nəfər) müxalifət təşkilatı Müsavat Partiyasıdır.

Yeri gəlmişkən, bütün müxalifət namizədlərinin hamısı deputat seçilsə belə, onların Milli Məclisdəki məsələlərə təsiretmə imkanları o qədər də böyük olmaya bilər.

Maraqlıdır müxalif siyasi partiyalar nə üçün bu qədər az namizədlərlə seçkilərə qatılıb?

Modern.az məsələ ilə bağlı siyasi partiyalarla əlaqə saxlayıb.

Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı bildirib ki, onlar seçicilərin seçkiyə olan inamını nəzərə alaraq namizədlik barədə qərar qəbul ediblər:

"Nəticədə 34 nəfər namizədimiz oldu ki, onlardan da 25-i qeydə alınıb. 9 nəfərin müxtəlif bəhanələrlə seçkidə iştirakının qarşısı alındı. Namizədlərimizdən biri - professor Nəsiman Yaqublu müəmmalı şəkildə dünyasını dəyişdi".

Gülağa Aslanlı vurğulayıb ki, parlamentin işini nizama salmaq üçün bütün millət vəkillərinin Müsavat Partiyasının üzvü olması yox, əksəriyyətinin müsavat ideologiyasına sahib olması vacibdir.

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli maddi resursları çatmadığı üçün az namizədlə seçkidə iştirak etməyi məqbul saydıqlarını söyləyib:

"REAL Partiyası ötən ilin dekabrında Seçki Qərargahı yaradıb. Biz partiya daxilində kimin namizəd olmaq istədiyini öyrənmək üçün seçki təşkil etdik. 80-dən çox şəxs namizəd olmaq istədi. Siyasi komitə və İdarə Heyəti olaraq onların hamısı ilə bir-bir görüşdük. İki strategiyadan birini seçməliydik. Ölkənin müxtəlif yerlərində 80-ə yaxın namizədlə iştirak edib resursları qeyri-rasional istifadə etməliydik, yaxud da namizədlər arasında qalib gəlməyə yaxın olanları seçib resursları bir istiqamətə cəmləməliydik. Bilirsiniz ki, istənilən ölkədə, o cümlədən Azərbaycanda seçki prosesi çoxlu maddi resurs tələb edir. REAL Partiyasının isə o qədər böyük maddi resursu yoxdur. Hər namizədin seçki kampanyasına əvvəldən axıra qədər təxminən 7-10 min vəsait tələb olunur. İnsan resursları da kifayət qədər vacibdir. İrəli sürdüyümüz 13 namizəddən 12-si qeydiyyatdan keçib. Hər birinin ortalama 50 müşahidəçisi var. Bu isə ümumilikdə 600 müşhidəçi deməkdir. Onlara daha yaxşı müşahidəçi olması üçün treninqlər keçirilməli, müxtəlif işlər görülməlidir ki, buna da vəsait lazımdır. Biz düşündük ki, 12 güclü namizədlə çıxış edək, namizədlərimizin qalibiyyətinə nail olaq. Parlamentdə fraksiya yaratmaq indiki dönəmdə daha uğurlu strateji xəttdir".

N.Cəfərli söyləyib ki, onsuz da Azərbaycanda hökumət parlament seçkisi ilə qurulmur:

"Hökumət parlamentdən çıxmır. Ona görə parlamentdə güclü səsə, mövqeyə malik olmaqla hökumətin fəaliyyətinə təsir etmək imkanları sahiblənmək müsbət haldır. REAL Partiyası bu yolla getməyə üstünlük verdi. 12 namizədimizin hamısı da qalibiyyətə ən layiq namizədlərdir. Hər biri öz dairəsində ciddi mübarizə aparır".

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-07-2024, 16:32

Onlar deputat olmaq istəmədilər

Cəmiyyət

20-08-2024, 14:20

Deputatlığa namizəd olan QHT nümayəndələri və bələdiyyə üzvləri...

Gündəm / Cəmiyyət

2-01-2024, 17:45

Türkiyədə seçkilərə qatılacaq partiyaların sayı...

Cəmiyyət

9-07-2024, 16:38

7 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Ölkə

26-12-2023, 00:51

AXCP-nin siyasi acizliyi bir daha aşkara çıxdı

Siyasət

15-08-2022, 15:54

Siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər

Cəmiyyət

22-07-2024, 17:13

16 nəfərin deputatlığa namizədliyi qeydə alındı

Sosial / Olay

14-09-2023, 16:29

"Mənimlə çörək yeyib, başqasıyla..." - Əli İnsanov hansı müxalifət liderini tənqid etdi? - VİDEO

Gündəm / Dünya

22-02-2024, 11:33

Türkiyə Fəhlə Partiyasının 3 böyük şəhərdə namizədi yoxdur - CHP dəstəklənəcək?

Gündəm / Sosial

23-12-2023, 21:52

Prezidentliyə namizəd olmaq istəyən 15 nəfər - SİYAHI

Cəmiyyət

7-08-2024, 12:14

Milli Məclisdə Ziyad Səmədzadənin ağsaqqallığına ehtiyac var idimi? - Nəticələrini oynatmalı olan vaxtında...

Gündəm / Dünya

20-05-2024, 18:55

Ermənistan polisi Xeyrımlı yaxınlığında müxalifət fəallarını saxlamağa başlayıb

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Bu gün, 09:54
    Bərdədə bir vaxtlar Statistika idarəsi deyilən bir idarə var idi
  • Bu gün, 09:25
    Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
  • Bu gün, 09:17
    "Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
  • Bu gün, 08:47
    Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • Dünən, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • Dünən, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • Dünən, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • Dünən, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
  • Dünən, 12:00
    Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
  • Dünən, 11:00
    Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
  • Dünən, 10:30
    İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
  • Dünən, 10:00
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
  • 24-10-2026, 18:00
    Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
  • 24-10-2026, 17:30
    Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
  • 24-10-2026, 17:00
    R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
  • 24-10-2026, 16:14
    Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir - VİDEO
  • 24-10-2026, 15:59
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • 24-10-2026, 15:38
    “Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
  • 24-10-2026, 15:09
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 24-10-2026, 14:59
    Rüstəm Xəlilov Salyanda nə iş görür? - İnsanlar palçıq içində yaşayır - ŞİKAYƏT
  • 24-10-2026, 14:40
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • 24-10-2026, 14:29
    Nəsimi rayonunda gecə yarısı tikinti özbaşınalığı sakinlər bezdirib - Qanun nə deyir? - VİDEO
  • 24-10-2026, 13:42
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • 24-10-2026, 13:25
    Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • 24-10-2026, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • 24-10-2026, 12:45
    “Ceyhun Sabunçu”nun qətli - Saxlananlardan biri deputatın oğludur
  • 24-10-2026, 12:02
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • 24-10-2026, 11:49
    Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
  • 24-10-2026, 09:37
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • 24-10-2026, 09:29
    "Azərlotereya"da idarəetmə dəyişir?
  • 24-10-2026, 09:06
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • 23-10-2026, 19:00
    “Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
  • 23-10-2026, 18:37
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə