Sizin reklam burada 728×90
Son dəqiqə

"İlin sonuna qədər Bakıya 20 vaqon gətiriləcək"

23.08.2022 12:49 964 1 dəq oxunur
"İlin sonuna qədər Bakıya 20 vaqon gətiriləcək"
Bakı metropoliteni Rusiyanın "Metrovaqonmaş" şirkətindən aldığı daha 20 vaqondan ibarət 4 qatar tərkibi bu il Bakıya gətiriləcək.

bakunews.az trend-ə istinadən xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov deyib.

O bildirib ki, artıq adıçəkilən şirkət müqaviləyə uyğun olaraq qatarların istehsalına başlayıb.

"Bu ilin sentyabr ayında Bakı metropoliteninin nümayəndə heyəti istehsal olunan qatarlara baxış keçirmək üçün Ruaiyaya yola düşəcək. Qatarlara baxış keçiriləndə sonra həmin vaqonlar razılaşmaya uyğun olaraq Bakıya gətiriləcək. İlin sonuna qədər 20 vaqonun hamısı Bakıya gətiriləcək",- F.Əhmədov deyib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az