Sizin reklam burada 728×90
Son dəqiqə

Türkiyə və Qazaxıstan arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalanıb

02.02.2026 17:56 173 1 dəq oxunur
Türkiyə və Qazaxıstan arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalanıb
Türkiyə və Qazaxıstanın Xarici İşlər nazirlikləri Ankarada 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı imzalayıb.

Sənəd Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun Türkiyənin xarici işlər naziri Hakan Fidanın və onun qazaxıstanlı həmkarı Yermek Koşerbayevin sədrliyi ilə keçirilən səkkizinci iclasının yekunlarına əsasən imzalanıb.

Tərəflər "Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üzrə Əməkdaşlıq Planı"nı imzalayıblar. Bu Əməkdaşlıq Planı hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında qarşılıqlı əlaqələrin gələcək istiqamətlərini müəyyən edir.

İclasdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı naziri qəbul edib. Mətbuata qapalı rejmdə keçirilən görüşdə Hakan Fidan da iştirak edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az