Sizin reklam burada 728×90
Son dəqiqə

Hovuzda qadınları çəkən şəxs azadlığa çıxdı: Torbamı tikdilər

22.08.2022 14:24 695 1 dəq oxunur
Hovuzda qadınları çəkən şəxs azadlığa çıxdı: Torbamı tikdilər
Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan Əmrah Məhərrəmov adlı şəxs azadlığa çıxıb.

bakunews.az azxeber.com-a istinadən xəbər verir ki, hovuzda qadınları çəkərək sosial şəbəkədə paylaşaraq 20 sutkalıq həbs cəzası alan şəxs azadlığa çıxıb və açıqlama verib.

O, videonun çəkilməsi ilə bağlı deyib:

"Mən canlı yayımı açanda canlımda insanlar var idi, həmin videonu da mənim canlımdan kəsib çıxartmışdılar. Həmin çəkdiyim xanımlar mənim tanıdığım xanımlardır. Orada biri mənə yazdı ki, "hovuzda heç kim xalatda çimmir”, biri yazdı ki, "evdəkilərləsən?”, biri yazdı ki, "ananla, bacınlasan?” – mən bu sözlərə görə canlıda ətrafdakıları göstərdim ki, "bəlkə sənin anan-bacındır”. Videonu hamıya aid etməmişdim. Torbamı tikdilər".

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az