Sizin reklam burada 728×90
Son dəqiqə

Bakının bu ünvanında binalar sökülür: Sakinlərə kirayə haqqı verilir (VİDEO)

14.08.2022 11:49 1 281 1 dəq oxunur
Bakının bu ünvanında binalar sökülür: Sakinlərə kirayə haqqı verilir (VİDEO)
Yüzlərlə sakinin yaşadığı 57 il öncə tikilən yaşayış binaları yeni hündürmərtəbəli binalarla əvəzlənir.

Paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən, istismar müddətini başa vurmuş binaların sökülməsinə başlanılıb.

Sakinlərin sözlərinə görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb.

Tikinti şirkətinin layihə rəhbəri Məmmədrəsul Bilalov bakunews.az-ya xəzər xəbər-ə istinadən deyib ki, bir neçə ay əvvəl yaxınlıqdakı 90 mənzilli beşmərtəbəli binalardan biri artıq tamamailə sökülərək, yerində yeni binanın tikintisi işləri aparılır. Digər binalar da mərhələli şəkildə söküləcək.

Məmmədrəsul Bilalov bildirdi ki,həmin binaların yerində 830 mənzildən ibarət 14-16 mərtəbəli binalar tikiləcək və sakinlərə veriləcək yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq.

Qeyd edək ki, tikiləcək çoxmərtəbəli yaşayış binalarının 2-5 il müddətində istifadəyə verilməsi nəzərdə tutulur.



bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az