Sizin reklam burada 728×90
Son dəqiqə

Salyanda oğurluq edən şəxs saxlanılıb

28.08.2022 15:34 724 1 dəq oxunur
Salyanda oğurluq edən şəxs saxlanılıb
Son günlərdə sosial şəbəkələrdə Salyan rayonunun bir neçə kəndində maskalı şəxsin evlərə oğurluq məqsədi ilə daxil olması, eləcə də ev sahiblərinə xəsarətlər yetirməsi barədə məlumatlar paylaşılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalarla onun rayonun Yenikənd kənd sakini Vüsal Cəfərov olduğu müəyyən edilib.

Dindirilmə zamanı o, törətdiyi cinayət əməllərini etiraf edərək, peşman olduğunu bildirib.

Aparılan istintaq zamanı məlum olub ki, V.Cəfərov rayonun Yenikənd və Şəkərli kəndləri ərazisində yerləşən beş fərdi yaşayış evinə qanunsuz daxil olub. Üç evdən pul oğurlayan həmin şəxs, son iki evə daxil olan zaman ev sahibləri ilə rastlaşıb və onlara xəsarət yetirərək hadisə yerlərindən qaçıb.

Faktlarla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az