Sizin reklam burada 728×90
Son dəqiqə

Zərdabda maarifləndirmə tədbiri keçirilib

24.11.2022 15:15 719 1 dəq oxunur
Zərdabda maarifləndirmə tədbiri keçirilib
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Şahhüseynli kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, eləcə də Gənclər evinin nümayəndələri, polis şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edən rəis müavini, polis polkovnik-leytenantı Urman Ağayev narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışıb.​

O, bildirib ki, bütün dünyanın bəlasına çevrilən və “ağ ölüm” kimi tanınan bu zərərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli mübarizə tədbirləri həyata keçirilir və hər gün bu əməl ilə məşğul olan onlarca cinayətkar saxlanılaraq məsuliyyətə cəlb olunur.

Daha sonra isə tədbirdə iştirak edən digər iştirakçılar erkən nigaha daxil olma və dini radikalizmə qarşı mübarizə mövzularında çıxışlar edərək, məktəblilərə geniş məlumatlar veriblər.

Tədbirin sonunda məktəblilərə narkomaniyanın​ zərərlərini əks etdirən videoçarx nümayiş olunub, onları maraqlandıran suallar cavablandırılıb.







bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az