Sizin reklam burada 728×90
Son dəqiqə

"Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?

23.09.2026 08:42 108 1 dəq oxunur
"Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?
"Dünən Avropa Mobillik Həftəsi çərcivəsində AYNA təşkil etdiyi Panel Müzakirədə iştirak etdik..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında ictimai fəal Haldun Novruzzadə qeyd edib.
O daha sonra bildirir: "Müzakirədə Şəhərsalma və Arxitektura komitəsinin Nəqliyyat İnfastruknun şöbə rəisi Çingiz Rəhimov ancaq 1 ildi qəbul olunan Bakının Baş planından danışdı. Sual verdim ki, nəyə görə 5 ildi Yeni Günəşlidə 7 MTK-nın yeni Göydələnlər tikməyinə icazə vermisiniz? Yol 40 ildi eynidir, amma əhali artır, yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz. Belə bir absurd cavabı oldu ki, "siz şükür edin, dövlətimiz sağ olsun ki, bina tikməyə icazə verir, iqtisadiyyatın artımıdı..." falan, filan, bla bla...
Bu cavabdan sonra mən sizə əminliklə deyə bilərəm ki, Bakıda olan bütün tıxacların SƏBƏBKARI Şəhərsalma və Arxitektura Komitəsdir. AYNA-nı, filanı boş verin, Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərini məhv edib..."
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az