• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İcra başçısının davranışı cəmiyyətdə haqlı narazılıq doğurdu MİNGƏÇEVİRDƏ BAŞÇININ ADDIMI BİR MƏNALI QARŞILANMADI

Cəmiyyət

2-01-2026, 20:02

Dekabrın 30-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid Rzayev Əli Nəsib oğlunun anası Kamilə Rzayevaya M.Rəsulzadə küçəsində yerləşən 6/102 saylı binanın 1 nömrəli mənzilinin açarını təqdim edib. Rəsmi təqdimat mərasimi ictimaiyyətə sosial dəstək və qayğı nümunəsi kimi təqdim olunsa da, mərasim zamanı baş verən bir məqam cəmiyyətdə ciddi narazılıq və müzakirələrə səbəb olub.

Belə ki, şəhid ailəsinin mənzilinə daxil olan icra başçısı evə ayaqqabısını çıxarmadan daxil olub. Bu hal sadəcə məişət qaydalarının pozulması deyil, həm də şəhid ailəsinə, xüsusilə də şəhid anasına qarşı açıq hörmətsizlik kimi dəyərləndirilir. Azərbaycan cəmiyyətində evə ayaqqabı ilə daxil olmamaq təkcə adət deyil, hörmət və ehtiramın ifadəsidir.

Şəhid anasının evi müqəddəs bir ocaqdır. O evdə həm kədər, həm qürur, həm də Vətən üçün verilmiş canın izi var. Belə bir məkanda göstərilən hər bir davranış ölçülü-biçili, etik və mənəvi dəyərlərə uyğun olmalıdır. Dövlət məmurunun bu cür məsuliyyətsiz davranışı isə onun tutduğu vəzifənin ağırlığı ilə tam ziddiyyət təşkil edir.

Məsələ mənzil açarının təqdim olunması ilə bitmir. Əsas məsələ şəhid ailəsinə münasibətin necə formalaşmasıdır. Kameralar önündə verilən açar real hörmətlə, səmimi davranışla və ən xırda detallara diqqətlə tamamlanmadıqda, bu addım formal xarakter daşıyır.

Bu hadisə bir daha göstərdi ki, vəzifə sahibi olmaq hər zaman yüksək mədəniyyət və mənəvi səviyyə demək deyil. Şəhidlər bu xalqın ən ali dəyəridir, onların ailələri isə xüsusi ehtiramla qorunmalı olan ünvanlardır. Bu həssaslıq göstərilmədikdə, cəmiyyətin haqlı etirazı qaçılmaz olur.

Ortaya çıxan əsas sual isə budur:Şəhid ailəsinə hörmət yalnız rəsmi mərasimlərləmi ölçülür, yoxsa bu hörmət davranışda, münasibətdə və mənəvi dəyərlərə sadiqlikdə özünü göstərməlidir?

Mingəçevir İcra Hakimiyyətinin rəsmi açıqlamasında deyilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin sayt və facebook sosial şəbəkəsində "Şəhid anasına yeni mənzilin açarı verildi" başlığı altında paylaşım bir qrup şəxslər tərəfindən məqsədli şəkildə məsələ əsl məğzindən çıxarılmağa çalışılır. Əsas məqsəd və fikir şəhid ailəsinə diqqət və qayğıdır. Başçının içəri ayaqqabılı keçməsi şəhid anasının təkidi ilə olmuş və digər şəkillərdədə özünün də ayaqqabıda olduğu görünür. Şəhid anası insanlarda düz fikrin formalaşması üçün yerli jurnalistlərə video açıqlama da vermişdir. Bu kimi şeylərdə əsas məqsəd Şəhid anasının yaşayış şəraitinin yaxşılaşdırılması üçün ölkə başçısının tapşırıqlarına əməl olunmasına diqqətin çəkilməsi daha yaxşı və təqdirəlayiq olardı, nəinki neqativ fikirlərin oyadılması. Ajiotaj yaratmaq məqsədi daşıyan neqativ paylaşım olunmazdan qabaq qarşı tərəfin də fikri alınmış olsa idi bu tip anlaşılmamazlıq baş verməzdi.
Əlavə olaraq xatırladırıq ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan maddələrinə əsasən 14.1.7. şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, 14.1.9. böhtana, təhqirə və nifrət çıxışlarına, 14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə, 14.1.11-1. saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.


İcra hakimiyyəti rəsmi mövqe bildirib. Həmin mövqeyni olduğu kimi sizlərə təqdim edirik.

"Salam. Hər vaxtınız xeyir.
https://bakunews.az/ saytın Mingəçevir şəhər İcra Hakimiyyətinin saytında və  facebook sosial şəbəkəsində paylaşılan "Şəhid anasına yeni mənzilin açarı verildi" başlığı altında paylaşılan İcra Hakimiyyətinin başçısının şəkili haqqında açıqlama vermək istəyirik ki, burada əsas fikir şəhid ailəsinə diqqət qayğıdır və başçıının içıəri ayaqqablı keçməsi şəhid anasının özüdə ayaqqabıda olduğu (şəkildə görsənir) və onunda içəri ayaqqablı keçməsi məhz şəhid anası tərəfindən təkid edilərək olmuşdur. Ola bilsin ki bu məqamlar arxada olduğu üçün görünməz ola bilər amma hər kəs Siz düşündüyünüz kimi  bu qaydaları bilir və ona hər yerdə rəayət edir. O ki qaldı İcra başçısı İlham İsmayılovun davranışlarından heç kim  narazı qalmamışdır. Əgər kimsə buna qərəzli yanaşırsa ümid edirəmki siz bu fikirə obyektiv yanaşacaqsınız. Bu fikiri yayımlayarkən bizim mövqeyimizi öyrənmək Sizin borcunuz idi. 
Ona görə də Sizdən o paylaşımı götürmənizi və ya Şəhid anasının dilindən elə səslənən açıqlamanı da paylaşmanızı xahiş edirik."

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Cəmiyyət

17-07-2024, 14:39

YAP namizədlərinin siyahısını açıqladı - Tam siyahı

Cəmiyyət

16-09-2024, 14:26

MSK yekun siyahını açıqladı! - Adlar

Gündəm / Cəmiyyət

17-07-2024, 15:40

YAP-ın siyahısında - 66 yeni ad

Bölgə

13-07-2022, 20:39

Erməni postunu ələ keçirən şəhid – 22 yaşlı cəsur döyüşçünün baba evindən

---

16-08-2024, 08:57

Deputatlığa namizəddən qalmaqallı HƏRƏKƏT - Nəsib Məhəməliyev tikdiyi bağçanı qıfılladı

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

2-07-2024, 12:42

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

21-08-2024, 12:56

Sabiq VHP-çi Nəsib Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı? -GÜNÜN SUALI

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Bu gün, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Xəbər lenti
  • Bu gün, 15:03
    Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
  • Bu gün, 14:47
    Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib
  • Bu gün, 13:52
    2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
  • Bu gün, 13:18
    Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
  • Bu gün, 13:04
    Lixaçov və Qrossi Antalyada Zaporojye AES-in vəziyyətini müzakirə edəcək
  • Bu gün, 12:55
    Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
  • Bu gün, 12:44
    AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... - " ‘AzParking’ yoxdur, amma cərimələr gəlir..."
  • Bu gün, 12:38
    Sabah rayonlarda yağış yağacaq
  • Bu gün, 11:56
    Yol polisindən sürücülərə müraciət
  • Bu gün, 11:43
    Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... - NARAHATLIQ VAR...
  • Bu gün, 10:53
    Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
  • Bu gün, 10:28
    Atasının İranla bağlı qərarına qarşı çıxıb
  • Bu gün, 09:57
    Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
  • Bu gün, 09:50
    “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... - “sanki bizi hipnoz etdilər…”
  • Bu gün, 09:09
    Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
  • Dünən, 19:00
    Türkiyə sərhədlərin təhlükəsizliyi təmin edilənədək qoşunlarını Suriya və İraqda saxlayacaq
  • Dünən, 18:30
    Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
  • Dünən, 18:00
    Məktəblərin, məktəblilərin təhlükəsizliyi - tələb olunan yeni yanaşma
  • Dünən, 17:30
    Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
  • Dünən, 17:00
    Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Dünən, 16:30
    Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
  • Dünən, 16:30
    "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
  • Dünən, 16:00
    Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
  • Dünən, 15:21
    Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
  • Dünən, 14:40
    Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
  • Dünən, 14:36
    "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
  • Dünən, 14:24
    Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib
  • Dünən, 13:17
    "Gecə tikintisi içazəsiz və sənədsiz aparılıb" - Rəsmi şəxslər günlərdir baş verənləri niyə görməyib?
  • Dünən, 13:09
    Sabah rayonlara yağış yağacaq
  • Dünən, 12:15
    Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir
  • Dünən, 12:02
    Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
  • Dünən, 11:32
    Azərbaycanda "Elektron ticarət haqqında" qanunun əhatə dairəsi genişləndirilir
  • Dünən, 11:08
    Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
  • Dünən, 10:50
    Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək
  • Dünən, 10:31
    Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə