Sizin reklam burada 728×90
Son dəqiqə

ABŞ narkotik ticarəti üçün istifadə edilən qayığı məhv edib

02.11.2025 15:00 136 1 dəq oxunur
ABŞ narkotik ticarəti üçün istifadə edilən qayığı məhv edib
ABŞ Karib dənizində narkotik ticarəti üçün istifadə edilən gəmini məhv edib.

Bu barədə Pentaqon rəhbəri Pit Heqset "X" sosial şəbəkə hesabında məlumat verib.

Heqsetin sözlərinə görə, narkotiklər ABŞ hakimiyyəti tərəfindən terror təşkilatı hesab edilən təşkilatın üzvləri tərəfindən daşınıb. Təşkilatın adı isə açıqlanmayıb. Pentaqon rəhbəri bəyan edib ki, beynəlxalq sularda baş verən zərbə zamanı qayıqda olan üç nəfərdə ölüb.

Heqset Cənubi Amerikada fəaliyyət göstərən və ABŞ-yə narkotik keçirən narkokartelləri "Əl-Qaidə" terror qruplaşması ilə müqayisə edib:

"ABŞ ordusu onlarla eyni şəkildə "Əl-Qaidə" ilə məşğul olduğumuz kimi davranacaq. Biz onları izləməyə, tapmağa, ovlamağa və öldürməyə davam edəcəyik", o əlavə edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az