Sizin reklam burada 728×90
Son dəqiqə

Fələstin-İsrail münaqişəsində həlak olan jurnalistlərin sayı artdı

04.11.2023 11:47 828 1 dəq oxunur
Fələstin-İsrail münaqişəsində həlak olan jurnalistlərin sayı artdı
Fələstin-İsrail münaqişəsi zamanı həlak olan jurnalistlərin sayı 46-ya çatıb.

Bu barədə Qəzza zolağındakı Fələstin administrasiyası bəyanat verib.

“Aralarında qadın da olan 46 jurnalist və KİV nümayəndəsi raket hücumları və ya iş başında olduqları zamanı İsrail hava qüvvələri zərbələri nəticəsində həlak olub”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Jurnalistləri Müdafiə Komitəsi 2023-cü il oktyabrın 7-dən noyabrın 2-dək Fələstin-İsrail münaqişəsi zonasında ən azı 36 jurnalistin öldüyünü bildirmişdi.

Mənbə: TASS
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az