Sizin reklam burada 728×90
Son dəqiqə

Elşad Hacıyevə yüksək vəzifə verildi

11.07.2023 13:24 704 1 dəq oxunur
Elşad Hacıyevə yüksək vəzifə verildi
Daxili İşlər Nazirliyində Elşad Hacıyevə yeni vəzifə verildi.

Bakunews.az xəbər verir ki, Daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Elşad Hacıyev Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi təyin olunub. Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, daha əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov təqaüdə göndərilib. Elşad Hacıyev isə bu zamana kimi nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi vəzifəsində çalışıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az