• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu işə başlayıb - FOTOLAR

Cəmiyyət

26-09-2023, 16:55

Bakıda “Heydər Əliyev İli” çərçivəsində “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” öz işinə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) tərəfdaşlığı ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla yanaşı, TDT-də müşahidəçi üzv statusuna malik Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın nümayəndə heyətləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının şöbə müdirinin müavini iştirak edirlər. Forumdan öncə iştirakçılar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin
suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin inzibati binasında I Forumun açılış mərasimi keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin
ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir türk dövlətləri başçılarının zirvə toplantılarını və çıxışlarını əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib. Forum iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbirin Azərbaycan və Türk Dünyası üçün çox mühüm tarixi hadisə – Azərbaycanın öz suverenliyini tam təmin etdiyi günlərdə keçirildiyinə diqqəti cəlb edib, bu münasibətlə bütün türk dünyasını təbrik edib. Ümummilli lider Heydər Əliyevin türk dünyasının diaspor strukturlarının
formalaşmasına və inkişafına xüsusi diqqət göstərdiyini xatırladan Komitə sədri bildirib ki, məhz bu istiqamətin uğurla davam etdirilməsi İkinci Qarabağ savaşında və 19 sentyabr tarixli antiterror tədbirlərinin keçirilməsi zamanı TDT-nin ölkəmizə dəstək göstərməsində, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirməsində böyük rol oynayıb. Komitə sədri qeyd edib ki, I Forum ümumtürk diasporunun şəbəkələşməsi və mütəşəkkil qüvvəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir: “Türk dövlətlərinin diasporlarının, o cümlədən diaspor gənclərinin birgə fəaliyyəti həm ölkələrimizə, həm də bütövlükdə Türk Dünyasına qarşı kampaniyaların qarşısını almaq baxımından da zəruridir”. Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həm diaspor quruculuğu sahəsində, həm də Türk Dünyasının birliyi naminə gördüyü işlər bu gün öz bəhrəsini verməkdədir. Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov diaspor gənclərinin fəaliyyətini vətənpərvərliyinin bariz nümunəsi adlandırıb.
TDT Baş katibinin müavini Yerzhan Mukaş qeyd edib ki, Türk Dünyasının birliyi uğrunda Heydər Əliyevin göstərdiyi xidmətlər heç vaxt unudulmayacaq.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə xaricdəki erməni diasporunun Ermənistana yardım məqsədilə topladığı 170 milyon dollar vəsait Azərbaycanın mülki əhalisinə qarşı terror hücumlarının maliyyələşdirilməsinə sərf olunub. Mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının Zəfəridir. Forum öz işini panel iclasları ilə davam
etdirəcək.













Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-09-2023, 11:35

Türk dövlətlərinin diaspor gəncləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Gündəm

11-08-2023, 19:28

Diaspor gəncləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOLAR

Mədəniyyət

29-07-2022, 15:23

Tənzilə Rüstəmxanlı: “Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi möhtəşəm layihədir”

Mədəniyyət

7-03-2023, 00:40

Görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyi Sürixdə qeyd edilib - FOTO

Siyasət

22-05-2023, 20:05

Azərbaycan və Özbəkistan arasında diaspor məsələləri müzakirə olunub - FOTO

Cəmiyyət

18-09-2023, 11:49

Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu Berlində təşkil ediləcək

Siyasət

9-08-2022, 19:09

İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib

Mədəniyyət

2-08-2022, 19:00

Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib

Dünya / Mədəniyyət

15-03-2023, 21:27

Qazaxıstanın Türkistan vilayətində Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib - FOTO

Cəmiyyət

20-08-2023, 01:46

Diaspor Gənclərinin IV Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib

İqtisadiyyat

24-08-2022, 16:30

Şuşada Qarabağ Biznes Forumu keçiriləcək

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Dünən, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
Dünən, 12:27
Xəzər dənizində zəlzələ olub
Dünən, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
Xəbər lenti
  • Bu gün, 19:00
    Türkiyə sərhədlərin təhlükəsizliyi təmin edilənədək qoşunlarını Suriya və İraqda saxlayacaq
  • Bu gün, 18:30
    Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq
  • Bu gün, 18:00
    Məktəblərin, məktəblilərin təhlükəsizliyi - tələb olunan yeni yanaşma
  • Bu gün, 17:30
    Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
  • Bu gün, 17:00
    Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • Bu gün, 16:30
    Naxçıvan səhiyyəsində ƏCAİB-QƏRAİB İŞLƏR... - İTTİHAM VAR
  • Bu gün, 16:30
    "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
  • Bu gün, 16:00
    Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
  • Bu gün, 15:21
    Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
  • Bu gün, 14:40
    Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
  • Bu gün, 14:36
    "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
  • Bu gün, 14:24
    Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib
  • Bu gün, 13:17
    "Gecə tikintisi içazəsiz və sənədsiz aparılıb" - Rəsmi şəxslər günlərdir baş verənləri niyə görməyib?
  • Bu gün, 13:09
    Sabah rayonlara yağış yağacaq
  • Bu gün, 12:15
    Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir
  • Bu gün, 12:02
    Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
  • Bu gün, 11:32
    Azərbaycanda "Elektron ticarət haqqında" qanunun əhatə dairəsi genişləndirilir
  • Bu gün, 11:08
    Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
  • Bu gün, 10:50
    Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək
  • Bu gün, 10:31
    Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
  • Bu gün, 09:58
    Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
  • Bu gün, 09:33
    Zəngilanın azad edilməsindən 6 il ötür
  • Bu gün, 09:20
    Peşə Təhsili üzrə Dövlət Agentliyi Dövlət Məşğulluq Agentliyinə birləşdirilir? - SƏBƏBLƏR
  • Bu gün, 09:05
    Bakının Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 20:59
    Zaqatalada təhsil nəzarətsiz qalıb? – Məktəbi məlum sexdə keçirilir...
  • Dünən, 19:00
    Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
  • Dünən, 18:40
    Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
  • Dünən, 18:20
    Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
  • Dünən, 18:15
    Leyla Əliyeva Türkmənistanda səfərdədir
  • Dünən, 18:09
    Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? - İLGİNC
  • Dünən, 17:56
    NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib
  • Dünən, 17:32
    Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
  • Dünən, 17:20
    Məhəmməd Musayevə qoyulan vaxt daralır – Mənimsədiyi dövlət vəsaitlərini qaytara biləcək, yoxsa…
  • Dünən, 16:21
    Suriya internet infrastrukturunu yeniləmək üçün Cənubi Koreya ilə əməkdaşlığa hazırlaşır
  • Dünən, 16:18
    Şövkət Ələkbərova sənətinin Nəcat Əs-Sağirə və Vərdə Əl-Cəzairiyyə ilə paralelləri
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə