• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

27 sentyabr-Zəfər yolunun başlanğıcı!

Cəmiyyət

27-09-2023, 13:41

2020-ci ilin sentyabrın 27-də erməni silahlı dəstələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutması nəticəsində növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.
Minlərlə gəncimiz işğalçılara qarşı döyüşmək, Vətən torpağını azad etmək üçün irəli atıldı. Xalqına güvənən ordu, ordusuna güvənən xalq qələbəyə kökləndi. Millətimiz bir yumruq tək həmrəylik nümayiş etdirərək xalq-ordu birliyinin nümunəsi oldu. Beləliklə Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Azərbaycan Ordusu qətiyyətiylə, döyüş və mənəvi-psixoloji hazırlığıyla düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını,“yenilməz ordu” mifini darmadağın etdi. Yenilməz Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Bütün dünya Azərbaycan xalqının nələrə qadir olduğunu bir daha gördü, əsl vətənpərvərliyin şahidi oldu. Bu cür dəstəkdən və Ali Baş Komandanın siyasi iradəsindən ilham alan cəsur döyüşçülərimiz yeni qələbələrə köklənir, Qarabağı kənd-kənd, rayon-rayon, şəhər-şəhər azad edirdilər. Sürətlə irəliləyən Azərbaycan Ordusu bizə əcdadlarımızdan əmanət qalan yurdumuzu 44 gün ərzində işğalçılardan azad etdi. Azərbaycanın Yenilməz Ordusu XXI əsrin müharibəsini aparmaqla və müharibədə qalib gəlməklə tarix yazdı. “Dəmir yumruq” əməliyyatının xarakteri və nəticəsi də göstərdi ki, “Dəmir yumruq” Azərbaycan xalqının və xalq ordu birliyinin rəmzidir. Azərbaycan xalqı və rəşadətli ordumuz son 30 il ərzində öz torpaqlarını azad etməyə hər an hazır olub. Bu, ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasətinin və Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı, qüdrəti, rəşadəti, cəsarəti, qəhrəmanlığı eyni zamanda döyüş ruhunun məntiqi nəticəsi idi. Belə bir Yenilməz Ordunun yaradılması isə dövlət başçısının hər zaman diqqət yetirdiyi prioritet istiqamətlərdən biri idi. Ölkə başçısı cənab İlham Əliyev noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciəti zamanı bu barədə demişdir: “Mən bir daha deyirəm və hər dəfə deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı- canı bahasına. Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adı çəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Ordumuzun gücü hesabına düşmənin kapitulyasiyası əldə olundu. Vətən müharibəsində Azərbaycan Ordusu böyük zəfərə imza atdı. İgid oğullarımız böyük qəhrəmanlıq göstərdilər. İstər birinci, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimizin və mülki əhalimizin qisasını aldıq”. Prezident İlham Əliyev adını, Azərbaycan tarixinə müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan kimi yazdı. Çünki uzun illər tarixi torpaqlarını itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusunun Zəfər paradı keçirildi. Bu parad Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı. Bu parad qalib sərkərdə, qalib ordu və qalib xalqın birlik rəmzinə çevrildi. Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanan bayraqlar Azadlıq meydanına gətirildi və Qələbə simvolu kimi dalğalandı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin 2018-ci ildə keçirilmiş hərbi paradda “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” – vədi reallığa çevrildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailə üzvlərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür. Bu gün cənab İlham Əliyevin yürütdüyü siyasət, ordu quruculuğu ordunun güclənməsinə xidmət edir. Bu baxımdan aparılan islahatlar ordu quruculuğunun tərkib hissəsi olmaqla dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması vaxtında aparılan islahatlarla bağlıdır. Prezident cənab İlham Əliyev ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər,
idxaldan müəyyən dərəcədə aslılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin nəticəsidir”. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım günü kimi qeyd edilməsi qərara alınıb. Əlbəttə, bu Sərəncam da şəhidlərin ruhuna, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın bariz təzahürüdür. Xalqımız qəhrəman şəhidlərimizi heç vaxt unutmayacaq, Şəhidlərimiz xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət etsin, yaralı əsgər və zabitlərimizə tezliklə şəfa versin. Qarabaq Azərbaycandır!

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

26-06-2023, 00:36

Azərbaycan Silahlı Qüvvələri 105 yaşında

Gündəm

27-09-2023, 09:11

Vətən müharibəsinin başlamasından üç il keçir - Anım Günü

Cəmiyyət

25-06-2023, 23:09

Döyüş meydanında tarix yazan yenilməz Azərbaycan ordusu

Cəmiyyət

26-08-2022, 14:56

Prezidentə Laçının nəzarətə götürülməsini məruzə edən general kimdir?

Siyasət

8-04-2023, 01:49

Fidan Hüseynova: Xalqa Zəfər bəxş edən ordu

Siyasət

14-08-2022, 00:00

Ali Baş Komandanın rəhbərliyi ilə 44 Günlük Vətən Müharibəsində Tarixi Qələbə Əldə Etdik

Cəmiyyət

18-08-2022, 20:16

DSX rəisi: "Azad edilmiş ərazilərdə sərhəd nəzarəti işinin təşkilinə başlanılıb"

Cəmiyyət

28-08-2022, 16:07

Şəhid Babək Allahverdiyev

Siyasət

18-08-2022, 10:04

"Hərbçilərimiz sərhəddə dövlətin maraqlarını qorumaqdan qürur duyur" - DSX rəisi

Cəmiyyət

31-08-2022, 18:55

Vətən müharibəsi şəhidimizin doğum günüdür - FOTO

Gündəm / Siyasət

23-06-2023, 12:36

Prezident: “Biz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq”

Hadisə

28-08-2022, 13:52

Ermənilər tərəfindən törədilən Ballıqaya qətliamının ildönümüdür

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 14:50
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Dünən, 16:15
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
Dünən, 12:53
“Rent a car” rəhbəri TUTULDU
Dünən, 10:37
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
3-09-2026, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
3-09-2026, 10:29
FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
Xəbər lenti
  • Bu gün, 15:31
    Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
  • Bu gün, 15:20
    Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
  • Bu gün, 14:50
    Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
  • Bu gün, 14:13
    Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
  • Bu gün, 13:31
    SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
  • Bu gün, 13:24
    Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
  • Bu gün, 12:45
    Bazar günü yağış yağacaq - PROQNOZ
  • Bu gün, 12:36
    “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
  • Bu gün, 11:51
    Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir
  • Bu gün, 11:45
    ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
  • Bu gün, 09:23
    Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
  • Dünən, 19:00
    Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH
  • Dünən, 18:34
    Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
  • Dünən, 18:27
    Vüsal Aslanov Bakı metrosunu niyə obyektə çevirir? - 3 min manatlıq bəla...
  • Dünən, 18:07
    Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
  • Dünən, 17:59
    "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
  • Dünən, 17:35
    Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb
  • Dünən, 17:18
    Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
  • Dünən, 16:59
    Marko Rubio Latın Amerikasının üç ölkəsinə səfər edəcək
  • Dünən, 16:48
    Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay...
  • Dünən, 16:28
    Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dünən, 16:15
    Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
  • Dünən, 16:03
    Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 15:46
    İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
  • Dünən, 15:35
    “Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
  • Dünən, 15:02
    Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib
  • Dünən, 14:53
    Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
  • Dünən, 14:36
    Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub
  • Dünən, 14:21
    Ağsuda sahibkara işıq da “qadağan” edildi? – 3-4 metrlik məsafə bəhanəsi ilə sayğac məsələsi gündəmdə
  • Dünən, 14:14
    Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
  • Dünən, 13:14
    Həmin toya hücumu araşdırırlar
  • Dünən, 13:02
    Şənbə günü 35 dərəcə isti olacaq
  • Dünən, 12:53
    “Rent a car” rəhbəri TUTULDU
  • Dünən, 12:15
    DİM: 107 dövlət orqanında 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
  • Dünən, 12:00
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə